"Kafkaokur" — Türkiyədə nəşr olunan aylıq ədəbi jurnal. Qurucusu və baş redaktoru Gökhan Dəmirdir. Jurnalın 17-ci buraxılışı 72.000 nüsxə satılaraq 2016–2017-ci illərdə Türkiyədə ən çox oxunan ədəbi jurnalı olmuşdur. Jurnalın əsas məqsədi həvəskar yazıçı və rəssamlara istiqamət vermək, eləcə də, dünya ədəbiyyatı haqqında xəbərlər verməkdir.
Tarix 2010-cu ildə Gökhan Dəmir tərəfindən bloq şəklində qurulan "Kafkaokur"un məzmununu Frans Kafkaya dair yazı, məqalə, esse, araşdırma və tənqidlərdən ibarət idi. Bloqda daha sonra dünya ədəbiyyatına aid yazılara da yer verilməyə başlandı və bu istiqamətdə inkişaf etdi. Məzmunun artıq bloq şəklində qalmamasının lazım olduğunu düşünən Gökhan Dəmir 2014-cü ilin avqustunda jurnalı təsis etdi. Jurnalın ilk buraxılışı "… mən ədəbiyyatdan ibarətəm" şüarı ilə 2014-cü ilin sentyabrında buraxılmışdır. Jurnal ilk müddətdə iki aydan bir buraxılırdı. Jurnal 2017-ci ilin sentyabrından aylıq şəkildə buraxılmağa başlamışdır.
Heyət Jurnalın baş redaktoru Gökhan Dəmir, üzlük dizayneri Tülay Palaz, redaktoru Merve Özdolab, nəşr məsləhətçisi Baran Gözəl, korrektoru Fatih Cərrahoğlu ve art-direktoru Rabia Gençərdir.
Yazıçı heyəti: Ece Təməlkuran, Kamal Varol, İsahaq Uygar Əskiciyan, Eray Yasin İşıq, Əzgi Ayvalı, Merve Özdolab, Mustafa Silici, Əsra Pulak, Cansu Cindoruk, Sumru Uzun, Baran Gözəl, Atılay Aşkaroğlu, Bahri Butimar, Nazlı Başaran.
Rəssam heyəti: Tülay Palaz, Rabia Gençər, Gökçə Kocaman, Eren Caner Polad, Ərişcan Türk, Esin Bayhan, Onur Şahinoğlu, Ayşenur Maden, Şeyma Türk, Osman Ərtürk, Tayfun Yağcı.
Mükafatlar Mükafatlar Mükafat Tarix Kateqoriya Təqdim edən qurum Nəticə İst. Bumeranq mükafatı 2013 Ən tərz bloq "Hürriyet" qəzeti Kamal Sunal mükafatı 2016 Ən yaxşı mədəniyyət-incəsənət jurnalı Vəfa liseyi EMÖS mükafatı 2017 İlin ən uğurlu ədəbi jurnalı İstanbul Texniki Universiteti Media mükafatı 2017 Ən bəyənilən jurnalı Akdəniz Universiteti
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə ədəbi jurnalları Kateqoriya:Aylıq jurnallar Kateqoriya:Frans Kafka haqqında əsərlər Kateqoriya:2014-cü ildə Türkiyədə yarananlar Kateqoriya:Türk dilində jurnallar