thumb|200px|Salatlı hamburger thumb|200px|McDonald's böyük hamburgeri Hamburger — kəsilmiş və doğranmış kotletdən və 2 bulkudan ibarət olan sendviç növühttps://dictionary.cambridge.org - Hamburger. İstifadə tarixi: 8 dekabr 2025..
Adlandırılması Hamburger adı Almaniyanın Hamburq şəhərinin adından götürülmüşdür. Düşünülür ki, əsasən rus dənizçilər Hamburq limanında lövbər salır, əti burada bişirirdilər və bu yemək tədricən hamburger adını qazanırhttps://www.dictionary.com - Treat Yourself To The Origins Of 11 Food Toponyms. İstifadə tarixi: 7 dekabr 2025.. Sonradan hamburger dəniz yolu ilə ABŞ-ə, oradan da bütün dünyaya yayılıb.
Tarixi ABŞ mətbəxinin ayrılmaz tərkib hissəsi olan hamburger ilk dəfə Amerikada kəşf olunmayıb — buna bənzər yeməklər artıq Asiya və Avropa kulinar ənənələrində mövcud idi. Monqol və tatar tayfalarını isə bu fastfud simvolunun təsisçiləri kimi hesab etmək olar — məhz onlar həmişə uzun yollar qət etməklə qiymə hazırlamağı öyrənmiş və onu çiy dadıblarhttps://www.tastingtable.com - Here's How Hamburgers Got Their Name. İstifadə tarixi: 7 dekabr 2025.. Bu nemət Qızıl Ordaya mənsub olan torpaqlarda sürətlə yayılmaqda idi. Orta əsrlərdə Avropa mətbəxində qiymə çox nadir tapıntı idi, ümumiyyətlə ətin özü yalnız zadəganlara mənsub idi. O vaxtın kulinar kitablarında ətin əzilməsi haqqında çox az məlumat var idi — bunu əsasən kolbasa istehsalında edirdilər. Bəzi məlumatlara görə, vəhşi "tatar" resepti məhz XVII əsirdə rus gəmiləri vasitəsi ilə Avropanın liman şəhəri olan Hamburqda peyda olmuşdur. Bu yeməyi hətta indiyə qədər bir çox avropa restoranlarında "Tatar bifşteksi" (Steak tartare)"Tatar biftiyi" necə "hamburger" oldu? adı ilə tapmaq mümkündü. XIX əsrin ilk yarısına qədər Hamburq Avropanın ən böyük transatlantik limanlarından biri hesab edilirdi. Amerikaya yol tutan bir çox emiqrantlar məhz Hamburq limanından oraya yola düşürdülər. Amerikada, əsasən Nyu-Yorkda, yerli kiçik restoranlarda, alman gəmiçilərini cəlb etmək üçün "Hamburq sayağı steyklər" əmələ gəlməyə başlamışdı və nəticədə geniş yayılmışdır. Hazırkı kimi o yemək əsasən çiy (hərdən isə yarı hisə verilmiş) qiymədən, yanında isə soğan, ədviyyatlar, çörək qırıntıları və çiy yumurtadan ibarət idi. Bəs kimin ağlına ilk olaraq o kotleti bişirib bulkunun arasına qoymaq fikri gəlib — bizlər üçün hələ də sualdır. Amma müəyyən olunub ki, artıq 1904 ildə Sent-Luis yarmarkasında, bizim bu günlərdə hamburqer dediyimiz yeməyə çox bənzər yemək satılmaqda idi.
Növləri thumb|Luther burger
Çizburger (, sözündən— pendir) Fişburger ( — balıq) Çikenburger ( — cücə) Verciburger
Luther Burger Amerika üslubunda qızardılmış şəkərli xəmir (Ponçik) üzərində çizburger.
İstinadlar
Ədəbiyyat Barber, Katherine, editor (2004). The Canadian Oxford Dictionary, second edition. Toronto, Oxford University Press. . History and origins of the hamburger
Həmçinin bax Fəstfud ABŞ mətbəxi
Kateqoriya:Fastfud Kateqoriya:ABŞ mətbəxi Kateqoriya:Ət xörəkləri Kateqoriya:Milli xörəklər Kateqoriya:Almaniya mətbəxi