Hevsel bağları — Dəclə çayı sahilində, Diyarbəkir qalası ilə çayın sahili arasında yerləşən təxminən 700 hektarlıq ərazi.

Müxtəlif heyvan növlərinin yaşaması üçün əlverişli şəraitə malik Hevsel bağları Cənub-Şərqi Anadolunun ən böyük quş cənnətidir. Burada 180-dən çox quş növü ilə yanaşı kirpi, susamuru, tülkü, sincab kimi məməli heyvanlar da var.

Hevsel bağları 2013-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına girməyə namizəd göstərildi,"Hevsel Bahçeleri de UNESCO'ya aday" . 2015-ci ildə isə siyahıya salındı."Diyarbakır Fortress and Hevsel Gardens Cultural Landscape" .

İstinadlar

Kateqoriya:Türkiyədəki ümumdünya irsi Kateqoriya:Diyarbəkir ili