Nani Georgiyevna Breqvadze (; 21 iyul 1936, Tbilisi, Gürcüstan SSR, SSRİ) — sovet və gürcü müğənnisi, pianoçu, pedaqoq. SSRİ xalq artisti (1983).
Həyatı Nani Breqvadze 21 iyul 1936-cı ildəMüğənninin rəsmi saytının məlumatı. (digər mənbəyə əsasən, 1938-ci ildə) Tbilisidə anadan olmuşdur.
Musiqiçi ailəsində böyüyüb. Hələ altı yaşı olarkən, qədim rus mahnı və romanslarını ifa edirdi.
Əvvəlcə musiqi məktəbini, sonra isə musiqi texnikumunu bitirib. 1956-cı ildən Gürcüstan Politexnik İnstitutunun özfəaliyyət estrada orkestrində iştirak edib. 1957-ci ildə Moskvada "Mən şamı söndürdüm" () 6-cı Ümumdünya gənclər və tələbələr festivalının laureatı olub.
1963-cü ildə V. Saracişvili adına Tbilisi dövlət konservatoriyasında professor Qayane Maçutadzanin fortepiano sinfini bitirib. Xüsusi vokal təhsili almayıb. 1959–1964-cü illərdə K. Pevznerin rəhbərliyi altında Gürcüstan dövlət filarmoniyasının "Rero" Tbilisi dövlət estrada orkestrində oxumağa başlayıb.
1964-cü ildə Parisdəki Moskva müzik-holluna qastrol səfəri edib. O zaman ilk dəfə olaraq, dünya şöhrətli "Olimpiya" zalında çıxış etmişdir. Qastrollardan sonra onu "Orera" vokal-instrumental ansamblına dəvət edirlər. Breqvadze həmin ansamblda 15 il solist vəzifəsində fəaliyyət göstərir və 80-dən çox ölkədə çıxış edir.
1966-cı ildə ansambla təşrif gətirən Vaxtanq Kikabidze (zərb alətləri, vokal) ilə müğənninin sıx dostluq əlaqələri yaranır.
1980-ci ildə solo karyerasına başlamışdır.
Nani Breqvadze 1960-cı illərdə İzabella Yuryeva, Tamara Sereteli, Keto Caparidzenin ənənələrini dirçəldərək tamaşaçılara rus və qaraçı romanslarını yenidən qaytaran müğənnilərdən biridir.
Oxuduğu əksər mahnı və romanslar yazdırdığı qramplastinkalara daxil edilmişdir: "Oxuyur Nani Breqvadze" () (1971), ""Orera" ansamblı" () (1973), "Romans, romans" () (1995), "Nyu-York konserti" () (1997) və başqaları. 2005–2006-cı illərdə Marina Svetayeva və Bella Axmadulinanın sözlərinə yazılmış mahnılar da daxil olmaqla, əvvəllər ifa etmədiyi kompozisiyalardan ibarət disk yazdırmışdır. Vyaçeslav Malejikin şeirləri əsasında silsilə mahnılar oxumuşdur.
1990-cı illərin sonunda "Romansiada" gənc ifaçıların Moskva beynəlxalq müsabiqəsinin münsiflər heyətinin tərkibinə daxil edilmişdir.
1997-ci ildə öz rəhbərliyi altında "Nani" şirkətini yaratmışdır. Şirkətin məqsədi Gürcüstanın sənətə yeni başlamış müğənnilərinə dəstək olmaq, həmçinin ölkədə xarici müğənnilərin çıxışlarını təşkil etməkdir.
"Qadınlar sülh tərəfdarıdır" () assosiasiyasının və "Metexi" qadınlar klubunun üzvüdür. "Sovet qadını" cəmiyyətinin üzvü olmuşdur.
2000-ci ildə Gürcüstanda Nani Breqvadzenin xatirə ulduzu qoyulmuşdur.
Pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2002-ci ildən başlayaraq bir neçə il Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi institutunda estrada-caz oxuması kafedrasının müdiri olmuşdur.
2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsi zamanı Rusiyada nəzərədə tutulmuş yubiley konsertini ləğv etmişdir.
