Tonqa 2018 Qış Olimpiya Oyunlarında — 9 fevral-25 fevral tarixləri arasında Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən 2018 Qış Olimpiya Oyunlarında Tonqan idmanşısının iştirakı. Tonqadan bu qış olimpiya oyunlarında cəmi 1 iştirakçı ilə təmsil olunur. Bu artıq Tonqanın qış olipiyadalarında ikici iştirakıdır. Ölkəni xizək yarışlarında Pita Taufatofua təmsil edəcək. O, ölkəni Rio-de-Janeyroda keçirilən 2016 Yay Olimpiya Oyunlarında Taekvondo idman növü üzrə təmsil etmişdir.
Millinin tərkibi 25px|Xizək yarışları Xizək yarışları Pita Taufatufa
Yarışmanın nəticələri
Xizək idman növləri
30px Xizək yarışları
Yarışma qaydararına görə idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. İdmançı "A" kateqoriyalı lisenziya əldə etmək məqsədi ilə BXİF reytinqində 100 xal toplamalıdır. Bununla belə hər milli olimpiya komitəsi "B" kateqoriyasını təmin etmiş 1 kişi və 1 qadın idmançı ilə təmsoil oluna bilər. Qadınlar 10 km, kişilər isə 15 km xizək yarışlarında iştirak etmək hüququ əldə edir. Nəticəyə əsasən Tonqa kişilərin "B" kateqoriyalı 15 km-lik xizək yarışlarında Pita Taufatufanın uğurlu uğurlu çıxışı sayəsində bir iştirakçı ilə təmsil olunmaq hüququ əldə etmişdir.
Kişilər Məsafəli yarışlar YarışmaİdmançınəticəYerDalaqalma15 km sərbəst stilPita Taufatufa
İstinadlar
Mənbə Tonqa Krallığının olimpiya komitəsi
Kateqoriya:2018 Qış Olimpiya Oyunları Kateqoriya:Ölkələr 2018 Qış Olimpiya Oyunlarında