Noğul — Novruz bayramı süfrəsinin şirniyyat növlərindən biri.

Hazırlanması Sirkə cövhəri əlavə edilməklə bişirilən qatı şəkər şərbəti, keşniş toxumu ve düyü unundan hazırlanır. Forması yumru, səthi kələ-kötür, rəngi ağ, bəzən çəhrayı və sarı olur.Novruz bayramı ensiklopediyası, Bakı, 2008 , "Şərq Qərb", 208 səh

Ziyafət süfrələrində istifadəsi Qedim zamanlardan el bayramları, məişət şənlikləri və digər mərasim məclislərinin ziyafət süfrələrində çərəz (xuşgəbar) kimi işlənmişdir. Tarixən yaranmış və ənənə halında zəmanəmizədək çatmış el adətinə görə xalq bayramları, xeyir işlərlə (nişan, toy və s.) əlaqədar çay destgahı, nişan və bayramlıq xonçası və s. tədbirlərdə noğuldan geniş istifadə edilir.

Həmçinin bax Novruz bayramı Nabat

İstinadlar

Kateqoriya:Novruz bayramı Kateqoriya:Şirniyyatlar Kateqoriya:Azərbaycan şirniyyatları