Aypara adası (, ) — Şpitsbergen arxipelaqına daxil olan elə də böyük olmayan ada. Edj adasından cənub-şərqdə yerləşir. 1973-cü ildən adanı ziyarət etmək yerli faunanı qorumaq məqsədi ilə qadağandır. Ada ilk dəfə 1625-ci ildə Moskva şirkətinin xəritəsində əsk olunmuşdur. Ona ilk adı isə 1663-cü ildə Hedrik Donker vermişdir. Dörd rus dənizçisi — Aleksey İnkov, Xrisanku İnkov, Stepan Parapov və Fedor Veriqin — 1743-cü ilin may ayından gəmi qəzası səbəbindən adada 6 il yaşamalı olmuşlar. Onlardan ancaq 3 sağ qalmışdır. Yazıçı Devid Roberts bu gözəl hekayəni "Dörd nəfər Arktikaya qarşı"Four Against the Arctic: Shipwrecked for Six Years at the Top of the World. (2003). Simon & Schuster. ISBN 0743224310 kitabıda əks etdirmişdir. Roberts etdiyi araşdırma ilə dənizçilərin Edj adasında yaşamaq istədikləri nəzəriyyəni yalanlamışdı.

Mənbə Conway, W. M. 1906. No Man’s Land: A History of Spitsbergen from Its Discovery in 1596 to the Beginning of the Scientific Exploration of the Country. Cambridge: At the University Press.

İstinadlar

Kateqoriya:Şpisbergen arxipelaqına daxil olan adalar Kateqoriya:Barens dənizinin yaşayış olmayan adaları