Çardaxtəpə Tiflis quberniyasının Borçalı qəzasında təpə adı.
Toponimkası Çardaxtəpə- Tiflis quberniyasının Borçalı qəzasında təpə adı.Azərbaycanda Cavad qəzasında Çardaxlıtəpə, Cavanşir qəzasında Çardaxlu, Yelizavetpol (Gəncə) qəzasında Çardaxlu (yenə orada), Zaqatala rayonunda Yuxarı və Aşağı Çardaqlar, Türkiyənin Qars əyalətinin Ərdahan dairəsində Çardaxlu (yenə orada) kənd adları ilə mənaca eynidir.Azərbaycan dilində (əsli farscadan) çardaq "dörd dirək üzərində qurulmuş müşahidə evi", "gözətçi evi" sözündəndir.Beyləqan rayonunda Çardaqlı-Daş adı da məhz bu mənadadır.İlk dəfə Xaqaninin bir şerində "Dörd taqlı çadırını istərəm məgər?" misrasında çadır-çardaq mənasındadır."Kitabi-Dədə Qorqud" eposunda "taqlı ev" ifadəsində ehtimal ki,çardaq nəzərdə tutulmuşdur.1606-cı ildə Şah Abbasın Gəncəyə daxil olmasından bəhs edən müəllif yazır ki,ordu şəhərə girdi və Çardaq qalasını tutdu.B.Ə.Budaqov,Q.Ə.Qeybullayev.Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı Lüğəti.Bakı,"Nurlan" 2008
Həmçinin bax Borçalı qəzası
Xarici keçid elibrary.bsu.az
İstinad
Kateqoriya:Tiflis quberniyası Kateqoriya:Borçalı