Admiral Dalindlela Muskve () — hücumçu mövqeyində çıxış edən Zimbabve futbolçusu. Hazırda Çempionşip turnirində yarışan "Luton Taun" klubunun və Zimbabve milli futbol komandasının şərəfini qoruyur.

Klub karyerası Muskve 2007-ci ildə doqquz yaşı olarkən yerli klublardan olan Lester Siti klubuna qəbul olmuşdur. 2016-cı ilin may ayında o, klubda Mövsümün Akademiya Oyunçusu seçilmişdir. Bir ay sonra Muskve klub ilə 2019-cu ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır.

Muskve öz peşəkar karyerasında debütünü 2016-cı ilin iyul ayında mövsüm öncəsi yoldaşlıq oyununda Oksford Yunayted klubuna qarşı oyunda etmişdir. O, Şinci Okazakini əvəz etmiş və həmin görüşdə Lester Siti rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.

Milli karyerası Muskve bir müddət İngiltərə milli futbol komandasının U-17 millisində çıxış etmişdir. O, milli ilə debütünü 2014-cü ildə Nordik U-17 Turnirində etmişdir. O, turnirdə 4 görüşdə iştirak etmiş və 2 qolla yadda qalmışdır.

2017-ci ilin noyabr ayında Muskve Zimbabve milli futbol komandası ilə Lesoto millisinə qarşı oyunda debüt etmişdir. O, ikinci hissədə meydana daxil olmuş və millisi 1-0 hesabı ilə məğlub olmuşdur.

Milli karyera statistikası

ZimbabveİlOyunQol201710Ümumi10

Şəxsi həyatı Muskve İngiltərədə anadan olmuşdur. Lakin valideynləri Zimbabve vətəndaşları olduğu üçün o, Zimbabve millisini seçməyi qərara almışdır.

İstinadlar

Xarici keçidlər Premier League Profile UEFA Youth League Profile

Muskve Muskve Muskve Muskve Muskve Muskve Muskve Muskve Muskve Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Morkam FK futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları