Likör (;  — "maye") — tünd, şirin, ətirli alkoqollu içki.

Haqqında Likör bir sıra meyvələrlə, ədviyyatlarla, qaymaqla, çiçəklərlə, çərəzlərlə ətirləndirilmiş spirtli içki növüdür. Likör yalnız distillə olunmuş alkoqoldan hazırlanır və adətən şirin içki hesab edilir.

Likör sözü (fr. liqueur) latınca liquifacere (həll etmək / ərimək) kəlməsindən əmələ gəlmişdir. Əksər likörlərin alkoqol dərəcəsi 15%-30% olur, bəzən 55%-dək arta bilir.

İlk likörün XIII əsrdə İtaliyada rahiblər tərəfindən hazırlandığı güman edilir.

Bir sıra tanınmış likör adları var ki, bunlara misal olaraq Chambord, Baileys, Kahlua, St-Germain, Cointreau, Sambuca, Jagermeister, Frangelico, Grand Marnier və s. göstərmək olar.

İstinadlar

Ədəbiyyat Стюарт Уолтон. Энциклопедия крепких спиртных напитков = The New Guide to Spirits and Liqueurs. — М: БММ, 2004. — С. 58–105. — 128 с. — ISBN 5-88353-196-2. Федор Евсевский. Библия бармена. — 2-е изд.. — Евробукс, 2004. — С. 148–157. — 304 с. — ISBN 5–9900239-1-X.

Xarici keçidlər

Liqueurs at The Cook's Thesaurus. Ликёро-водочные изделия СССР Энциклопедия ликеров

Kateqoriya:Qidalar