"Külək" () — inqilab mövzusunda ağ-qara lentə çəkilmiş sovet filmidir. Aleksandr Demyanenkonun kinoda ilk roludur.
Məzmun Hadisə Rusiyada vətəndaş müharibəsi zamanı baş verur. Ağların (ağqvardiyaçıların) ərazisində olan parovoz deposunun fəhlələri Moskvaya komsomolun birinci qurultayına adlı 3 nümayəndə göndərirlər: Fyodor (E.Bredun), Nastya (T.Loginova) və Mitya (A.Demyanenko). Moskvaya qədər gedilməli olan 1500 km yol əsasən ağların əlində olan ərazidən keçir. Yolda Fyodoru ağqvardiyaçılar həbs edirlər, lakin o, dostların, eləcə də sahibsiz uşaq və Mari adlı yüngül əxlaqlı qadının (E.Lejdey) köməkliyi ilə azadlığa qaça bilir. Mari və sahibsiz uşaq nümayəndələrə qoşulur, sonradan Mari öz həyatı hesabına yerdə qalanların hamısını xilas edir. Moskvaya kimi yalnız 2 nəfər: Fyodor və uşaq gedib çatırlar, Mitya və Nastyanı isə ağlar öldürürlər.
Fyodor qurultayda çıxış edir və odlu nitq söyləyir, bolşeviklər partiyasına sədaqətə and içir.
Rollarda Eduard Bredun — Fyodor Tamara Loginova — Nastya Elza Lejdey — Mari Aleksandr Demyanenko — Mitya Anatoli Romaşin — Rotmistr Yuri Yakovlev — Lyonya (ağqvardiyaçı zabit, Marinin uşaqlıq dostu)
Çəkiliş qrupu Quruluşçu rejissorlar: Aleksandr Alov, Vladimir Naumov Ssenari: Aleksandr Alov, Vladimir Naumov Operator: Fyodor Dobronravov Quruluşçu rəssam: Yevgeni Svidetelev Bəstəkar: Nikolay Karetnikov İstinad Фильм «Ветер» на Рускино Фильм «Ветер» на IMBD
Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:1959-cu ilin filmləri Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:Aleksandr Alovun filmləri Kateqoriya:Vladimir Naumovun filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri