Vinilxlorid (xloretilen, monoxloretilen), CH2=CHCl, halogenli doymamış karbohidrogendir.

Xassələri Vinilxlorid havadan ağır, zəif xloroform iyli, rəngsiz qazdır, asanlıqla alışıb yanır. Vinilxlorid dixloretan, xloroform, dietil efiri, neft karbohidrogenlərində yaxşı, suda isə çox pis həll olur.

Alınması Vinilxlorid ilk dəfə 1835-ci ildə Viktor Reno tərəfindən dixloretanı natrium hidroksidin spirtli məhlulu ilə işləyərək almışdır. Sənayedə Asetilenin qaz və maye fazada katalizatorun (HgCl2) iştirakı ilə hidroxlorlaşdırılması ilə : CH≡CH + HCl → CH2=CHCl 1,2-dixloretanın dehidroxlorlaşdırılması ilə: CH2Cl−CH2Cl +NaOH → CH2=CHCl+ NaCl+ H2O

Kimyəvi xassələri Vinilxlorid öz-özünə polimerləşir.Katalizatorun iştirakı ilə maye halında polimerləşdikdə termoplastik qatrana çevrilir: Vinilxlorid halogenləri və hidrogen-halogenidləri asanlıqla özünə birləşdirir: CH2=CHCl + HCl → CH3−CHCl2 Tətbiqi Vinilxloriddən alınan polivinilxlorid, eləcə də onun vinilasetat, vinilidenxlorid və s. vinil birləşmələri ilə birgə polimerləri sənayenin müxtəlif sahələrində geniş tətbiq olunan mühüm materiallardır. Plastik kütlə, sintetik lif, boya maddələri, süni dəri və s.istehsalında çox işlədilir. Təhlükəsizliyi Vinilxlorid keyidici narkotik maddədir. Havada az miqdarda olduqda insanın başı gicəllənir, çox olduqda isə insan şüurunu tamam itirir. Həmçinin bax Trixloretilen Tetraxloretilen Etilxlorid

Mənbə N.Ə.Səlimova, B.Ş.Şahpələngova. Ümumi kimya texnologiyası.Bakı 2013.

Kateqoriya:Üzvi xlor birləşmələri