Qaracalar () — Gürcüstanın Telavi bələdiyyəsində, Alazan-Həftəran vadisində yerləşən kənd. Əhalisi 4,891 nəfərdir (2014). Əhalinin çox hissəsi azərbaycanlı və müsəlmandır (əsasən Sünni). Kənddə bir məktəb, bir uşaq bağçası və bir məscid var.
Kəndin əhalisi əsasən əkinçilik, maldarlıq (böyük və kiçik buynuz), üzümçülük və ən çox ticarətlə məşğul olur. Sovet İttifaqının dağılmasından sonra, kənd sakinlərinin əksəriyyəti Tiflisə, Türkiyəyə, Qazaxıstana, Ukraynaya, Rusiyaya köç etmişlər.
İstinadlar
Kateqoriya:Telavi bələdiyyəsinin yaşayış məntəqələri