Aleksandr Bakulev (tam adı: Aleksandr Nikolayeviç Bakulev; ) – rus cərrahı, SSRİ-də döş cərrahlığının banilərindən biri. SSRİ Elmlər Akademiyasının akademiki (1958), Tibb Elmlər Akademiyasının akademiki (1948) və prezidenti (1953–60).

Həyatı Aleksandr Bakulev 1890-cı il dekabrın 7-də Vyatka quberniyasının Nevenikov kəndində anadan olmuşdur. 1918-ci ildə Saratov Universitetinin Tibb fakültəsini bitirmiş, S. İ. Spasokukotskinin tələbəsi olmuşdur.

Fəaliyyəti Bakulev 1943-cü ildən ömrünün sonunadək İkinci Moskva Tibb İnstitutunun fakültə cərrahlığı kafedrasının müdiri olmuşdur. 1956-cı ildən özünün yaratdığı Döş Cərrahlığı İnstitutuna (indiki Rusiya Tibb Elmlər Akademiyasının A. N. Bakulev adına Ürək-Damar Cərrahlığı Elmi Mərkəzi) başçılıq etmişdir. Əsas işləri mədə-bağırsaq yolu cərrahlığı, neyrocərrahlıq, urologiya, ağciyər və ürək-damar cərrahlığı məsələlərinə həsr edilmişdir. Qida borusunun plastikası üsulunu (Bakulev üsulu), baş beynin ödemi zamanı araxnoidal boşluğa piltə qoyulması üsulunu (1935) təklif etmişdir;

Beyin abseslərinin müalicə üsulunu, mədə kənar edildikdən sonra qida borusu və nazik bağırsağın birləşdirilməsi qaydasını (Gertsen – Bakulev qaydası), 1940-cı ildə nazik bağırsaqla onikibarmaq bağırsağın ilgəkşəkilli anastomozunun yaradılması qaydasını (Bakulev – Delbe qaydası) işləyib hazırlamışdır. 1948-ci ildə SSRİ-də ilk dəfə olaraq botal axacağın bağlanması əməliyyatını yerinə yetirmiş, 1952-ci ildə ürək qüsuru – mitral dəliyin stenozu zamanı mitral komissurotomiyanı uğurla həyata keçirmişdir; kəskin miokard infarktı olan xəstələrin əməliyyatını təklif etmişdir. Perikard boşluğuna dərman yeritmək üçün inyeksiya iynəsi (Bakulev iynəsi) ixtira etmişdir.

Əsərləri Пневмонэктомия и лобэктомия. M., 1949 (А. V. Gerasimova ilə birlikdə); Хирургическое лечение болезней сердца и магистральных сосудов. М., 1952; Врождённые пороки сердца. M., 1955 (Y. N. Meşalkin ilə birlikdə); Хирургическое лечение опухолей и кист средостения. M., 1967 (R. S. Kolesnikova ilə birlikdə).

Həmçinin bax Nikolay Piroqov

Xarici keçidlər БАКУЛЕВ, АЛЕКСАНДР НИКОЛАЕВИЧ

İstinadlar

Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Moskvanın 800 illik xatirəsinə" medalı ilə təltif edilənlər Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin V çağırış deputatları Kateqoriya:RSFSR-in əməkdar elm xadimləri