"Yeraltından qeydlər" () — rus yazıçısı Fyodor Dostoyevskinin 1864-cü ildə nəşr olunmuş povesti.Kaufmann, Walter (1956). Existentialism From Dostoevsky to Sartre. New York: Meridian Books. p. 52.Fyodor Dostoyevski. Yeraltı qeydlər. Bakı, Qanun, 2025, 184 s.
Dostoyevski qəhrəmanlarının əksəriyyətində gördüyümüz, insanlardan qaçan, daha çox öz daxilinə qapanmış, qaraqabaq insan tipinə, məhz bu romanda da rast gəlirik. Belə ki, romanın baş qəhrəmanı olan adsız şəxs, cəmiyyətdən özünü kənar tutmuş sərt xarakterli bir kimsədir. Roman iki hissədən ibarətdir və qəhrəmanın öz dilindən nəql olunur. "Mən xəstə bir adamam" ifadəsi ilə başlayan kitabın ilk hissəsində şəxs, cəmiyyətdən nə üçün qaçdığından, öz gizli dünyasında necə yaşadığından və daha çox nələr ilə məşğul olduğundan bəsh edir. İkinci hissədə isə O, daxilinə qapanmadan öncəki sosial həyatından bir neçə səhnə nəql edir. Ustad qələmindən çıxmış və Dostoyevski müşahidələrinin əvəzsiz zənginliyini özündə əks etdirən bu əsər, bir roman olmaqla yanaşı, eyni zamanda möhtəşəm bir psixi təhlil xarakteri də daşıyır.
Əsər oxunduqca özü üçün yaratdığı kiçik və fərqli dünyada yaşayan adi bir insanın həyatına nəzər salınarkən həm də bütün cəmiyyət tənqidə məruz qalır.
Digər obrazlar
Yeraltı adamı - baş personaj Anton Antonıç Setoçkin - yeraltı adamının masa rəisi Apollon - yeraltı adamının yaşlı qulluqçusu Liza - yeraltı adamının fahişəxanada yatdığı gənc bir fahişə Simonov - yeraltı adamının məktəb yoldaşı. Yeraltı adamının əlaqəsi olduğu tək adamdır; Zverkov - yeraltı adamının məktəb yoldaşı; Trudolyubov - yeraltı adamının başqa bir məktəb yoldaşı və Zverkovun uzaqdan qohumu.
İstinadlar
Xarici keçidlər
[https://www.scribd.com/doc/49061995/Dostoevski-Love-and-the-Underground-Man Academic journal article on Notes from Underground], Conference, Autumn 1998. Full text of Notes from Underground in the original Russian EDSITEment's Launchpad Dostoevsky's Notes from Underground The theory of self-interest in Notes from Underground
Kateqoriya:Fyodor Dostoyevskinin əsərləri Kateqoriya:1861-ci ilin əsərləri Kateqoriya:Rus dilində povestlər