Blood Blockade Battlefront və ya Yaponiyada tanınan adı ilə – Yasuro Nayto tərəfindən yazılan və çəkilən manqa seriyası. 2009-cu ilin fevralından aprelinə kimi "Jump SQ.19" jurnalında, daha sonra isə "Jump Square" jurnalında serializasiya olunmuşdur. Hekayə bacısının görmə qabiliyyəti qarşılığında "Tanrının hər şeyi görən gözləri"ni əldə edən Leonardo Uotç adlı gənc fotoqrafında ətrafında cərəyan edir. Bu insidentdən sonra Leonardo bədheybətlərə və terrorçulara qarşı döyüşən Libra təşkilatına qoşulmaq üçün Yeni Yerusəlim şəhərinə gedir. Manqa ABŞ-də Dark Horse Comics tərəfindən buraxılmışdır.

Bones studiyası tərəfindən anime adaptasiyası çəkilmiş və 2015-ci ildə yayımlanmışdır. Funimation animeni Şimali Amerikada lisenziyalaşdırmışdır. Animenin ikinci mövsümü 2017-ci ilin oktyabrından dekabrına kimi yayımlanmışdır.

Məzmun Manqa seriyası keçmiş adı Nyu-York olan Yeni Yerusəlim şəhərində fəaliyyət göstərən, bədheybət və terrorçulara qarşı döyüşən Libra təşkilatının başına gələn hadisələrdən bəhs edir. Yeni Yerusəlim şəhəri "digər" dünyaya bir portalın açılması nəticəsində yaranmış və digər dünyadan gələn müxtəlif bədheybət və məxluqları şəhərə axın etmişdir. Libra təşkilatının məqsədi artıq təhlükəli şəhərə çevrilmiş Yeni Yerusəlimdə təhlükəsizliyi təmin etməkdir.

Personajlar Libra

Kor olmuş bacısına çarə tapmaq üçün Yeni Yerusəlim şəhərinə gəlmiş mehriban və təvazökar gənc fotoqrafıdr. Sirli bir varlıq bacısının görmə qabiliyyəti qarşılığında ona "Tanrının hər şeyi görən gözləri"ni vermişdir. Bu gözlər ona bir çox üstünlüklər qazandırır. Lakin gözlərinin də bir limiti var, həddən çox istifadə etdikdə qızır və kor olur. Zapp ona tez-tez sataşır və gücsüz olduğuna görə tez-tez çətin vəziyyətlərə düşür.

Libra təşkilatının lideridir. Çox güclü və qüvvətli şəxsdir, lakin eyni zamanda sakit, centlmen və iradəlidir. ustası olan Klaus bundan düşmənlərini möhürləmək üçün istifadə edir.

Dəliqanlı, qadınlara düşkün və Böyük çömçə qan döyüş stilinin Kaqutsuçi növünün ustasıdır. Bu stillə qana istədiyi şəkili verib qılınc kimi silahlar ortaya çıxara bilir. O, çox yaxşı təlim alıb. Onun uşaq kimi hərəkətləri tez-tez Libra üzvlərini çətin vəziyyətə salır. Leonardonun ən yaxın partneridir və tez-tez bir-biriləri ilə dalaşırlar. Həmişə döyüşdə Klausu məğlub etməyə çalışır, lakin uduzur.

təşkilatının da üzvü olan qurd qadın. Yüksək sürətlə hərəkət edə və görünməz ola bilər. Bir az sadistik şəxsiyyətə malikdir.

Libranın ikinci ən əhəmiyyətli şəxsi. Esmerelda Qan Şaxtası adlı döyüş stilinin ustasıdır. Bu döyüş stili ilə düşmənlərini dondura bilir. Klaus kimi o da centlmendir.

K.K.

Libranın sevimli və əzmli qadın snayperidir. Döyüş meydanından sərt olsa da, ərinə və iki oğluna çox bağlıdır.

Bir bədəni paylaşan iki şəxsdir. Doq Hummerin qanı Deldro Brodi adlı seriyalı qatilin mayeləşdirilmiş bədəninə yerləşdirilib. Brodi Hammerə böyük güc verə bilir. Bu ikisi çox təhlükəli olduqları üçün həbsxanada saxlanılır, lakin çətin vəziyyətlərdə Libra onların köməyindən yararlanır. Marvel Comics nəşriyyatının Karnaj personajına əsaslanır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2009-cu ilin manqaları Kateqoriya:2015-ci ilin manqaları Kateqoriya:2015-ci ilin anime serialları Kateqoriya:2016-cı ilin anime OVA-ları Kateqoriya:2017-ci ilin anime serialları Kateqoriya:Şonen manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Fövqəltəbii anime və manqaları Kateqoriya:Postapokaliptika anime və manqaları Kateqoriya:Şəhər fentezisi Kateqoriya:Shueisha manqaları Kateqoriya:Dark Horse Comics komiks başlıqları Kateqoriya:Bones Kateqoriya:Madman Entertainment animeləri Kateqoriya:Funimation Kateqoriya:Mainichi Broadcasting System verilişləri Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Komediya anime və manqaları