Əlixan Vaqif oğlu Rəcəbov () — azərbaycanlı aktyor, rejissor, ssenari müəllifi və videobloqer. Satirik qısametrajlı YouTube filmləri ilə tanınıb; 2024-cü ildə ilk tammetrajlı filmi "Səriyyə"ni çəkib.

Həyatı və karyerası Rəcəbov Əlixan Vaqif oğlu 1991-ci il avqustun 1-də Bakı şəhərində doğulub. Milli Aviasiya Akademiyasında təhsil alıb, 2012-ci ildə məzun olub. 2009-cu ildə ilk dəfə Rusiyanın Həştərxan şəhərində, "Neftçi Bakı" ŞHK-nun heyətində çempionata qatılıb. 2009-cu ildən 2013-ilə qədər bir çox ŞHK liqalarında komandasıyla birlikdə iştirak edib. 2013-cü ildə Azərbaycan yığmasında Belarusun Minsk şəhərində 1-ci liqada oyuna qatılıb. 2014-cü ildə ANS telekanalında yayımlanan Comedy.AZ layihəsində rezidentlik edib. 2016-cı ilin dekabrında şəxsi videobloquna başladı. İlk videobloqları cəmiyyətdəki mənfi obrazlar haqqında çəkilmiş 1 dəqiqəlik videolar idi. Daha sonra bu videoformatdan çıxıb, daha keyfiyyətli və xronometraj baxımından uzun vloqlar çəkməyə başladı. 2022-ci ilin yanvarında yayımlanan "Sonuncu şam yeməyi" qısametrajlı filmində yas mərasimindəki dini ritualların təqdimatı dindarların etirazına səbəb olub; Rəcəbov ilahiyyatçı Hacı Şahinlə görüşdükdən sonra sosial şəbəkədə üzr istəyib. Videobloqlarıyla məşhurlaşandan sonra, 2017-ci ildə "Kəklikotu" filminin kastinqindən keçib, Qafar obrazını canlandırdı. Daha sonra, böyük şirkətlərə reklam videoçarxları çəkməyə başladı. 2017-ci ildə "İkinci pərdə" və "3 badam 1 qoz" filmlərində də çəkilib. 2019-cu ildə Kamran Ağabalayev və Vüsal Əhmədzadənin "Ağacdələn" psixoloji trillerində, Cəfər Axundzadənin iki hissəli "Qış nağılı" yeni il komediyasında (İlqar; çəkilişləri 2018-ci ildə Qəbələdə aparılıb) və "Əlvida, Şmidt!" filmində (Tərlan) rol alıb. 2019-cu ilin martında İctimai TV-də yayımlanan "Şou biznesin sonu" televiziya filmində baş rolda oynayıb.

Rejissorluq və ssenaristlik 2017-ci ildə Rafael Bağıroğlunun "3 badam 1 qoz" qara komediyasında, 2022-ci ildə isə Vüsal Hacı-Qədirin "Zona" filmində (borcalan obrazı) çəkilib. Vüsal Əhmədzadənin 2024-cü ilin oktyabrında kinoteatrlarda nümayişə çıxan "Qapı" tragikomediyasının ssenari müəlliflərindən biridir.

İlk tammetrajlı filmi olan "Səriyyə" sosial dramının rejissoru və ssenari müəllifidir; filmdə İdrak rolunu da ifa edib. "WoW Media Group" istehsalı olan film 8-ci sinifdə oxuyan əlaçı Səriyyənin toyu ilə coğrafiya olimpiadasının eyni günə düşməsindən, 14 yaşlı qızın təhsil uğrunda ailəsi ilə mübarizəsindən bəhs edir. Filmin büdcəsi 157 min manat olub; 2024-cü ilin noyabr ayından Cinemastercard, Park Cinema və Nizami Kino Mərkəzində nümayiş olunub. Jurnalist Səddam Laçın "Təzadlar" saytındakı yazısında filmin həssas mövzuya toxunan ideyasını bəyənsə də, aktyor oyununu, ləhcəni, musiqini və ssenaridəki boşluqları tənqid edib.

2022-ci ilin fevralında Xocalı soyqırımına həsr olunmuş "Sevinj Stories" miniserialını yaradıb.

Rəcəbov "Səriyyə" və "Qapı" filmlərinə görə 2025-ci ildə təsis edilən Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının ilk mükafatında "Ən yaxşı ssenari" nominasiyasında iki dəfə namizəd olub; "Səriyyə" ümumilikdə dörd nominasiyada təqdim edilib. 2025-ci il iyunun 3-də keçirilən mərasimdə "Qapı" filminə görə Vüsal Əhmədzadə və Emin Əfəndiyevlə birlikdə "Ən yaxşı ssenari" mükafatını qazanıb.

2025-ci ildə Taleh Yüzbəyovun "Bəlkə də..." fantastik tragikomediyasında çəkilib. 2026-cı ilin oktyabrına olan məlumata görə, YouTube kanalının 489 mindən çox abunəçisi var. Kanalda qısametrajlı filmlər çəkməyə davam edir; 2026-cı ildə kanalda "Cadu" adlı mistik-komediya silsiləsini yayımlamağa başlayıb.

Filmoqrafiya Kinobiz.az məlumatlarına əsasən: İlFilmİştirakıRol2017KəklikotuaktyorQafar20173 badam 1 qozaktyor2017İkinci pərdəaktyor2018Baltasəs aktyorumüxtəlif personajlar2019Ağacdələnaktyor2019Qış nağılı: Biri vardı, biri yox...aktyorİlqar2019Qış nağılı: Göydən üç alma düşdü...aktyorİlqar2019Əlvida, Şmidt!aktyorTərlan2019Şou-biznesin sonuaktyorƏlixan2020Sən deməaktyorsatıcı2021Zəhər tuluğuaktyorCemo2022Sevinj Storiesyaradıcı (miniserial)2022Zonaaktyorborcalan2024Qapıssenari müəllifi2024Səriyyərejissor, ssenari müəllifi, aktyorİdrak2025Bəlkə də...aktyor

Mükafatları 2025 — I Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının Mükafatı, "Ən yaxşı ssenari" ("Qapı", Vüsal Əhmədzadə və Emin Əfəndiyevlə birlikdə)

Qısametrajlı filmləri Əlixan Rəcəbovun YouTube kanalı üçün çəkdiyi və rejissoru olduğu qısametrajlı filmlərdən bəziləri:

"Qaqanın gündəliyi" silsiləsi (2017–2019) "Bakılının gündəliyi" silsiləsi (2017–2019) "Onun gündəliyi" silsiləsi (2017–2019) "Karantinvari boşanma" (2020) "Olum ya ölüm" (2020) "Luger" (2020) "Faberje" (2021) "Qənimət" (2021) "Sonuncu şam yeməyi" (2022) "Viktoriya" (2023) "Baş daşı" (2025) "Cadu" silsiləsi (2026)

Şəxsi həyatı 2022-ci ildə Çilənay ilə ailə qurub.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Video bloqqerlər Kateqoriya:YouTuberlər Kateqoriya:Əlifba sırasına görə yutuberlər Kateqoriya:Əlixan Rəcəbov Kateqoriya:XXI əsr Azərbaycan aktyorları