Damğa — Rəşad Nuri Güntəkinin ilk dəfə 1924-cü ildə nəşr olunmuş romanı.

Məzmun

Digər romanlardakı kimi bu əsərin də dili və anlatımı olduqca aydın və canlıdır. Əsər ilk sətirlərdən sonuncu cümləsinədək oxucusunu gərginlikdə saxlayır. Hadisələr, süjet xətti sanki muncuq kimi ardı-ardına düzülür...

Romanı acı bir eşq macərası da adlandırmaq olardı, lakin yazıçı əsərini cəmiyyətdə çox tez-tez rast gəli­nən bir problemə – insana təsadüf və ya qeyri-təsadüf hadisə­dən sonra cəmiyyətin vurduğu «damğa»ya həsr edib...

Əsərdə paşa oğlu İffət adlı gənc elə uşaqlıqdan olmazın çətinliklər, həbs, həbsdənsonrakı aclıq, səfalət, «damğa»lı və təhqir dolu həyat yaşayır. Amma, hətta ən yaxın adamlarının belə ona etibar etməməsi onu dürüst olmaqdan çəkindirə bilmir...

Roman isə heç kimin gözləmədiyi sonluqla bitir...

Nəşr və tərcümə

Əsər Əsgər Ağayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib Bakıda 1989-cu ildə Dodaqdan qəlbə romanı ilə birlikdə Azərnəşrdə 375 səhifədə, Bakı Kitab Klubu tərəfindən 2014-cü ildə 168 səhifədə və 100 tirajla çap edilmişdir.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Türkiyə romanları