– Yaponiyanın Miyazaki prefekturasının şimal-qərbində, Takaçiho qəsəbəsi yaxınlığında yerləşən V-şəkilli dərə. Gözəl təbiətinə görə turistlərin diqqətini çəkir.

Xüsusiyyətlər Dərə 100.000 il əvvəl Aso dağının püskürməsi nəticəsində yaranıb. Dərənin ortasında Qokase çayı axır. Dərənin divarları lava sütunlarından ibarətdir. Ən dar yeri 3 metr, ən hündür 100 metr təşkil edir. Dərədə Manay şəlaləsi (17 metr) tökülür.

Dərənin 600 metr uzunluğunda gəzinti cığırı var. Cığır Yapon azaliyası, sakura, visteriya kimi güllərlə bəzədilib.

Takaçiho dərəsi 10 noyabr 1934-cü ildə Milli Mənzərə və Təbiət Abidəsi elan edilmişdir.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiya dərələri Kateqoriya:Miyazaki prefekturasının görməli yerləri Kateqoriya:Miyazaki prefekturası coğrafiyası