350px|thumb|right|Sezare Makkari — "Leonardonun Cakondanın portretini işləməsi", 1863 XVI əsrdə Leonardo da Vinçi tərəfindən yağlı boya ilə qovaq paneli üzərində çəkilmiş "Mona Liza" () və ya "Cakonda" () portreti müxtəlif fərziyyələrin yaranmasına səbəb olmuşdur.What Is the Mystery Behind the Mona Lisa? . wiseGEEK, Retrieved June 9, 2011

Portretin subyekti 200px|thumb|left|Leonardonun avtoportreti hesab edilən "Qırmızı təbaşirlə kişi portreti" və "Mona Liza" portretindəki üzlərin müqayisəsi. Ənənəvi olaraq portretdə oturmuş xanımın Liza del Cakondo olması qəbul edilsə də, müxtəlif mənbələrdə modelin kimliyi ilə bağlı fərziyyələrə də yer verilmişdir. Həyatının son illərində Leonardo "möhtəşəm Culyano de Mediçidən florensiyalı xanımın sağ ikən çəkilmiş portretini" işləmək sifarişi alır. Liza del Cakondo və Culyano de Mediçi arasında hansısa əlaqənin olmasını sübut edən heç bir sənəd və ya məlumat tapılmadığından Leonardonun başqa florensiyalı xanımın da portretini işlədiyi iddia edilmişdir.

Rəssam Syuzan Doroti Vayt Mona Lizanın maskulin ölçüləri və kəllə quruluşunu yazdığı "Təbəssüm anatomiyası: Monanın sümükləri" (, 2002) və "Çeynəyən Mona" (, 2006) adlı əsərlərində tədqiq edir..White, Susan D. (2006). Draw Like Da Vinci. London: Cassell Illustrated. . pp. 117, 128. "Bell Labs"dan Lillian Şvarts hesab edir ki, "Mona Liza" əslində Leonardonun avtoportretidir. O, fərziyyəsini rəsmdəki xanımın üz cizgilərini Leonardonun məşhur avtoportreti olan "Qırmızı təbaşirlə kişi portreti"ndəki üz cizgiləri ilə müqayisə edərək sübut etməyə çalışır. Lakin, Şvartsın bəhs etdiyi kişi portretinin avtoportret olması dəqiq deyil.Bambach, Carmen C., ed. (2003). Leonardo da Vinci master draftsman. New Haven and London: Yale University Press. . pp. 183, 426

Ziqmund Freyd Leonardonun təsvir etdiyi məşhur yarı-təbəssümdə anası ilə bağlı xatirələri canlandırdığını qeyd edir. Lonardonun bioqrafı Serj Bremli 1994-cü ildə yazır ki, "portretdəki xanımın identifikasiyası ilə bağlı onlarla variant vardır ki, onların da hər biri bu və ya digər dərəcədə həqiqətə uyğun görünür…Bəziləri isə belə hesab edirlər ki, ümumiyyətlə Leonardonun heç bir modeli olmamışdır və o, fikirləşdiyi ideal qadını təsvir etmişdir."Bramly, S. (1994). Leonardo: The artist and the man. London: Penguin Books. pp. 362–363 220px|thumb|right|Rafael və Culio Romano tərəfindən çəkilmiş "İzabella d'Araqonanın portreti", Doria-Pamfili qalereyası, Roma. Mayki Voqt-Lüerssen portretdəki məşhur təbəssüm sahibəsinin Milan hersoqinyası Araqonlu İzabella olduğunu iddia edir. Leonardo 11 il ərzində Milan hersoqunun saray rəssamı olmuşdur. Mayki Voqt-Lüerssen iddia edir ki, "Mona Liza"nın tünd yaşıl geyimindəki naxışlar onun Sfroza ailəsinin üzvü olduğunu sübut edir. Onun nəzəriyyəsinə görə, "Mona Liza" Milan hersoginyasının ilk rəsmi portreti olmaqla 1489-cu ilin (ənənəvi olaraq hesab edildiyi kimi 1503-cü ilin yox) yazında və ya yayında çəkilmişdir.

2004-cü ildə tarixçi Cüzeppe Pallanti "Monna Lisa, Mulier Ingenua" ( adıyla nəşr edilmişdir) adlı kitabını nəşr etmişdir. Kitabda portretdəki şəxsin Liza del Cakondo olması ilə bağlı çoxsaylı arxiv materialları təqdim edilmişdir. Pallantiyə görə, Leonardo və Mona Lizanın atası dost olmuşlar: ""Mona Liza"nın portreti ehtimal ki, Liza del Cakondonun 24 yaşı olarkən Leonardonun atası tərəfindən dostu olan del Cakondoya hədiyyə etmək üçün sifariş edilmişdir." 2007-ci ildə geneoloq Domeniko Savini şahzadələr Nataliya və İrina Strozzilərin Liza del Cakondonun nəslindən olduqlarını müəyyənləşdirmişdir. 2004-cü ildə aparılmış tədqiqat nəticəsində portretin 1503-cü ildə Cakondonun ikinci övladının doğulmasının qeyd edilməsi üçün çəkildiyi müəyyən edilmişdir.

2011-ci ildə sənət tarixçisi Silvano Vinçeti Leonardonun uzun müddət köməkçisi (və ehtimal ki, həm də sevgilisi) olmuş Salainin "Mona Liza" portreti üçün ilham mənbəyi olması haqqında fərziyyə səsləndirmişdir.Rizzo, Alessandra. Male model behind the Mona Lisa, expert claims . Associated Press. February 2, 2011.

2005-ci ildə Heydelberq Universitetinin elmi işçiləri 1503-cü ildə nəşr edilmiş kitabın küncündə yazılmış qeydi aşkarlayırlar. Bu qeyddə bildirirlir ki, Leonardo "Liza dell Cakondonun portreti üzərində işləyir". Bu qeyd portretdəki modelin Liza del Cakondo olmasını birbaşa sübut edir. Lakin, qeyddə portret təsvir edilmədiyindən Leonardonun çəkdiyi başqa bir əsərdən də bəhs edilə bilər.

2011-ci ildə Liza del Cakondonun Florensiyadakı qədim monastırda dəfn edilməsi haqqında sənədin aşkarlanmasından sonra, onun dəfn yerində qazıntılara başlanmışdır. 20 may 2011-ci ildə Liza del Cakondoya aid olduğu hesab edilən sümüklər aşkarlanmışdır. 2014-cü ildə Angelo Paratico "Mona Liza" portretində Leonardonun Çin qulu olmuş anasını təsvir etdiyini bildirmişdir. Digər tədqiqatçılar isə rəssamın anasının Yaxın Şərqdən (Kanadalı tədqiqatçı və rəssam Lui Baff Parri isə daha konkret fikir səsləndirərək Leonardonun anasının azərbaycanlı və ya türk olması ehtimalını irəli sürür) olan qul olduğunu deyirlər. 220px|thumb|right|Leonardo da Vinçi tərəfindən çəkilmiş "Vəftizçi İohann" rəsmi, 1513–1516, Luvr muzeyi, Paris. Əsərdə model kimi Leonardonun tələbəsi Salai istifadə olunmuşdur. "Vəftizçi İohann" və "Mona Liza" rəsmlərindəki modelin oxşarlığı hər iki əsərin subyektinin Salai olması haqqında fərziyyə yaranmasına səbəb olmuşdur.

Metabolik xəstəliklər 2010-cu ilin yanvarında patoloji anotomiya üzrə Palermo Universitetinin professoru olan həkim Vito Franko "La Stampa" qəzetində nəşr etdiyi məqaləsində və Florensiyada keçirilmiş tibb konfransı zamanı çıxışında bildirir ki, Mona Lizada dəri altında xolesterinlə zəngin material toplanması olan ksantelazma xəstəliyi olub və bu metabolik xəstəlik olan biliart traktı və ya hiperlipidemiya nəticəsində yarana bilərdi. Həkim Franko bildirir ki, onda həm də sağ gözündə lipoma olması müşahidə edilir.The medical secret behind Mona Lisa's smile? , BBC News, Retrieved 5 fevral 2018

