Lisi gölü () — Gürcüstanda, Tbilisi şəhərinin şimal-qərbində yerləşən göl. Dəniz səviyyəsindən 624 metr yüksəklikdə yerləşir. Sahəsi 0,47 km²-dir. Dərinliyi 4 metrdir. Suyun həcmi 1,22 mln km³-dir. Göl əsasən yağış, qar və yeraltı sulardan qidalanır. Ən yüksək səviyyəyə yaz aylarında, ən alçaq səviyyəyə isə payız aylarında çatır. Yayda suyun istiliyi maksimum 28 °C olur. Qışda göl bəzən donur. Göl idmançılar və balıqçılar üçün, habelə Tbilisi şəhərinin sakinləri üçün istirahət mərkəzidir.
Lisi gölü Tbilisidə ən məşhur istirahət yerlərindən biridir. Tbilisidəki digər yaşayış məntəqələrindən fərqli olaraq, Lisi gölü dəniz səviyyəsindən bir neçə yüz metr yuxarıda yerləşir. Ətrafındakı abadlıq işləri 1937-ci ildə başlamışdır. Sonra göl ətrafında 1400 fərqli bitki növü əkilmişdir.
İstinadlar
Kateqoriya:Gürcüstan gölləri Kateqoriya:Qafqaz gölləri