İranın monarxlarının arvadları qədim dövrlərdən İran İslam İnqilabında (1979) İran monarxiyasının ləğvinə qədər İrandakı (Persiya) müxtəlif dövlətlərin və sülalələrin hökmdarlarının arvadları idi. Müəyyən sülalələrdə qadın hökmdar və ya şahın arvadı üçün müəyyən titullar, o cümlədən Sasanilər üçün Bənbişn və Pəhləvilər üçün Şahbanu titulları istifadə olunurdu.
Ümumi Məlumat thumb|left|250px|İmperator I Süleyman şah Səfəvinin həyat yoldaşı Türktazı xanımın şərəfinə tikdirdiyi Haşt-Bəhəşt sarayı
Şahın bir və ya bir-neçə həyat yoldaşı ola bilərdi, lakin onlardan hansı siyasi baxımdan həm ailədə, həm sülalə, həm də imperiyada böyük gücə, nüfuza, hörmətə malik olsaydı, ailə tərəfindən ona Şahbanu ünvanı verib, tac taxırlardı. Şahın neçənci xanımı olması, ən sevimli yoldaşı olmağı kimi məsələlərin Şahbanuluq adının əldə edilməsinə heç-bir aidiyyəti yoxdur.Jan Şardenin "İrana və digər şərq ölkələrinə səyahət" əsəri Tarix bunu göstərmişdir ki, ailədə olan ən ağıllı, uzaqgörən xanımlar bu ünvanı əldə etmiş və həm imperiyanın, həm də öz avtoritetlərinin güclənməyinə öz töhfələrini vermişdirlər.Abbasqulu ağa Bakıxanov. "Gülüstani-İrəm" Şahın xanımlarından yalnız biri bu statusa sahib ola bilərdi, əgər o vəfat edərsə, bu zaman şahın başqa xanımı adı əldə edə bilərdi.
Qeyd etmək lazımdır ki, tarixə nəzər salsaq görərik ki, Şahbanuların Şahlara olan təsir imkanları çox güclü olmuşdur və tarixin bəzi dövrlərində elə Şahbanular tərəfindən imperiya idarə edilmişdir. Ümümiyyətlə isə, şahların bütün xanımları, fərqi yoxdur ki, övladı olub yoxsa yox, Bəyim adlanırdı.Azərbaycan ədəbiyyatı tarixi. c. 1, Bakı: Azərbaycan SSRİ Elmlər Akademiyası nəşriyyatı, 1960, 590 s
thumb|265px|I Abbas anası Xeyrənnisə bəyimin məsləhətiylə İslam aləminin ən iri məscidi olan Şeyx Lütfullahı tikdirdi
Səfəvi İmperiyasının başçısı olmuş xanımlar da Şahbanu ünvanını əldə edirdilər.Azərbaycan tarixi üzrə qaynaqlar. Professor S. S. Əliyarlı və dosent Y. M. Mahmudovun redaktəsi ilə, Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1989, 328 s
Tarixi Azərbaycan başda olmaqla, İslam və türk xalqları tarixində Şahbanu anlayışı dəbdə deyildi. İlk dəfə bu anlayış qədim imperiyamız olan Midiya dövründə qurulmuş, həmçinin, elə Şahbanu sözü meydana gətirilmiş və ondan sonrakı dövlətlər dövründə (Massagetlər, Atropatena, Əhəmənilər, Parfiya, Sasani, Şirvanşahlar, Naxçıvanşahlıq və s.), bir-çox uzaq İslam dövlətlərində saxlanılmışdır, lakin orta əsrlər dövründə bu anlayış köhnəlmiş və unudulmuşdu. Bilirsiniz ki, Ağqoyunlu Federasiyasının süqutu nəticəsində Səfəvi İmperiyası meydana gəldi. Ağqoyunlular adətən, özlərinin qəbul etdiyi idarəedici, istiqamətverici xanımlara (nəzərə alsaq ki, qədim dövlətlərimizdə qadın azadlığı güclü inkişaf etmişdi), belə şəxslərə Xatun deyə müraciət edilirdi. Səfəvilər isə bu stereoptipi alt-üst etdi və uzun əsrlərdən sonra Şahbanu sistemi və terminini yenidən dirçəltdi. Nə üçün Xatunu Şahbanuya dəyişdirdikləri barəsində bir-çox alimlər, araşdırmaçılar öz mülahizələrini desələr də, dəqiq bir qərara gəlinməyib, amma ən məntiqə uyğun nümunə budur ki, ola bilsin ki, Səfəvi İmperiyasında ali rəhbərə Şah deyildiyinə görə Şahbanu da bu sıraya daxil edilmişdir. Şah I İsmayılın təkidi ilə onun anası Aləmşah bəyim ilk dəfə olaraq Səfəvi İmperiyası və bütün cahanın (dünyanın) adil və tək Şahbanusu olaraq qəbul olundu. Elə Səfəvi tarixində ilk və sonuncu dəfə şah anasının Şahbanu olmağı görüldü, buna səbəb isə o dövrdə Şah İsmayılın yeniyetmə olmağı və ailəli olmamağı əsas gətirilir. Hər-bir şahbanunun öz xadimi vardı.
Sonrakı imperiyaların dövründə thumb|left|250px|İmperator I Təhmasibin həyat yoldaşı Sultan Ağa xanıma hədiyyə etdiyi dünyanın məşhur Gülüstan Sarayının girişindəki mülk
1773-cü ildə Səfəvi İmperiyası orderi tam olaraq, həm de-fakto, həm də de-yure ləğv edildi. Səfəvinin varisi olan Əfşarlar İmperiyası hələ XVIII əsrin ortalarında yarandığı zaman bu ənənəni qorudu və burada Raziyə xanımın əməyinin müstəsna olması tarix elminə məlumdur. Əfşarlar soyunun hakimiyyətinə digər böyük sülaləmiz olan Qacarlar son qoydu, amma Şahbanu nizamında yox. Dünyada məşhur olan bir-neçə Qacar Şahbanusu belə vardır, lakin Əfşarlardan fərqli olaraq, Qacarlarda Şahbanuluq adətləri, məvzi-ixtiyarları fərqli idi, dəyişdirilmişdi, amma buna baxmayaraq, əvvəlki dövrlərdəki kimi yenə də güclü bir post olaraq qalırdı. Səfəvi padşahları taxta çıxdığı vaxt, həyat yoldaşları Şahbanu adını alardılar və böyük bir siyasi güc əldə edirdilər.
Tacqoyma Mərasimi Səfəviyyədə Tac (lat. corona — çələng) — Monarx hakimiyyətinin rəmzi. Əsasən qiymətli metallardan: qızıl və gümüşdən, daş-qaşlardan, (almaz, yaqut, firuzə, sapfir və s.) papaq, çələng, çalma, baş örtüyü formasında hazırlanır. Tac odur ki, qızıl və gümüşdən padşahlar üçün hazırlanır. Qədim türklərdə belə idi ki, bir nəfəri ağalıq və başçılığa təyin edəndə onun bənövşəyi rəngdə əmmamə qoyurdular. Adəti üzrə, imperiyanın Şahbanusu adını qazanan hər-bir qadın mütləq sürətdə təntənəli şəkildə Tacqoyma (tacgördü) edirdilər. Səfəvi İmperiyasından əvvəlki dövrlərdə bu proses əsasən ailə daxilində kiçik bir tədbir şəklində olurdusa, sonradan bu adət ölkə səviyyəsində rəsmi şənliklərlə qeyd edilməyə başlanıldı və sadə insanların da bundan xəbəri var idi. Tacqoyma mərasimi Şah Sarayında keçirilirdi, lakin tacqoyma prosesi məsciddə həyata keçirilirdi. Əvvəlcə Ali Dini Rəhbər olan şəxs ayələr, dualar edir, sonra əvvəlki şahbanu və başqa vəzifəli şəxslər öz xeyir-dualarını bildirir, və şah tərəfindən tac xanımının başına taxılırdı. Sonra faytonlarla onlar saraya gəlir və ziyafət burada təşkil olunurdu. Burada həm xeyli sayda hökumət adamı, səfirlər və xaricdən gələn qonaqlar iştirak edə bilirdilər və qədim yazılara arxalanaraq deyə bilərik ki, belə tədbirlərə çoxlu pul xərclənirdi və tədbir çox rəngarəng keçirdi, hətta bəzən bir-neçə gün belə davam edə bilirdi. Həmçinin, gələcək şahbanunun andiçmə mərasimi də elə məsciddə keçirilirdi. Qısası, hazırkı dövrdə Böyük Britaniyada, Bruneydə, Yaponiyada və Ərəb ölkələrində keçirilən tərzə uyğun idi. Səfəvi tarixində ən yaddaqalan tacqoyma mərasimi I Səfinin həyat yoldaşı Şahbanu Anna xanımın adıyla bağlıdır. Döyüşə gedən şahbanuların başında çoxrəngli parçalardan olan daş-qaşsız papaqlar rast gəlinirdi.
Sonrakı dövrlərdə şahbanular etdiyi yaxşı əməllərdən dolayı Cəng tacı kimi qiymətli taclar və medallarla təltif edilirdilər. Ən çox tacı olan şahbanu Süleyman Şahın həyat yoldaşı Türktazı xanım olmuşdur ki, ona hətta Moğol imperiyası, Çin, Osmanlı, Norveç krallığı, Mrauk-Arakan dövləti, münaqişəni dayandırdığı üçün Buxara əmirliyi və Venesiyadan taclar və ordenlər hədiyyə olunmuşdur. Elə onun dövründə Səfəvi İmperiyasıda başqa ölkələrin başçılarına hörmət əlaməti olaraq medal, əntiq zinət əşyaları və s. hədiyyə etmişdir. Bizə məlum olan ən bahalı tac isə Şahənşahi-Şahbanu Raziya xanıma aiddir və bunu ona Nadir şah Əfşar Hindistandan, Trabzondan gətirilmiş daşlardan düzəltdirib hədiyyə etmişdir. Hal-hazırda dəyəri milyonlarla ölçülür və İraq Milli Muzeyində saxlanılır. Bəzənsə elə Səfəvilərdə də tacqoyma mərasimi müəyyən səbəblərdən (çox vaxt ailə yasda olanda) təmtəraqla keçirilmirdi, ailə daxilində sadə şəkildə yığıncaq olurdu. Nə qədər dəqiq olduğu bilinməsə də, ümumiyyətlə tacqoyma mərasimi olmayan ilk və yeganə şah xanımı XXII Şahbanu İsmətcahan xanım olmuşdur. Başqa maraqlı bir fakt da budur ki, Cənubi Azərbaycanın Təbriz şəhərində Tacqoydu Məscidi belə mövcuddur.
Tac üslubu Ümumən götürsək, şahbanu tacından bir ədəd idi və Aləmşah bəyimdən başlayaraq ondan sonrakı şahbanulara ötürülmüşdür, lakin hər-bir şahbanu ömründə bir dəfədə olsa sırf öz adına, öz zövqünə uyğun olan bir tac hazırlatdırırdı. Taclar əsasən Urmiya, Bakı və Təbrizdəki nəqqaşlar, zərgərlər tərəfindən hazırlanırdı. Tacdan əlavə, şahbanuların orderləri, onların adına hazırlanan və verilən medallar, özlərinin şəxsi kolleksiyalarında bəzəkli yumurtalar, düymələr, lentlər, yelpinclər, dəyəri milyonlarla abbası olan yaxalıqlar və s. mövcud idi. İmperial Tac Zərgərliklərində (Fars: جواهرات ملی ایران, Jawahrat-e millī-ye) klonlar, çoxsaylı zinət əşyalar, bir-çox bənövşəyi qılınc və qalxan, bir-sıra qiymətli daşlar, XVI əsrdən (Səfəvi sülaləsi monarxiyası) başlayan qiymətli metallar və qiymətli daşlar, digər yemək əşyaları və bir sıra digər qeyri-adi əşyalar (zümrüdlərdən ibarət okean daşları) mövcuddur. Bu tac uzunsovdur, üstü yüzlərlə kiçik brilyantdan, üç sapfir daşından, lələkdən ibarətdir və Avropa xanımlarının taclarını xatırladır. Tacın ən üst hissəsində iri bənövşəyi bir daş olurdu ki, dünyada bu rəng gücün rəmzi hesab edilir. Narıncı rəngli xətlər isə məhsuldarlığı ifadə edir. Uzunluğu təxminən 20–25 santimetr, çəkisi 3 kiloqram idi (300 karat). Mənbələrdə "Ləli-Böyrək" adlandırılan başqa bir daş çox qiymətli bir ləl idi. Qazı Əhməd bu daşı "Ləl-i Böğrək", Əbdi Bəy Şirazi isə "Dəvə gözü" adlandırır. Ləlin boyunbağı, üzük, yoxsa sırğa olduğu məlum deyildir. Bəzi araşdırmaçılar bunun "cüt küpə" (sırğa) olduğunu iddia edirlər. Şah İsmayıl Taclı bəyimlə evləndiyində toy hədiyyəsi olaraq bu qiymətli daşı ona hədiyyə etmişdir.
Geyim tərzi thumb|177px|1568-ci ildə İngiltərədə çəkilmiş Şahbanu geyimi təsviri
Şahbanular əsasən, qədim adətlərə uyğun olaraq, uzun paltarlar geyinməyə üstünlük verərdilər. Nəzərə alsaq ki, bəzi şahbanular hərəmxanadan gəlmişdi, hərəmxanada belə qızlar həmişə açıq-saçıq geyimlə gəzmirdilər, əksinə hicabdan, niqabdan istifadə edirdilər. Şahbanuların geyimlərinin boğaz və sinə hissələri adətən daş-qaşla bəzədilmiş, paltarlar yun parçalardan hazırlanırdı. Bu paltarlarsa Təbrizdə, İrəvanda, Bağdadda toxunurdu. Onların geyimlərində həm İslam, həm də Qərb sintetikası açıq şəkildə sezilirdi. Hal-hazırda İran, İraq, Böyük Britaniya və ABŞ-də bəzi şahbanuların geyimləri muzeylərdə qorunur.
İqamətgahı Şahbanuların sarayları əsasən iki ədəd olurdu — Qəbul sarayı və Yay bağı. Hər-bir şahbanunun özünün sarayı olardı, lakin saray dəyişdirmək adəti şahbanularda yox idi.Сургуладзе Н. И. Из истории государственного строя Сефевидского Ирана (чиновники финансового ведом-ство). Автореферат канд.дис., Тбилиси, 1979. Saraylar paytaxtların dəyişdirilməyi nəticəsində dəyişildi çünki şahbanunun imarəti mütləq paytaxt və ya paytaxt ətrafı ərazidə yerləşməli idi. Onların hər-birinin öz yay dincəlgahları vardı və vəfat etdikdən yada şahbanuluq vəzifəsi əllərindən çıxdıqdan sonra öz övladlarına (şah olan yaxud olmayan və ya qızlarına cehiz kimi) pay verirdilər. Bu saraylar heç-vaxt satıla, nəyəsə görə girov qoyula bilməzdi, lakin şahlardan fərqli olaraq, şahbanuların hamiliyində ikidən çox sarayı ola bilməzdi. Bu sarayların bəziləri Səfəvi dövründə tikilib, amma bəzilərinin tarixi hətta eramızdan əvvələ qədər gedib-çıxır və sonradan Səfəvi sülaləsi o yerləri ixtiyarlarına keçirib. Burada şahbanular xarici qonaqları qəbul edir, yerli saray əyanları, vilayət başçıları və s. hökumət nümayəndələriylə görüşlər keçirirdilər. Tipik olaraq, bu saraylarda adətən, lüks kitabxana, tikişxana, gözəllik evi, muzey, qalereya (rəsmxana), fontanlı fəvvarələr, hovuz, bağça, qışlaq, tövlə, hamamxana köşkü, elçilik sarayı, təcrübə zalı, dəftərxana və ibadətxana mövcud idi. GörünüşPaytaxtDövrSarayBağ imarətləri100pxTəbriz15011555ƏhyaqapıNəsriyyəh (Təbriz), Öndərdi (Təbriz), Əlcaraz (Urmiya), Avestan (Kərkük)100pxQəzvin15551598İşrətmülkŞahgölü (Təbriz), Firdovsi (Aqra), Gülüstan (Tehran), Ərrəşid (Bağdad), Cahanabad (Xankəndi), Yeddidam (İsfahan), Nurgərək (Mərv)100pxİsfahan15981736Çəhəl Sütunİsaqxan (Şiraz), Həşt-Behişt (İsfahan), Fərəhabad (Mazandaran), Qəsri-Bukrzeyd (Kabul), Rəmzar bəy (Van), Çəhərbağ (Bəsrə), Şapur (Tehran), Köşk Bulağı (Axaltsixe), Qalayurd (Qars), Nəşat (Dərbənd), Hürizağa (Dubay)100pxGürgan17361797ÜzümbaxçaÇığatayı (Düşənbə), Bəylərbəyi (Behşəhr), Təzəsaray (Gürgan)
Şahbanu türbələri