Hərflər və modelin identikliyi 2010-cu ilin dekabrında İtaliya sənət tarixçisi Silvano Vinçeti bildirir ki, "Mona Liza"nın gözünün içində yalnız lupa iə baxış zamanı görünən kiçik hərflər və rəqəmlər vardır, bundan sonra o, iddia edir ki, modelin Leonardonun tələbəsi Cian Cakomo Kaprotti (daha çox Salai kimi tanınır) olmasını həmin hərflər vasitəsiylə müəyyən etmişdir. Luvr tədqiqatçının orijinal əsərə çıxışı olmadığını bildirməklə, 2004 və 2009-cu illərdə aparılmış tədqiqatlar zamanı heç bir rəqəm və hərfin aşkarlanmadığını, illər ərzidə boyanın quruması ilə müxtəlif fiqurlara oxşar çatların əmələ gəlməsini elan etmişdir.

Qaşları və kirpikləri "Mona Liza" ilə əlaqəli əsas müəmmalardan biri onun qaşlarının çox pis görünməsi, kirpiklərinin isə olmamasıdır. 2007-ci ilin oktyabrında Fransa mühəndisi və ixtiraçısı Paskal Kotte, yüksək ölçülü kameranın köməkliyi ilə Leonardonun "Mona Liza" üçün qaş və kirpiklər çəkdiyini müəyyən etmişdir. Yüksək keyfiyyətli kamera ilə "Mona Liza"nın üzünü 24 dəfə yaxınlaşdıran Kotte sol gözü üstündə yeganə saxlanmış kirpik tükü aşkarladığını bildirmişdir. "Bir gün mən özümə dedim ki, əgər heç olmasa bircə dənə qaş və ya kirpik tükü tapa bilsəm o zaman Leonardonun kirpik və qaş çəkməsinə dair sübutum olacaq" deyə Kotte qeyd edir. Mühəndis bildiri ki, digər qaş tüklərinin rəngi zaman keçdikcə solmuş və bərpaçılar tərəfindən əsərin təmizlənməsi zamanı silinmiş ola bilər. Bundan başqa, Kotte bildirir ki, orijinalda Lizanın əlləri başqa pozada çəkilsə də, portretin yekun variantında dəyişdirilmişdir.

Corco Vazari "Rəssamların həyatı"nda portreti sıx qaşlı kimi təsvir edir; lakin, bu qaş və kirpiklərin təmizlənmə zamanı silinməsi ilə yanaşı, həm də Vazarinin başqa bir əsərdən bəhs etməsi anlamına gələ bilər.

Təbəssümü 270px|thumb|left|"Mona Liza"nın təbəssümü "Mona Liza"nın təbəssümü bir-birindən kəskin şəkildə fərqlənən çoxsaylı fərziyyələrin yaranmasına səbəb olmuşdur. Bir çox tədqiqatçılar təbəssümün nəyə görə müxtəlif insanlar tərəfindən fərqli şəkildə görünməsi və qəbul edilməsini izah etməyə çalışmışlar. Şərhlərdə insan gözünün qəbulu ilə bağlı elmi nəzəriyyələrdən tutmuş Mona Lizanın şəxsiyyəti və hissləri ilə bağlı ehtimallara kimi müxtəlif fikirlər səsləndirilmişdir.

Harvard Universitetindən professor Marqaret Layvinqstoun "Mona Liza"nın təbəssümünün yalnız fəza tezliyindən göründüyünü, buna görə də uzaq məsafədən və ya periferik baxış zamanı daha aydın nəzərə çarpdığını iddia edir. Məsələn, portretin gözlərinə baxdıqda ağzı ilə müqayisədə təbəssüm daha geniş görünür. San-Fransiskodakı Smit-Kettlvell İnstitutundan Kristofer Tayler və Leonid Kontsereviç bildirir ki, təbəssümün təbiətinin dəyişkənliyi insanın görmə sistemindəki təsadüfi küylərin səviyyəsi ilə əlaqədardır. Braun Universitetinin əlavə professoru Dina Qoldin ehtimal edir ki, sirr Lizanın üz əzələlərinin dinamik yerləşməsindədir, insan təfəkkürü şüuraltı onun təbəssümünü genişləndirir və nəticədə üzün qeyri-adi dinamikliyi izləyicidə zərif, lakin çox güclü hisslər oyadır.

