Yenilməz Batalyon (Teymurun Mahnısı) - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı.
Mahnı haqqında Mahnının sözləri Qılman İlkinə, bəstə Cahangir Cahangirova, aranjemanı isə Qara Dərvişə aiddir.
Mahnı sözləri Yel əsər, dağıdar dağda dumanı. Anamın gözləri yoldadır, bircə gümanı, Bircə mənə qalmış gümanı, Gedim görüm əziz anamı, A köhlən atım... Bulud kəs aranı, Qoy arabanı kəndə çatsın. Aaa... dağda yelə dönək Düzdə selə dönək, a köhlən atım, A qarlı dağlar... Dərələr, dağlar aşdım yenə mən Atlarım qanadlı quş təki bu düzlərdə şığıyar, Mehribanım, boz at, kəhərim, Çox uzaq deyil mənim səfərim, A köhlən atım... Bulud kəs aranı, Qoy arabanı kəndə çatsın. Aaa... dağda yelə dönək Düzdə selə dönək, a köhlən atım, A qarlı dağlar...
Həmçinin bax National Pearls
İstinadlar
Kateqoriya:Qara Dərvişin mahnıları