28 mart 2015-ci ildə Россия К telekanalının "Романтика романса" verilişi müğənniyə həsr edilmişdir. 3 iyun 2015-ci ildə ORT kanalında Yuliya Menşovanın "Наедине со всеми" proqramının qonağı olmuşdur. 21 noyabr 2016-cı ildə isə "Pozner" müəllif proqramı üçün Vladimir Poznerə müsahibə vermişdir.
Ailəsi thumb|Eka Mamaladze və Nani Breqvadze "Layma. Randevu. Yurmala 2017" festivalının məşqində Atası — Georgi Yefremoviç Breqvadze (1909 — ?), aktyor Anası — Olqa Aleksandrovna Mikeladze (1913 — ?), əslən Mikeladze knyazlığındandır. Həyat yoldaşı — Merab Qriqoryeviç Mamaladze (d. 1937) Qızı — Yekaterina Merabovna Mamaladze (d. 1960), məşhur Gürcüstan müğənnisi Nəvələri — Levan, Georgi, Nataliya Nəticələri — Dmitri, Sandro, Nikoloz.
Mükafatlar və fəxri adlar Gürcüstan SSR əməkdar artisti (1968) Gürcüstan SSR xalq artisti (1974) SSRİ xalq artisti (1983) Şota Rustaveli adına Gürcüstan SSR Dövlət Mükafatı (1998) "Şərəf" ordeni (Gürcüstan, 1997) "Dostluq" ordeni (Rusiya) (2008) "Şəfəq" Prezident ordeni (Gürcüstan, 2010) "Xeyriyyəçilik fəaliyyətinə görə" Qızıl medal (2003) "İncəsənətə xidmətə görə" Qızıl orden "Gürcüstanda əsrin müğənnisi" adı Rusiya Rəssamlıq Akademiyasının fəxri xarici üzvü Tbilisinin fəxri vətəndaşı (1995)Брегвадзе, Нани Георгиевна // Кто есть кто в современной культуре : В 2 вып. / Гл. ред. С. М. Семенов, авт. и сост. Н. И. Шадрина, Р. В. Пигарев и др.. — М.: МК-Периодика, 2006–2007. — ISBN 5-93696-007-3, 5-93696-010-2. Benalmadena şəhərinin fəxri vətəndaşı (İspaniya, 1996)
İfa etdiyi mahnılar
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1966 Dağlarda görüş mahnı ifaçısı1969 Moskva notlarda mahnı ifaçısı1970 Orera, tam irəli! 1971 Sevgilim üçün boyunbağı Ayşə1971 Əllərinin istisi mahnı ifaçısı1973 Vera məhəlləsinin melodiyaları Vardonun ifası1974 Gecə səfəri mahnı ifaçısı1977 SahillərБрегвадзе Нани Георгиевна // Кто есть кто в современной культуре : В 2 вып. / Гл. ред. С. М. Семенов, авт. и сост. Н. И. Шадрина, Р. В. Пигарев и др.. — М.: МК-Периодика, 2006–2007. — ISBN 5-93696-007-3, 5-93696-010-2. mahnı ifaçısı1981 Əlverişsiz hava üçün təşəkkür mahnı ifaçısı1981 Pəncərələri açın mahnı ifaçısı1982 Çağırış qəbul edin, cənablar! mahnı ifaçısı1983 Qədim rus nəğmələri 1984 Dunayevski ilə birlikdə mahnı ifaçısı1985 Mavi şəhərlər mahnı ifaçısı1987 Uşaqlıq zamanı 1991 Mən xaç Peleyəm! Maka2006 Sınmış fənərlər küçəsi 8 Veronika Jemçujnikova2006 Üç vals 2008 Sofiko 2012 Ləhcəli məhəbbət yubilyar
İstinadlar
Xarici keçidlər Брегвадзе Нани Георгиевна // Кто есть кто в современной культуре : В 2 вып. / Гл. ред. С. М. Семенов, авт. и сост. Н. И. Шадрина, Р. В. Пигарев и др.. — М.: МК-Периодика, 2006–2007. — ISBN 5-93696-007-3, 5-93696-010-2.
Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Gürcüstan müğənniləri Kateqoriya:SSRİ pianoçuları Kateqoriya:Gürcüstan pianoçuları Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:Romans ifaçıları Kateqoriya:Gürcüstanın Dövlət mükafatı laureatları Kateqoriya:Messo-sopranolar Kateqoriya:Gürcüstan SSR əməkdar artistləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Tbilisinin fəxri vətəndaşları