() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Kateqoriya və statusu (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb.

Qısa təsviri Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür).

Yayılması Avropa, Asiya və Şimali Afrikada yayılıb. Azərbaycanda Qobustanda, Bozdağda, Kiçik Qafqazın dağətəyi, qismən də orta dağlıq hissəsində, Naxçıvan Arazboyu düzənliyində və orta dağ yamaclarında, eləcə də, Talış dağ bozqırlarında yayılıb. Kiçik Qafqazın dağətəyi hissəsində və Arazboyu düzənliyində oturaq yaşayır, başqa yerlərdə nəsilvermə dövründə, Kür-Araz düzənliyində isə qışda olur.

Yaşayış yeri və həyat tərzi Quraq iqlimli yarımsəhra və bozqır landşaftlarında yaşayır. Qayada, yarğanda, bəzən yulğun kolunda (tamariks) quru çöplərdən yuva tikir, içərisinə yovşan döşəyir, aprel ayında 3-5 ədəd qırmızımtıl-qonur naxışlı ağ yumurta verir. İyul ayında pərvaz balaları ilə ailəvi yem axtarırlar. Yemini havadan baxmaqla tapıb, yerdən götürür, əsas yemi qurbağalar, sürünənlər, gəmiricilər, bəzən də ərəbdovşanı, kirpi, xırda quşlardır.

Sayı 1970-ci illərə qədər adi saylı, miqrasiya dövründə hətta çoxsaylı olub. Sonralar Azərbaycanda nəsil verən populyasiyasının sıxlığı azalıb, XX əsrin sonunda Azərbaycanda 50 cüt quş qeyd edilib. Son 10 ildə istər reproduktiv, istərsə də qışlayan populyasiyasının sıxlığı təhlükəli vəziyyət alıb. Reproduksiya dövründə Qobustanda 4, Bozdağda 2, Kiçik Qafqazın dağətəyi hissəsində 4, Naxçıvan MR-də 8, Talış dağ bozqırlarında 4 cüt (cəmi 22 cüt) quş sayılıb. Son 10 ildə sayı 56 % azalıb. Lakin miqrant quşların sayı 3-4 dəfə çox olub.

Məhdudlaşdırıcı amillər Zərərli yırtıcı hesab edilib ovlanması, bozqırların əkin sahəsinə çevrilməsi və pestisidlərdən maksimal istifadə olunması, mal-qaranın çoxalması və otlaqların deqradasiyası, yem obyektlərinin zəhərlənməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması qadağandır. Faydalı fauna statusu ilə qorunur. Qobustan və Turyançay Dövlət Təbiət Qoruqlarında, Zuvand Dövlət Təbiət Yasaqlığında nəzarət altında saxlanılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Yuvalarının yerləşdiyi sahənin təbiət abidəsi statusu ilə qorunması, çaqqal, tülkü kimi yırtıcıların azaldılması, növün vəziyyətinin əhaliyə izah edilməsi.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:1829-cu ildə təsvir edilən quşlar