Dabbaqlıq – gön dəri emalı, yəni aşılanması ilə məşğul olan sənət sahəsi. Bəzi mənbələrə görə ibtidai-icma quruluşu dövründən başlamış bir sənətdir.

Keçmişdə dabbaqlar müxtəlif dəri növlərindən yüksək zövq və böyük məharətlə cürbəcür məmulatlar — ayaqqabı, kəmər, dəri gödəkcələr, kitab cildləri və yəhərlər hazırlayırdılar. Hazırda bu sənət təkmilləşdirilib. Müasir dövrdə gön-dəri emalı sahəsi iqtisadiyyatın yüksək gəlir gətirən istiqamətlərindəndir.

İstinadlar

Kateqoriya:Peşələr Kateqoriya:Peşələrinə görə şəxslər Kateqoriya:İncəsənət xadimləri