Eol prosesləri — küləyin fəaliyyətilə əlaqədar olan relyefəmələgəlmə prosesləri. Buraya həm eol denudasiyası (deflyasiya, karroziya) və həm də akkumulyasiya daxildir. Bütün zonaların quru və mötədil rütubətli əyalətlərində baş verir. Eol prosesləri nəticəsində eol relyef formaları və eol çöküntüləri əmələ gəlir.
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679
Kateqoriya:Coğrafi terminlər Kateqoriya:Sedimentologiya Kateqoriya:Geomorfologiya Kateqoriya:Geoloji proseslər Kateqoriya:Səhralar