() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Ümumi xarakteristikası və görkəmi Kütləsi 7,5–9 kq-dır. Sürü halında yaşayırlar. Rəngi çəhrayıyaçalan-ağdır. Qanadlarının ucu qaradır. Başının arxa tərəfində bir topa sivri lələkdən ibarət tac var. Dimdiyi çox uzundur və altında boğaz kisəsi vardır. Suda üzərkən və uçuş zamanı boynunu "s" hərfi formasında saxlayır. Yaxşı üzür, lakin hava kisələrinin çoxluğu və skeletin pnevmatikliyinə görə suya dala bilmir. Quruda çətin gəzir. Səsi boğuq-bağırtılıdır.
Yayılması Əsasən Afrikanın ekvatorial hissəsində, Cənubi Avropada, Ön və Mərkəzi Asiyada yuvalayır. Qara və Xəzər dənizində, İranda, İraqda, Misirdə qışlayır. Xəzər dənizinin Azərbaycan hissəsinin bütün sahil zolağı boyu rast gəlinir. Qızılağac Dövlət Təbiət Qoruğunun su hövzələri və Kürün mənsəbinə həmsərhəd Xəzərin sahil suları əsas qışlama yerləridir.
Sayı Qızılağac Dövlət Təbiət Qoruğunun su hövzələrində qışda 1980-ci ildə 40, 1982-ci ildə 6, 1999-cu ildə 99, 2004-cü ildə 20, 2005-ci ildə 210, 2006-cı ildə 720 fərdi, Kürün mənsəbində isə 1999-cu ildə 40 fərdi qeydə alınmışdır. Xəzərin Cənubi-Şərqi Şirvan, Abşeron-Qobustan və Samur-Dəvəçi sahil zolağında tək-tək fərdlərinə rast gəlinir. Arealının şimal hissəsində qış sərt keçdikcə Xəzərin Azərbaycan hissəsində sayı artır.
Çoxalması Əsasən koloniya halında, bəzən ayrı-ayrı cütlər şəklində yuvalayır. Yuvalarını su hövzələrinin qarğı və qamışlıqlarında qururlar. Yuvaya 2 ədəd ağ rəngli yumurta qoyur. Kürtyatma 33 gün davam edir. Əsasən dişi kürt yatır, erkək onu gecə və səhər əvəz edir. Balanın yumurtadan çıxdığı ilk gündən valideynlər onları qusuntu ilə qidalandırır. Balalar artıq 5-ci gün kiçik balıqlarla qidalana bilir.
Statusu Qışlayan və ötüb keçən quşdur. Azərbaycanın Qırmızı kitabına daxil edilib.
Şəkillər
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:Nepal quşları Kateqoriya:İran quşları Kateqoriya:Pakistan quşları Kateqoriya:Hindistan quşları Kateqoriya:Azərbaycan quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar