Jorj Qurviç (rusca- Гео́ргий Дави́дович Гу́рвич; fransızca- Guéorgui Davidovitch Gourvitch) Rus əsilli Fransız sosioloqu.

Həyatı Georgi Davıdoviç Qurviç (sonradan adı J.Qurviç kimi göstəriləcək) Novorossiysk şəhərində 20 oktayabr (yeni təqvim ilə 2 noyabr ) 1894-cü ildə anadan olmuşdur.

1912-ci ildə J.Qurviç Riqada Nikoloy gimnaziyasının 8 illik kursunu bitirmişdir. Xatirələrdən məlum olur ki, hələ 14 yaşında gimnaziya şagirdi olan Qurviç fəlsəfə və sosologiyaya aid bir çox əsərlərlə tanış olmuşdur. Tanış olduğu ədəbiyyat sırasında K.Marksın, F.Engelsin, məşhur marksistlər və sosialist hərəkatının liderləri olan C.Kautskinin, G.Plexanovun,V.Leninin, M.Ştirnerin əsərləri də olmuşdur. 1912-ci ildən etibarən Birinci Dünya müharibəsi başlayana qədər hər yay o, Almaniyaya istirahətə gedirdi. Bu müddətdə Qurviç neokantçıların əsərləri ilə tanış olmağa imkan tapmışdır. 1912-ci ilin iyun ayında J.Qurviç Yuryer Universitetinin hüquq fakultəsinə qəbul olundu. Burada ilk altı semestri oxuyan Qurviç professorları A.S.Yaşşenko, F.V.Taranovski, M.E.Krasnojen, L.A.Şalland tərəfindən oxunan hüquq fəlsəfəsi Roma hüquqi tarixi, siyası iqtisadi, statistika , kilsə, dövlət ticarət hüququ üzrə mühazirələri dinləmişdir. 1914-cü ilin avqust ayında J.Qurviç Petoqrad Universitetinə keçmək haqqında məsələ qaldırdı. Buraya o, 13 avqust 1915-ci ildə, altı semestri məqbul ödəyəndə sonra keçirildi. Petroqrad Universitetinin professorları sırasında ona ən çox təsir edən görkəmli rus hüquqşunası L.İ.Petrajitski olmuşdur. L.İ.Petrajitskinin keçirdiyi nəzəri seminarlarda J.Qurviç S.İ.Hessen ilə tanış oldu, sonrada isə onunla dostluq etməyə başladı. 1917-ci ildə J.Qurviç Peterburq universitetində magistr dərəcəsini qazandıqdan sonra, professor adını almağa hazırlaşırdı. 1920-cı ildə o, doktorata qəbul olundu, sonradan –tədris kursu aparmaq hüququnu qazandı. Bütün bunlara baxmayaraq, bir neçə aydan sonra Rusiyanı tərk etməli, mühacirətə getməli olmuşdur. İlk əvvəl J.Qurviç Berlində qalırdı. Burada 1921-ci ildə "Xarici rus alimlərinin əsərləri"ndə o, özünün  "XVII-XVIII" əsərlərin siyasi dokrtinasında ayrılmaz hüquqlar ideyası" adlı məqaləsini dərc etmişdir. O burada həm də İ.Frixtenin fəlsəfəsi haqqında ilk fəlsəfi əsərini yazmışdır. (Die Einheit des Fichtes Philosophic) 1923-cü ildən etibarən J.Qurviç Praqada yaşayır. Praqada J.Qurviç Karlovo Universitetinin rus hüququ fakültəsində dərs deyir, hüquq fəlsəfəsi  tarixi kafedrasının dosenti vəzifəsində çalışır. Bu kafedraya Kiyev Universitetinin sabiq rektoru, dövlət hüququ doktoru Y.V.Spektorski başçılıq edirdi. Fakültənin müəllimləri sırasında bir qrup Avrasiya nümayəndələri çalışırdı, ən fəal N.N.Alekseyev, P.N.Savitski, Q.V.Vernadski, Y.V.Spektorski daha fəal idilər. J.Qurviç və fakültənin digər müəllimləri onlarla diskussiya aparırdılar.Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 388-394

1925-ci ildən etibarən J.Qurviçin yeni, Fransa ilə bağlı mərhələ başlamışdır. 1925-1927-ci illərdə o, Parisdə Slavyan İnstitutunda işləmiş, həm də Paris Universitetinin nəzdində olan rus hüquqi fakültəsində dərs demişdir. 1927-ci ildən etibarən J.Qurviç Sorbonnada dərs deyir. Bu məşhur universitetdə o, L.Brünsvikin dəvəti ilə "Alman fəlsəfəsində müasir tenndensiyalar" mövzusunda açıq mühazirələr kursunu oxumağa başlamışdır.  1928-ci ildə J .Qurviç Fransa vətəndaşlığını qəbul etdi. Bu, düşünülmüş addım idi. Qurviç, ən birinci köçən rus mühacirlərinin həyata nikbin yanaşmasını qəbul etmirdi: sonuncular, Rusiyanı tərk edəndən sonra, uzun müddət belə bir ümidlə yaşayırdılar ki, bu vəziyyət nəhayət, qurtaracaq və çox tez bir zamanda geriyə qayıtmaları mümkün olacaqdır. Vəziyyət dəyişmirdi: Rusiyada yeni rejim, əksinə günü – gündən möhkəmlənirdi. Bununla belə J.Qurviç rus miqrasiyasının ictimai həyatında yaxından iştirak edirdi. Parisdə nəşr olunan aparıcı ictimai-siyasi və əbədi "Müasir qeydlər"jurnalında J.Qurviç 1924-cu ildən başlayaraq, bir sıra məqalələrini nəşr etdirmişdir: "Ən yeni alman ədəbiyyatı baxımından sosializm idiologiyası" (1924,c18), "Dövlət və sosiolizm" (1925,c.25); "Fransa sindikalizm idiologiyasında ən yeni təkamül" (1925,c.24); "Prudon və müassirlik" (1927,c.39); "Bolşevizm və Avropa ilə barışıq" (1925,c.26); "Demokratiyanın gələcəyi" (1927,c.32); "Əxlaq və din" (1926,c.29); "Sosiolizm və mülkiyyət" (1928,c.36); və.s. Bundan başqa, "Müasir qeydlər"də o, N.N.Alekseyevin , N.A.Berdyayevin, B.P.Vışeslavsevin, M.Y.Lazarsonun, T.Q.Masarikinin, F.V.Tarnavskinin əsərlərinə yazdığı rəyləri dərc etdirmişdir. J.Qurviç "Müasir qeydlər"də sonuncu yazısı –B.P.Vışeslavsevin "Döndərilmiş Erosun etikası"adlı kitabına yazılan rəy olmuşdur. 1932-ci ildə J.Qurviçin "Sosial hüquq ideyası" nəşr olunur. (L`idee du droit sosial); bu əsərin üzərində o, hələ Rusiyada olarkən  işləyirdi. Məhz bu əsər onu beynəlxalq aləmə tanıtdı. 1932-1934-cü illərdə Qurviç, professor vəzifəsində çalışaraq, Sevin Kollecində fəlsəfə, 1934-1935-ci illərdə Bordo universitetində sosiologiyadan dərs demişdir. 1935-ci ildə o, M.Halbvaks Strasburq universitetinin kofedrasında əvəz etdi. Sonrakı beş il ərzində o, özünün ən çox şöhrət qazanmış əsərlərini nəşr etmişdir.Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 390-391Стародубцев Г. С. Георгий Давидович Гурвич, как юрист-международник /Г. С. Стародубцев. // Международное право = International Law. — 2005. — № 1 (21). — С. 198—217. На с. 208—217 : Статья на английском языке.

Hərbi əməliyyatlar qurtarandan sonra J.Qurviç 1945-ci ilin sentyabr ayında yenidən Fransaya qayıdır və Sorbonnada professor vəzifəsini alır. Həmin dövrdən etibarən J.Qurviç Fransa sosiologiyasının əsas simalarından  birinə çevrilir. 1946-cı ildə o sosioloji tədqiqatlar mərkəzini yaradır (Le centre d'etudes sociologiques). Həmin mərkəz elmi tədqiqatların milli mərkəzinin  laboratoriyası nəzdində yaradılmışdır. (Centre national de la recherche scientifique). Həmin il Qurviç Beynəlxalq sosiologiya jurnalını nəşr etməyə başlamışdır, sonuncusu isə "Sosioloji illik məcmuə" çıxana qədər yeganə sosioloji jurnal olmuşdur (L'annee sociologique) (1949-1953)

1948-ci ildən etibarən J.Qurviç Paris universitetinin sosiologiya üzrə professoru və Tətbiqi tədqiqatlar ali məktəbinin (Le'cole pratique des Hautes e'tudes ) direktoru vəzifələrində çalışmışdır.1960-1963-ci illərdə  o, Fransanın Elmi tədqiqatların koordinasiyası üzrə milli mərkəzinin nəzdində Sosiologiya və demoqrafiya üzrə komissiyasının prezidenti kimi məsul vəzifə tutmuşdu.2007. Georges Gurvitch: Social Change. Blackwell Encyclopedia of Sociology, Edited by George Ritzer. "Source 1", Accessed March 11, 2012.

Qeyd etmək lazımdır ki, J.Qurviç heç vaxt sırf akademik alim olmamışdır. Əksinə, o siyasi cəhətdən çox fəal olmuşdur; bunu müxtəlif faktlar təsdiq edir: o, 1917-ci ilin rus inqilabı hadisələrində, hərbi əməliyyatlarda (Fransa ərazisində), antifaşist hərəkatında (buna görə Fəxri legion ordeni ilə təltif edilmişdir) iştirak etmişdir.

J.Qurviç Parisdə, 1965-ci ilin dekabrın 10-da vəfat etmişdir.Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 392

Sosioloji konsepsiyaları Onun əsərlərindən ən əhəmiyyətli hesab olunanları aşağıdakılardır: "Sosial determinizm və insan azadlığı"(1955), " Dialektika və sosiologiya" (1962), "Sosiologiyanın indiki vəzifələri" "K.Marksın dövründən bu günə qədər sosial siniflər anlayışı"(1958), "İdrakın sosial hədləri"(1967). Bundan başqa, J.Qurviçin rəhbərliyi altında bir sıra iri, kollektiv əməyinin məhsulu olan əsərləri, o cümlədən "20 əsrdə sosiologiya" (1945), "Sənayeləşmə və texnologiya" (1949), "Sosioloji traktat" (1958,1960) adlı kitabları nəşr olunmuşdur.

Fransa sosiologiyasının xalis emprimizə istiqamətlənməsi J.Qurviçi çox narahat edirdi. Məhz bu səbəbdən, onun fikrincə sosiologiya özündən iki təhlükəni uzaqlaşdırmalı idi: J.Stesel tərəfindən elan edilmiş sırf analtik empirizmi və sırf nəzəri quraşdırmaları. O, sosiologiyanın hədsiz dərəcədə amerikalaşmasına qarşı çıxış edirdi. Bu məqsədlə o, 1956-cı ildə belçikalı A.Jann ilə birgə frankdilli sosioloqlar assosasiyasını yaratmışdır. J.Qurviç həm də üst-üstə qalanmış, nəzəri quraşdırmalar hesab etdiyi dürkheymçilik, markizm, struktur funksionalizm və strukturalizmin, determinizimin, o cümlədən ehkamçılığın kökünü kəsmək lazımdır.Siip Sh., Gresle F. Nistoiqe de la sosiologie. V. 2. R.; La Decouverte, 1992. p 64

P.Prudon və K.Marksın metodologiyasına uyğun olaraq, J.Qurviç sosiologiyanın vəzifəsini qlobal cəmiyyətlərin təhlilində görür və hamı tərəfindən qəbul olunmuş nəzəri müddəalara heç bir əlaqəsi olmayan, fraqmentar (natamam) işlərə öz narazılığını bildirir. Burada o, M.Moss tərəfindən təklif olunmuş total sosial fakt anlayışının vacibliyini qeyd edir, çünki burada ayrı-ayrı hadisələrin öyrənilməsi qlobal cəmiyyətin mənaları nisbətində aparılır.Apsart R. İes sosiologies sontemporaines: - R.:Seuil 1990. p 13

Qurviçin sosioloji konsepsiyası, ilk baxışdan özünün realist və plüralist xarakterli olmasını bir növ təsdiqləyir: sosioloq fenomenlərin empirik üzü altında onların müxtəlif səviyyəli qatlarını aşkar etməlidir; bu zaman onları qəti şəkildə yekunlaşdırıb konsepsiya ( təlim ) şəkildə formalaşdırmaqla, birmənalı total (ən ümumi) sosial fenomenlərlə əlaqələndirməməlidir. J.Qurviç  qəbul etdiyi idealar –dialektik və yaxud relyativist (nisbi) hiperempirizdir; burada təcrübə sıx şəkildə nəzəriyyələşdirmə ilə, izahetmə-başadüşmə ilə, gələcək inkişaf baxımından qarşılıqlı təsirdə olan empirik –nəzəri ilə əlaqələndirilir; fərdin və sosialın (kollektiv olanın ) istənilən qarşıdurması istisna edilir.

Qeyd edilməlidir ki, J.Qurviç Fransada dialektik sosiologiyanın aparıcı nümayəndələrindən biri sayılırdı. Dialektik  hiperempirizmi yüksəltmək məqsədilə o, ciddi sosioloji sxemi təklif etdiyini düşünürdü. Bu sxem sosial reallığı aydın təsvir etməli idi.Gresle F., Perin M., Panoff M., Trpier. Dictionnaire des sciences humantines/ P.: Nathan. 1990 p46, p95

Alimin özü qeyd edir ki, nə bölünə, nə də təsdiqlənə biləcək elementlərdən ibarət olan gələcək inkişaf istiqamətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi –dialektik metodun özüdür; bu istiqamətlərin ilkin təbiəti o qədər fəal olur ki, nəticədə bəzi daha fəal ifadə olunan sahələrdə simmetriya və yaxud parelçilik yaranır; yəni sosioloji deteminizin metodundan istər kollektiv, istərsədə fərdi insan azadlığı arasındakı münasibətlərin öyrənilməsində daha çox istifadə etmək olar. Bu həmin haldır ki, burada insan azadlığının ən intensiv (sürətli) dərəcəsi (ixtiraetmə, qərarların qəbul edilməsi, yaradıcılıq) ilə sosioloji determinizmin ən dəqiq ifadələri (idarəetmə planlaşdıırma) bir-biri ilə birbaşa əlaqəyə girir. Bu yolla sosial determinizm azadolma və azadlığın düşünülmüş başlanğıcına çevrilir.Gurvitch G. Determinismes sociaux et liberte humaine. P.: PUF, 1995 p6; p11; p100; p101; p81; p82

J.Qurviçin dərhal kənara atdığı bir şey varsa, bu da, onun düşündüyü kimi, elmi determinizin olduqca yanlış interpretasiyasıdır; bu həm ifadə, həm xüsusi tətbiqi dairəsi məhdud olan texniki prosedurlarla bağlıdır (qanun mümkünlük həddinin ölçülməsi, səbəbiyyət asılılığı –bütün bunlar müxtəlif növ ola bilər), həm də monizm - "vahid və universal nizamın" və yaxud "təbiətin" rasional ideolizmi ilə eyniləşdirir: nəticədə çıxış nöqtəsi şəraiti kimi fundamental şərt unudulur.

Deteriminizmin var gücü ilə aradan qaldırılmaqda olduğu əsil böhranı deteriminizmin idarə etməli olduğu real və konkret olanların çərçivəsindən eləcə də yerləşdiyi zamanlar çoxluğundan ayrılmağının mümkünsüzlüyününü dərk olunmasıdır.