Slavyan eposu () — Çexiya art-nevü rəssamı Alfons Muxa tərəfindən 1910-1928-ci illərdə yaradılmış rəsm əsərləri seriyasıdır. Seriyada çexlər və digər slavyan xalqlarının mifologiyası və tarixi təsvir edilir. 1928-ci ildə monumental əsərini tamamlayan Muxa, əsərlərin sərgilənməsi üçün xüsusi pavilion inşa edilməsi şərti ilə seriyanı Praqa şəhərinə bağışlayır.. 2012-ci ilə kimi əsərlər Çexiyanın Yihomoravsk diyarındakı Moravski-Krumlov şəhərindəki qəsrin daimi ekspozisiyasına daxil olmuşdur. 2012-ci ildə seriyaya daxil olan 20 əsərin hamısı Praqa Milli Qalereyası tərəfindən təşkil edilmiş sərgidə nümayiş olunmaq üçün Sərgi sarayına gətirilmişdir.
Tarixi
Alfons Muxa, şah əsəri hesab edilən “Slavyan eposu”nun işlənməsinə on səkkiz il sərf etmişdir. XX əsrin əvvəllərindən Muxa Slavyan tarixinə həsr edilmiş əsərlər seriyası yaratmağı arzulasa da, maddi çətinliklərə görə arzusunu yerinə yetirə bilməmişdir. 1909-cu ildə rəssam, slavyan mədəniyyətinin heyranı olan ABŞ filantropu Çarlz Riçard Kreyndən qrant almağa nail olur. O, işə rəsmlərdə təsvir etmək istədiyi Rusiya, Polşa və Afondakı pravoslav monastırları da daxil olmaqla Balkan ölkələrini gəzməklə başlayır. Hadisələrin detallı təsvirinə nail olmaq üçün o, tarixçilərlə müzakirələr aparır. 1910-cu ildə o, Zbiroh qəsrinin bir hissəsini kirayələyərək əsərlər üzərində işləməyə başlayır.
Muxa on səkkiz il seriya üzərində çalışmış, əsərləri tamamladıqca isə, tədricən Praqaya göndərmişdir. 1919-cu ildə seriyanın 11 əsərdən ibarət birinci hissəsi Praqa Klementiumunda sərgilənməyə başlamışdır. 1921-ci ildə əsərlərdən beşi Nyu-York və Çikaqoda sərgilənmiş və alqışla qarşılanmışdır.
1928-ci ildə tamamlanmış seriya ilk dəfə Çexoslovakiyanın paytaxtı Praqanın Sərgi sarayında təqdim edilmişdir.
1939-cu ilin iyulunda Alfons Muxa vəfat etmişdir. Ölümündən qısa müddət əvvəl o, Çexoslavakiyanın ictimai həyatının mühüm fiqurlarından biri kimi Gestapo tərəfindən dindirilmişdir. İkinci Dünya müharibəsi zamanı nasistlərin əlinə keçməməsi üçün “Slavyan eposu” seriyası gizlədilmişdir.
1948-ci il Çexoslavakiya hadisələrindən və kommunistlərin ölkə hakimiyyətini ələ almalarından sonra, Muxa sosialist ideyalarından uzaq dekadent və burjua rəssamı hesab edilmişdir. Əsərlər seriyasının sərgilənməsi üçün yeni pavilyonun inşası ideyası kommunist rejimi üçün lazımsız görünürdü. Müharibədən sonra əsər yerli vətənpərvərlər tərəfindən Moravski-Krumlov qəsrinə gətirilmiş, 1963-cü ildən etibarən isə qəsrdə sərgilənməyə başlamışdır.
Mübahisələr
2010-cu ilin əvvəllərində əsərləri almış Praqa şəhəri bu vaxta kimi on illərlə davam edən məhkəmə çəkişmələri aparmağa məcbur olmuşdur. “Slavyan eposu”nun 50 ilə yaxın sərgiləndiyi Moravski-Krumlovdan Praqaya gətirilməsi böyük diqqətə səbəb olmuşdur. Ümid edilirdi ki, əsərlərin hər il minlərlə turist tərəfindən ziyarət edilən Praqaya gətirilməsi onlara diqqət çəkilməsinə yardımçı ola bilər.
Lakin, Praqa qalereyalarında əsərlər üçün uyğun yer tapılmamışdır. Buna görə də Çexiya Prezident Aparatı əsərin hazırda sərgiləndiyi yerdə saxlanmasına qərar vermişdir.Muchova Slovanská epopej do Prahy zatím nepřesídlí ; Týden.cz (in Czech)Muchova Slovanská epopej stále nemá v Praze místo, další jednání se chystá na říjen ; iDnes.cz (in Czech) Buna baxmayaraq, 2010-cu ildə Praqa şəhəri əsərlərin bərpası və sərgilənməsi üçün şəhərə gətirilməsini tələb etmişdir.Loss of Mucha art work likely to hit small Moravian town hard ; Radio.cz Lakin, rəssamın oğlu Con Muxa və həyat yoldaşı Ceraldina Muxa tərəfindən idarə edilən Muxa Fondu bu addıma qarşı çıxmışdır. Praqa şəhəri isə bildirir ki, seriyanın sahibi Alfons Muxa yox, Çarlz Riçard Kreyn olmuş və o, əsərləri Praqa şəhərinə bağışlamışdır. “Mladá fronta DNES” qəzetinin məlumatına görə məlumat şəhər arxivində aşkarlanan sənədlərlə təsdiqlənmişdir. Fond əsərlər üçün daimi məkanın inşası haqqında Praqa şəhəri ilə danışıqlara başlamışdır. 25 iyul 2010-cu ildə Moravski-Krumlova yığılan minə yaxın insan əsərin şəhərdən aparılmasına qarşı etiraz aksiyası keçirmişdir.
Praqa və Moravski-Krumlov şəhərləri arasında uzun sürən mübahisələrdən sonra 2012-ci ildə əsərlər Praqaya aparılaraq Sərgi sarayında nümayişinə başlanmış və 2016-cı ilin sonuna kimi əsər orda saxlanmışdır.
Rəsmlərin siyahısı
"Slavyan eposu" rəsmlər seriyasına 20 əsər daxildir ki, onlardan da ən böyüyü səkkiz metr enə və 6 metr hündürlüyə malikdir. № Rəsm Adı Orijinal adı İl 1 400px| Slavyanlar vətənlərində: Turan qamçısı və qot qılıncı arasında 1912 2 400px| Ruqa adasında Svyatovit bayramı: Tanrılar müharibədə olduqda, xilas sənətdədir 1912 3 400px| Slavyan liturgiyasının aparılması: Rəbbə öz dilinizdə təşəkkür edin 1912 4 400px| Bulqar çarı Simeon: Slavyan ədəbiyyatının sübh ulduzu 1923 5 400px| Çexiya kralı İkinci Prjemısl Otakar: Slavyan sülalələrinin birləşdirilməsi 1924 6 400px| Serb kralı Stefan Duşanın tacqoyması: Slavyan qanunları 1926 7 400px| Kromerjijli Yan Miliç: Fahişəxananın monastıra çevrilməsi 1916 8 400px| Ustad Yan Qusun Vifleyem kapellasında vəzi: Həqiqət üstünlük təşkil edir 1916 9 400px| Krijijdə görüş: Utrakvistlər 1916 10 400px| Qrünvald döyüşündən sonra: Şimal slavyanlarının həmrəyliyi 1924 11 400px| Vitkov təpəsində döyüşdən sonra: Tanrı həqiqəti təmsil edir, gücü yox 1923 12 400px| Pyotr Xeltsitskiy Voldani şəhərində: Pisliyə pisliklə cavab vermə 1918 13 400px| Hussit kralı Podebradlı Yirji: Müqavilələrə əməl edilməlidir 1923 14 400px| Mikloş Zrininin Ziqeti türklərdən müdafiə etməsi: Xristianlığın qalxanı 1914 15 400px| İvançiçedə Kraliçe bibliyasının nəşri: Tanrı bizə dil hədiyyə edir 1914 16 400px| Yan Komenskinin Nardendə son günü: Ümidin titrəməsi 1918 17 400px| Müqəddəs Afon dağı: Qədim pravoslav ədəbi xəzinələrinin qorunması 1926 18 400px| Slavyan ağacı altında Omaldina andiçməsi: Slavyan intibahı 1926-1928 19 400px| Rusiyada təhkimçiliyin ləğvi: Azadlıq dövlətin təməlidir 1914 20 400px| Slavyan tarixinin apofeozu: Slavyanlar insanlıq üçün 1926-1928
İstinadlar
Xarici keçidlər Hər bir rəsmin ingiliscə təsviri Rəsmlərin yüksək keyfiyyətli foroları və çex dilində bəzi qeydlər
Kateqoriya:Çexiya incəsənəti Kateqoriya:Panslavizm Kateqoriya:1910-cu ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Art-nevü əsərləri Kateqoriya:Çexiya təsviri incəsənəti Kateqoriya:Rəsm seriyaları Kateqoriya:Moskva haqqında əsərlər Kateqoriya:Xristianlıq