Albalı dondurması () – albalı istifadə edilərək hazırlanan dondurma çeşidi. Müxtəlif növ və müxtəlif sort albalıdan istifadə olunur. Xüsusilə ABŞ-də populyar dondurma çeşididir. 1917-ci ildən bəri ABŞ-də kütləvi şəkildə hazırlanır.

Ümumi məlumat Albalı dondurması xüsusilə ABŞ-də populyar olan dondurma çeşididir. Tipik dondurma inqredientləri və albalıdan hazırlanır. Albalı ya bütöv, ya da dilimlənərək istifadə olunur. Bəzən isə albalı şirəsindən, albalı ekstratından və ya albalı yağından istifadə olunur. İstifadə olunan albalı sortları da müxtəlifdir: qara albalı, Binq albalısı, adi albalı sortları. Maraskin albalısı da istifadə olunur. Albalı celatosu da hazırlanır və softu-kuremu kimi servis olunur. Bəzən albalı dondurmasına şokolad da əlavə edilir.

Tarix Aleksandr Viar ilk 1806-cı ildə nəşr olunmuş "Le Cuisinier Impérial" ensiklopediyasında albalı dondurması üçün resept vermişdir. Albalı dondurması ABŞ-də 1892-ci ildən hazırlanır. Dondurmanın bir versiyası isə 1932-ci ildə hazırlanmışdır: bu dondurmaya acı badam ekstratı əlavə edilir.

Hər il Corciya ştatının Meykon şəhərində keçirilən Beynəlxalq Albalı Çiçəyi Festivalında albalı dondurmasının servis edilməsi ənənə halını alıb.

Kütləvi istehsal 1917-ci ildən bəri ABŞ-də kütləvi şəkildə hazırlanır.

Populyar mədəniyyətdə 1987-ci ildə dondurma istehsalçısı Ben & Jerry's Grateful Dead rok qrupunun üzvü Cerri Qarsiyanın şərəfinə Cherry Garcia adlı dondurma çeşidi təqdim etmişdir.Bedding, James. The Daily Telegraph, January 22, 2005Hays, Constance L. "Getting Serious at Ben & Jerry's: Cherry Garcia and Friends Trade Funky for Functional" , The New York Times, may 22, 1998

İstinadlar

Xarici keçidlər Maraskin dondurması resepti. Ahundredyearsago.com.

Kateqoriya:Dondurma çeşidləri