Hadisələr 20 yanvar — SSRİ tərəfindən Yunanıstana xəbərdarlıq edildi ki, əgər öz ərazisində NATO raketlərinin yerləşdirilməsinə razılıq verərsə, ona qarşı iqtisadi sanksiyalar tətbiq ediləcəkdir. 1 fevral — Misir və Suriyanın vahid bir dövlətdə-Birləşmiş Ərəb Respublikasında birləşməsi. 12 mart: Birləşmiş Ərəb Respublikasının yaradılması ilə əlaqədar Suriyada bütün siyasi partiyaların buraxılması. İndoneziya ordusunun Sumatrada seperatçılara qarşı hərbi əməliyyatlara başlaması. 14 mart — ABŞ-də Qremmi mükafatının təsis edilməsi. 2 may: Böyük Britaniya tərəfindən Yəmənin köçəri tayfalarının aramsız yürüşlərinin qarşısının alınması üçün Ədəndə fövqəladə vəziyyətin elan edilməsi. Kolumbiyada polis zabitləri tərəfindən uğursuzluqla nəticələnmiş dövlət çevrilişi cəhdi. 27 may: Seylonda daşqınlar, tətillər və etnik münaqişələrlə əlaqədarfövqəladə vəziyyətin elan edilməsi. Amerikada F-4 "Fantom" qırıcı-bombardmançı təyyarənin ilk uçuşunun həyata keçirilməsi. 29 may — ADR-da ərzaq talonlarının ləğv edilməsi. 16 iyun — Macarıstanın eks-prezidenti İmre Nadın edam edilməsi. 20 iyun — İndoneziyada Hollandiyanın "Shell" heft kompaniyasının fəaliyyətinin qadağan edilməsi. 14 iyul — İraqda monarxiya rejiminin devrilməsi, İraqın respublika elan edilməsi. 17 iyul — Livan böhranı: Böyük Britaniya ordusunun İordaniyaya daxil olması. avqust — Alberto Leras Kamarqonun Kolumbiya prezidenti vəzifəsinə seçilməsi. 9 avqust — Admiral Ameriku di Deuş Rodriqiş Tomaşın Portuqaliya prezidenti vəzifəsinə seçilməsi. 1 sentyabr — Özbəkistanda dünyada uran və qızıl emalı ilə məşğul olan ən iri dağ-mədən metallurgiya kombinatı olan Nəvai kombinatının istifadəyə verilməsi. 6 sentyabr — Oman sultanlığı tərəfindən Belucistan sahilindəki Qvadar limanının Pakistana verilməsi. 4 oktyabr — Fransada beşinci respublika dövrünün başlanması. Fransanın müasir Konstitusiyasının qüvvəyə minməsi. 10 noyabr: Qvineya Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi. Argentinada tətil hərəkatının genişlənməsi ilə əlaqədar fövqəladə vəziyyətin elan edilməsi. 1 dekabr — Mərkəzi Afrika Respublikasının Fransada ayrılaraq öz müstəqilliyini elan etməsi. 21 dekabr — Fransada Şarl de Qollun prezident seçilməsi. Göygöl rayonu ərazisində Eldar şamı Dövlət Təbiət Qoruğunun yaradılması. Ağdaş rayonu ərazisində Türyançay Dövlət Təbiət Qoruğunun yaradılması.

Doğumlar 10 yanvar – Muxtar Qasımov, Azərbaycanın Milli Qəhrəmanı 25 fevral — İradə Aşumova, Azərbaycan atıcısı 8 mart — Mahir Həmzəyev, Litva və Azərbaycan ictimai-mədəni xadimi, Azərbaycan — Litva tarixi və ədəbi əlaqələri, 1918–1922-ci illər dövlətlərarası münasibətlərinin tədqiqatçısı, publisist və tərcüməçi, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri 23 aprel – Hilmar Örn Hilmarsson 7 iyun – Prins, amerikalı müğənni 8 iyul — Tsipi Livni, İsrailin keçmiş ədliyyə naziri, siyasətçi 5 avqust — Firəngiz Rəhimbəyli, Azərbaycan müğənnisi 16 avqust — Madonna, ABŞ müğənnisi, aktrisa 29 avqust – Maykl Cekson, ABŞ müğənnisi, rəqqas 3 sentyabr – İlham Əsgərov, Azərbaycan teatr və kino aktyoru 19 noyabr – Abil İslam, Azərbaycan şairi, jurnalist

Ölümlər 2 noyabr — Yəhya Kamal Bəyatlı, türk şairi 7 noyabr — Aka Gündüz, türk yazıçısı