2005-ci ildə Amsterdam Universitetindən olan hollandiyalı tədqiqatçılar Urbana-Şampeyn İllinoys Universitetinin əməkdaşları ilə birgə yaradılmış "hisslərin tanınması" proqramı vasitəsiylə əsəri tədqiq etmişlər. Proqramın göstərdiyi nəticəyə görə "Mona Liza"nın təbəssümü 83% xoşbəxt, 9% diksinmiş, 6% qorxmuş 2% qəzəbli 1% neytral və 0% təəccüblənmişdir.

Digər versiyaları Ehtimal edilir ki, Leonardo əsərin birdən çox versiyası üzərində işləmişdir. Digər versiyanın 27 sentyabr 2012-ci ildə ictimayətə təqdim edilməzdən əvvəl qırx il müddətinə İsveçrə banklarından birində gizlədilmiş "Ayzeluort Mona Lizası" olması ehtimal edilir. İsveçrə Federal Texnologiya İnstitutu əsərin Leonardonun yaşadığı dövrdə işləndiyini bildirir, sakral həndəsə üzrə mütəxəssislər isə onun rəssamın əsas xəttlərinə uyğun olduğunu vurğulayırlar.

Eyni iddialar əsərin Vernon kolleksiyasında saxlanan versiyası ilə bağlı da edilmişdir. "Vernon Mona Lizası" əvvəllər Luvr kolleksiyasına daxil olduğuna görə daha böyük maraq doğurur. 1616-cı ilə aid edilən daha bir versiya isə V Lisd hersoqu Frensis Osborn tərəfindən 1790-cı ildə ingilis rəssamı Coşua Reynoldsa onun avtoportreti qarşılığında hədiyyə edilmişdir. Coşua əsərin əslinin onda olduğunu, Luvrdakı versiyanın isə kopya olduğunu düşünürdü. Lakin sonradan bu fikir qəbul edilməmişdir. Coşuadakı versiya orijinalın rənglərinin solmadığı vaxtda kopyalandığından onda əsərin ilkin rənglərini görmək mümkündür. Əsər şəxsi kolleksiyada saxlansa da, bir dəfə 2006-cı ildə Daliç Rəsm Qalereyasında sərgilənmişdir.

2012-ci ilin yanvar;nda Madridin Prado muzeyi kral kolleksiyasında Mona Lizanın ehtimal ki, Leonardo ilə eyni vaxtda və studiyada çəkilmiş nüsxəsini aşkarladığını və bərpa-təmizləmə işlərinin həyata keçirildiyini açıqlamışdır. Orijinalda çatlar və rəng solğunluğu olsa da, Prado Mona Lizası əsərin çəkildiyi vaxt necə görünməsi haqqında yaxşı təəssürat yaradır.

Almaniya vizualizasiya mütəxəssisləri olan Bamberq Universitetindən Klaus-Kristian Karbon və Mayns Universitetindən Vera Hesslinger Prado Mona Lizası üzərində tədqiqatları davam etdirərək onu Luvr Mona Lizası ilə müqayisə etmiş və 2014-cü ildə açıqlamışlar ki, hər iki əsər eyni vaxtda müxtəlif baxış nöqtəsindən çəkilmişdir. Daha sonra onlar səsləndirdikləri fərziyyədə bildirmişlər ki, hər iki əsər yanaşı qoyulduqda üçölçülü dərinlik yaradaraq stereoskopik cütlük formalaşdıra bilər. 200px|thumb|right|Mona Vanna

Çılpaq versiyaları Əsərin modelin çılpaq edildiyi bir neçə versiyası da mövcuddur. Bəzi tədqiqatçılar həmin versiyaların Leonardonun itirilmiş əsərindən kopyalandığını düşünürlər. "Mona Liza"nın çılpaq versiyalarına aşağıdakılar aiddir:

Salai – Çılpaq qadın (Donna Nuda), yağlı boya və kətan, 86,5 x 66,5 sm, Ermitaj, Sankt-Peterburq, Rusiya Salai – Mona Vanna, Luvr, Paris, Fransa. Naməlum rəssam – Mona Vanna, Napoleonun dayısı kardinal Jozef Feşin (1763–1839) kolleksiyasına daxil olmuşdur.