"Bizim inqilabımız" () — Lev Trotskinin 1906-cı ildə N. Trotski təxəllüsü altında yazdığı kitab. Kitab 1904—1906-cı illər ərzində yazılan məqalələr toplusundan ibarətdir. Məqalələr içərisində ən mühüm və məşhuru axırıncı olan "Yekunlar və perspektivlər" oldu. O, XX əsrin əvvəlində inqilabçıların mühitində böyük əks-səda doğurmuşdur; məqalədə iddia edilir ki, Rusiya İmperiyası kapitalizmin "ikinci eşelon"unun geridə qalmış ölkəsidir və nəticə olaraq dövlət və hökmdardan hərtərəfli asılı olan Rusiya burjuaziyası "zəif" adlandırılmışdır. Kitabda Trotski "permanent inqilab" konsepsiyası və A. Parvus, K. Kautski və P. Milyukovun əsərlərinə əsaslanan "qeyri-bərabər və qarışıq inkişaf qanunu" anlayışının formalaşmasını başa çatdırdı; Trotskinin təsəvvürlərinə görə, Rusiya İmperiyasının iqtisadiyyatını sənaye-ticarət təbəqəsi deyil məhz proletariat iflic edə bilər və onun payına gələcək inqilabda mühüm rol oynamaq nəsib olub. Trotskinin planlarına görə, bu inqilab milli zəminində başlamalı, internasional çərçivəsində inkişaf etməli və ümümdünya səviyyəsində bitməlidir. Beləliklə, Rusiya dövlətinə Rusiya və Avropanı birləşdirə biləcək inqilabi yüksəlişinin "detonator"u rolu düşürdü.
O illərdə Leninin siyasi mövqesindən bir az daha solcu olan və sonrakı tənqidçilərin xeyli təhrif etdiyi Trotskinin baxışları 1920—1930-cu illərdə Sovet Rusiyasında Trotskinin leninizmə qarşı olan əsas "cəfəngiyatı" hesab edilməyə başlandı. Kitab və sonuncu məqalə bir çox dillərə tərcümə edilmişdir və dəfələrlə nəşr edilirdi; 1922-ci ildə SSRİ-də "Bizim inqilabımız"ın fraqmentlərinin olduğu Trotskinin "1905" kitabı nəşr olunmuşdur.
Təsviri və tarixi thumb|left|200px|L. Trotski kamerada (1906) 1905-ci il dekabrın 3-də baş tutan həbsindən sonra Peterburq Fəhlə Deputatları Sovetinin başçısı Lev Trotski Krestı həbsxanasında özünün "permanent inqilab" konsepsiyasının formalaşdırılmasını əsasən başa çatdırmışdırФельштинский, Чернявский, 2012, с. —; Trotski bu əsərini 1905-ci il inqilabı zamanı Rusiya İmperiyasının işçilərinin oynadığı "olduqca mühüm" rolunun "böyük təəssüratı" altında olaraq tamamlamışdırSchurer, 1961, p. 466Knei-Paz, 1978, pp. 28—29, 176Тютюкин, 2002, с. 140.Howard, King, 1989, p. 230.. Onun dustaq yoldaşlarının söylədiklərinə görə, nəzəriyyəsi üzərində işlədiyi müddətdə Trotskinin kamerası "bir növ kitabxanaya çevrilmişdir"Емельянов, 2003, с. —.Дойчер, 2006, с. 158.. Məhkəmə və sürgündən qaçışdan sonra Trotski fikirlərini bir sıra məqalələrdə yazmış və çıxışlarında səsləndirmişdir, ancaq "torpaq rentası haqqında tədqiqat" itirilmişdir və işıq üzünü görməmişdirДойчер, 2006, с. 160.. 1906-cı ildə bu əsərlər "Bizim inqilabımız" adlı kitabda toplanılmışdır. "Yanvarın 9-dək", "Müxalifətdə kapital", "Dövlət Dumasını necə hazırlıyırdılar", "Prof. Milyukova açıq məktub" və "Cənab P. Struve siyasətdə" (bu məqalə daha öncə N. Taxotski təxəllüsü ilə dərc olunmuşdur) — topluya daxil olan əsas məqalələrdən idilər. Kitabın sonuncu məqaləsi "Nəticələr və perspektivlər" permanent inqilabın müəllif konsepsiyasının formalaşması mənasında Xüsusi əhəmiyyət kəsb edirdiФельштинский, Чернявский, 2012, с. .Daniels, 2016., onun adı Parvusun bənzər adlanan məqaləsinə istinad idiCarr, 1951, pp. 58, 61.Парвус, 1905., Trotskinin məhz sonuncu məqaləsi "qızğın mübahisə" () mövzusuna çevrilmişdirSkilling, 1961, p. 10.Дойчер, 2006, с. 161..
Kitab çapdan çıxandan sonra Çar Rusiyasının polisi tirajı müsadirə etmişdir, bunun nəticəsində də inqilabçının əsərləri oxuculara yalnız bir neçə nüsxədə gəlib çatdıДойчер, 2006, с. 174.Тютюкин, Шелохаев, 1996, с. 73.. Bunla belə Qanlı bazar günü hadisələrindən öncə yazılan "Yanvarın 9-dək" kitabçasında Trotski belə qənaətə gəlmişdi ki, "Rusiyanı yalnız proletariat xilas edə bilər" və qabaqcadan xəbər verirdi ki, yaxın aylar və ya hətta həftələr ərzində "Ümumrusiya silahlı üsyanı" başlayacaqТютюкин, 2002, с. 112. (həmçinin bax, Rusiyada 1905-ci il inqilabı).
Əsas müddəalar və onların tənqidi
Rusiya İmperiyasının geridəqalmışlığı Trotskinin dörd cildli tərcümeyi-halını yazan Yuri Felştinski və Georgi Çernyavski hesab edirdilər ki, Trotskinin hazırladığı inqilabi prosesin yeni konsepsiyasının ən əsas müddəalarından biri və "Bizim inqilabımız"ın tərkib hissəsi o idi ki, orada Rusiya İmperiyasının XIX — XX əsrin əvvəlində kapitalizmin "ikinci eşelon" ölkəsi olması faktı təsdiqlənirdi və qeyd olunurdu ki, bu imperiya daima daha inkişaf etmiş ölkələrə (Qərbi Avropa) çatmağa çalışırdıMendel, 1961, pp. 104—117.Straus, 1998, pp. 11—12.. Trotskinin fikrincə, mütləqiyyətə əsaslanan Rusiya "innovativ irəliləyiş etmək" iqtidarında deyildi. Müəllif ölkənin Kiyev Rus dövlətinə nisbətən geridə qalmasından tutmuş "böyük islahatlar" və təhkimçilik hüququnun ləğv edilməsinə qədər olan tendensiyanın ən ümumi cəhətlərini izləməyə çalışırdı; şəxsi asıllığının ləğv edilməsinin əsas məqsədi imperiyanın silahlı qüvvələrinin formalaşdırılması və vergi yığımını asanlaşdırmaq idi, azad olunmuş kəndlilərə üçün isə real perspektivlər yaradılmırdıKnei-Paz, 1978, pp. 67—68.. Yuri Felştinski və Georgi Çernyavskinin fikrincə, Trotski göstərirdi ki, texniki, təsərrüfat və digər xarici nailiyyətlərin götürülməsi Rusiya İmperiyasını sürətli iqtisadi inkişafa aparmadı; başqa sözlə, ənənəyə çevrilən digər ölkələrə çatmaq meyli real qərb həyat səviyyəsi və texniki inkişafı gətirmədi. Amma Rusiya İmperiyasının geriliyi total deyil idi, bu da onu Avropa ilə ümumi sərhədləri olmayan ənənəvi Asiya cəmiyyətlərindən (XX əsrin əvvəlində Hindistan və Çin kimi) fərqləndirirdiKnei-Paz, 1978, pp. 65—66.. thumb|1905-ci ildə Peterburq Fəhlə Deputatları Soveti: L. Trotski mərkəzdədir Inkişaf etmiş ölkələrə çatmaq tendensiyası, o illərdə əsasən təsərrüfat və idarəetmə müstəqilliyi üçün çalışan ictimai təşkilatların təşəbbüsü ilə yox, hökümdara yaxın olan təbəqələr tərəfindən qəbul etdirilmişdir.
Müstəqil iqtisadi və siyasi həyatı ilə fərqlənən Avropa şəhərlərində olan "Orta Əsrlərə qarşı duracaq fundamental institutu"nu bu tendensiya yarada bilmirdi. O vaxtlar Rusiya şəhərləri yalnız qala tipliДойчер, 2006, с. 163. inzibati, hərbi və maliyyə mərkəzləri sayılırdılarKnei-Paz, 1978, p. 78.Neumann, 2016, p. 75..
Felştinski və Çernyavskinin versiyasına görə, Trotski ona diqqət yönəldirdi ki, Rusiya İmperiyası və onun sələfləri, marksizm ideyalarına uyğun olaraqThatcher, 1991, p. 235., yavaş-yavaş təkamül edən primitiv cəmiyyət üzərində üstqurum kimi inkişaf edirdi. Dövlət özünüqoruma instinktinə tabe olaraqKnei-Paz, 1978, p. 66. təkmilləşir və möhkəmlənirdi və beləcə cəmiyyətə nisbətən daha müstəqil və güclü quruma çevrilirdi. Trotskiyə görə, bu, ilk növbədə tatar-monqol, Polşa-Litva və İsveçin yürüşləri olmaqla, xarici təzyiq altında baş verirdi. Belə təzyiqə dözmək üçün böyük güc tələb olunurdu, buna görə də hökumət cəmiyyətin istehsal etdiyi maddi və qeyri-maddi resursların qeyri-proporsional böyük payını özünə götürürdü, eləcə də fəal şəkildə Qərbdən borca pul götürürdüThatcher, 2005, pp. 36—37.Knei-Paz, 1978, p. 72.. Həmçinin, dövlətin eyni zamanda zorakılıq və nəzarət üçün güclü aparata ehtiyacı var idi, yəni sərt iyerarxiya (hərbi) strukturuna, hansı ki Trotskinin hesablamalarına əsasən, dövlət büdcəsinin yarıdan çoxunu alırdı və ölkə həyatını bürokratiyaya çevirirdi. Bu zaman əsas maliyyə yükü iqtisadiyyat cəhətdən vəziyyətləri onsuz da pis olan kəndlilərin üzərinə düşürdü, belə şəraitdə isə onların halı daha da sarsılırdıKnei-Paz, 1978, p. 67..
left|thumb|1910-cu ildə Ufa|201x201px Trotskiyə görə, Qərbdən fərqli olaraq Rusiya İmperiyasında dövlətin özü təbəqə yaratdı (bu fikri öncə Milyukov bildirmişdir) və ilk növbədə hərbi sənaye olmaqla müasir sənayenin təməlini qoydu. Buradan Trotski nəticə çıxardırdı ki, praktiki olaraq tüfeyli yaşam sürən Rusiya burjua sinfi obyektiv olaraq zəifdir və mütləqiyyətə əsaslanan hakimiyyət tərəfindən tam asılıdır, bu sinif mütləqiyyətin təsərrüfat və siyasi alternativi ola bilmirdi və müstəqil sosial subyekt olmağa qadir deyil idi (Qərbi Avropa ölkələrindən fərqli olaraq)Knei-Paz, 1978, pp. 68—69, 82.Brahm, 1963, s. 537.. Başqa sözlə, imperiyanın ticarət və sənaye təbəqəsi dövlətdən hərtərəfli asılılığa məhkum edilmişdir, yəni nəticədə hökmdara tabe idi. Trotskinin fikirlərindən nəticə çıxırdı ki, Rusiyanın şəraitində "ölkəni yarıfeodal qalıqlardan təmizləmək"Дойчер, 2006, с. 162. və çarizmi devirməyə qadir olan sırf burjua inqilabının baş verməsi mümkün deyildiTreadgold, 1973, p. 233.. Gələcək xalq komissarının analizinə əsasən, Rusiya çarizmi Avropa mütləqiyyəti və Asiya despotizmi arasında olan aralıq şəklində idiKnei-Paz, 1978, p. 70. Həm Rusiya tarixinin, həm də Rusiya cəmiyyətinin XX əsrin əvvəllərində sinfi strukturunun məhz bu xüsusiyyətləri onu göstərirdi ki, Rusiya İmperiyasının iri qabaqcıl müəssisələrdə toplanmışThatcher, 2005, p. 37 və xarici sahibkarların implantasiya edilmişLöwy, 2010, p. 51. proletariatına inqilabda mühüm rol oynamaq işi düşmüşdürThatcher, 2005, p. 36.. Trotski hesab edirdi ki, orta sinifin olmadığı süni sistemin daxili münaqişələrinə görə inqilab qaçılmaz idiKnei-Paz, 1978, pp. 70, 83..
Qərbin böyük dövlətlərinə xas olan və rus çarlarına Avropa siyasətinə müntəzəm olaraq hərbi yolla müdaxilə etmək imkanı yaradan atributlardan ibarət imperiyanın görünən gücü yalnız istər xarici, istərsə də daxili təhdidlərdən təhlükəsizlik illüziyasını yaratmaq üçün idi. Trotskinin fikirlərinə əsasən, Rusiya proletariatının az sayda olması fəhlələrin hakimiyyəti inqilab yolu ilə ələ keçirilməsi üçün əhəmiyyətli maneə deyil idi, xüsusən ona görə ki, məhz işçilər ölkənin dəmir yolu şəbəkəsinin fəaliyyət göstərməsini təmin edirdilər, bu şəbəkəsiz isə ölkənin bütövlüklə iqtisadiyyatı fəaliyyət göstərə bilmirdiKnei-Paz, 1978, pp. 85—86 ("min tətil edən dəmiryolçular siyasi cəhətdən ölkə boyu səpələnmiş kəndlilərdən daha səmərəlidilər"Дойчер, 2006, с. 168.). Başqa sözlə, Rusiya proletarlarlarına hakimiyyətə gəlmək belə asandır, nəinki onların Qərbi Avropalı həmkarlarınaBerend, 2016, p. 130.Wistrich, 1982, pp. 51, 58., bu cür fəhlə hökumətin "embrionu" Trotskinin idarə etdiyi Peterburq Şurası idi. thumb|"Qanlı bazar" (1905) Gələcək xalq müdafiə komissarı yaxınlaşan inqilabın hərbi aspektlərinə də toxunurdu. Artıq 1906-cı ildə Trotski hərbi mübarizənin partizan taktikasına qarşı çıxış edirdi, o, əhalinin (xüsusilə sosializm ideyalarını dəstəkləyən fəhlələr arasında) kütləvi silahlandırılması və açıq döyüşdə burjua düşmənini məğlub etməyə qadir olan müntəzəm ordunun qurulmasının tərəfdarı idiNelson, 1988, pp. 49—51..Professor Devid Devis "1905" kitabının ingilis dilində versiyasının icmalında Trotskinin dörd "aydın işlənmiş ideyaları" () haqqında yazırdı, hansılar ki onun 1905-ci ildə aldığı təcrübədən irəli gəlirdilər və onlar birlikdə inqilabçıya rus inqilabi fikirlər tarixində "fərqli mövqe" () yaratdılar. Devis gələcək xalq komissarın bu ideyalarına bunları aid edirdi: Rusiyanın dövlət xüsusiyyətlərini və Rusiya İmperiyasında inqilabın qərb presedentlərinə zidd şəkildə baş verməsinin tam dərk edilməsi; tarixin gedişinin insanların səmərəli hesablanması ilə deyil, onların aktiv əməliyyatlara hazırlığı ilə müəyyən olunduğunun etiraf edilməsi; inqilabda hərbi qüvvələrinin əhəmiyyətini və ordunun hakimiyyət uğrunda mübarizənin yekun nəticələrin hesablanmasında böyük rolunun dərketməsi; Fəhlə Deputatları Sovetinin vacibliyini İnqilab İnstitutu səviyyəsində anlayışıDavies, 1973, p. 817. Bu zaman Trotskinin permanent inqilab imkanları haqqında əsas tezisinin çatışmazlığı son nəticədə müəllifin 1905-ci il hadisələrinin digər iştirakçılarını narahat edən suallara cavab vermək istəməməsi idi: Sosial Demokrat Partiyasının və Sovetlərin arasında əlaqəsi, proletariatın kəndlilərlə qarşılıqlı münasibətləri haqqında, eləcə də kütlənin instinkti və ayrı-ayrı adamların realist müdrikliyi arasında əlaqələr; bütün bu bəndlər Trotskinin o vaxtı güman etdyi kimi "hamar deyil" idilərDavies, 1973, p. 818.
Qeyri-bərabər və qarışıq inkişaf qanunu