Məhəmməd Əmin Rəsulzadə Fondu və ya Məhəmməd Əmin Rəsulzadəni Yaşatma Fondu — 1955-ci ilin mart ayında Azərbaycan Kültür Dərnəyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin irsini yaşatmaq üçün Ankarada yaradılmış fond.
Haqqında Məhəmməd Əmin Rəsulzadə dünyasını dəyişdikdən sonra 1955-ci ilin martında "Azərbaycan Kültür Dərnəyi"nin İdarə Heyəti onun məzarını düzəltdirmək, əsərlərini nəşr etdirmək və külliyyatını çıxarmaq üçün bir fond təsis edir. Fondun heyəti: Rəsul Ünsal, Kərim Odər, Həmid Atamandan ibarət idi. Bununla əlaqədar Ziraat Bankı Ankara Mərkəz Müdirliyi nəzdində "Məhəmməd Əmin Rəsulzadəni Yaşatma Fondu" adı ilə bir hesab açıldı. Hesaba ilk maliyyə yardımı edənlər:
Rəsul Ünal - 10 lirə Həsən Hocaoğlu - 50 lirə Ənvər Dadaşzadə - 10 lirə Kərim Odər - 50 lirə Həmid Ataman - 25 lirə Məhəmməd Kəngərli - 25 lirə Əhməd Qaraca - 20 lirə Əhməd Yaşad - 20 lirə Vahab Yurdsevər - 50 lirə Hilal Münşi - 40 lirə Feyzi Aküzüm - 10 lirə Süleyman Təkinər - 10 lirə
Həmçinin bax Mirzə Ələkbər Sabir Fondu Çingiz Mustafayev adına Fond Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu
İstinadlar
Kateqoriya:Məhəmməd Əmin Rəsulzadə Kateqoriya:Azərbaycan fondları Kateqoriya:XX əsrdə Türkiyədə yarananlar