ƏSA Teatrı — Bakıda yerləşən peşəkar inklüziv teatr. Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatrı."ƏSA" teatrı Azərbaycanda əlilliyi olan və olmayan insanlardan ibarət ilk teatrdır https://www.bbc.com/azeri/azerbaijan-37696817
Tarixi Azərbaycanın və eləcə də Qafqazın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk teatrı olan ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə rejissor və sosial novator Nihad Qulamzadə tərəfindən yaradılmışdır. Yaranması ilə bağlı ictimaiyyətə elan verildikdən dərhal sonra bir çoxları ƏSA Teatrının Azərbaycan incəsənətində inqilabi təşəbbüs olduğunu və yaxud son illər Azərbaycanda baş verən ən müsbət hadisə olduğunu bildiriblər. Müstəqil şəkildə fəaliyyət göstərən teatr heç bir qurumdan və şəxsdən maliyyələşmədən ilk addımlarını atmışdır. Teatrın fəaliyyətə başlaması üçün ilkin maliyyə dəstəyini teatrın hazırkı baş meneceri, rejissor Nicat Qulam təmin etmişdir.
Adı ƏSA adı bir çoxlarının istifadə etdiyi əl ağacı mənasını daşıyır, eyni zamanda əngəlsiz, sərhədsiz, azad sözlərini özündə birləşdirir.
Fəaliyyəti Əlilliyi olan və olmayan şəxslərin birgə yaradıcı fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə də məşğul olmalarına təşviq etmək və s. bu kimi mütərəqqi məqsədlər ƏSA Teatrının yaranmağına səbəb olmuşdur.https://www.youtube.com/watch?v=DCsPqoH_2Fw Qısa zamanda öz üslubu ilə ictimai rəğbət qazana və digər inklüziv fəaliyyətlər üçün stimul yarada bilmişdir. Beş nəfərlik heyətlə fəaliyyətə başlayan ƏSA Teatrı müəyyən zamanlarda otuz nəfərdən çox heyətlə fəaliyyətinə davam etmişdir. Bu günə qədər inklüziv heyətlə 11 tamaşa və 4 performans hazırlanmışdır. Bunların hər biri fasilələrlə bir neçə dəfə nümayiş olunub.
Pandemiya dövründə ƏSA Teatrı "Covid-19" pandemiyası ilə bağlı karantin qaydalarına əsasən, tamaşa nümayişlərini 13 mart 2020-ci il tarixindən etibarən dayandırmışdır. Bu müddət ərzində teatr öz tamaşaçıları ilə sosial şəbəkələr və rəsmi internet səhifəsi vasitəsilə görüşüb. Teatrın onlayn formatda təşkil etdiyi tamaşa nümayişləri uğurla baş tutub.https://1news.az/az/news/esa-teatri-evdebax-kampaniyasina-baslayib---video Həmçinin ƏSA Teatrı bu müddət ərzində digital (rəqəmsal) monoloq və tamaşa ənənəsini də yaradaraq, inkişaf etdirmişdir.
Müharibə dövründə Xalqımızın şanlı qələbəsi ilə nəticələnən Vətən Müharibəsi dövründə ƏSA Teatrı ordumuza dəstək videoçarxları hazırlayıb. Teatrın heyətinin iştirakı ilə hazırlanan videoçarxlarda Qarabağın hər kəsin ortaq arzusu olduğu vurğulanıb, qələbədə əməyi keçənlərə təşəkkür edilib.
Teatr tarixindəki ilkləri ƏSA Teatrı yaranması ilə ölkənin teatr tarixində böyük bir ilkə imza atmışdır. Eyni zamanda teatr, fəaliyyəti dövründə bir çox dünya miqyaslı ilklər həyata keçirmişdir.
ƏSA Teatrı dünyada ilk dəfə teatr tamaşasını işarət dili ilə sinxron şəkildə tərcümə edib. Bu, nitq məhdudiyyəti olan şəxslər üçün atılmış vacib addımlardan biri idi. Beləcə, hazırda tamaşaçılar arasında nitq məhdudiyyətli şəxslər çoxluq təşkil edirlər. Əlilliyi olan şəxslərlə bağlı ölkə tarixində ilk dəfə sosial videoçarx ƏSA Teatrı tərəfindən hazırlandı. Sosial çarxı çəkməkdə məqsəd cəmiyyətin bütün təbəqələrinin diqqətini ölkədə əlilliyi olan şəxslərə yönəltmək olmuşdur. Azərbaycan Respublikasının İlham Əliyev teatrın üzvü, əlilliyi olan Gülnar Əlfidatlını mədəniyyət sahəsində göstərdiyi nailiyyətlərə görə Prezident Mükafatı ilə təltif etdi. Bununla da Gülnar Əlfidatlı ƏSA Teatrının aktrisası olaraq əlilliyi olan aktrisa kimi Prezident Mükafatı alan ilk gənc oldu. ƏSA Teatrının rəhbəri, rejissor Nihad Qulamzadə "Adamlar və siçanlar — 2" tamaşasının quruluşunda Azərbaycanın teatr tarixində bir ilk həyata keçirib. Belə ki, Nihad Qulamzadə tamaşanın quruluşunda film texnikalarından, xüsusilə də fləşbəklərdən istifadə edib. Bununla da teatr tarixinə yeni üslub gətirib.
Mükafatları
"Konqres mükafatı" - ABŞ Konqresi tərəfindən "Şəms milli mükafatı" - "Azərbaycan Cümhuriyyətinin 100 illiyi" münasibətilə Azərbaycan Respublikasının mədəniyyətinə verdiyi töhfəyə görə "İsti ürək" - Rusiya Federasiyasının Sosial və Mədəni Təşəbbüslər Fondu tərəfindən "Dəfnə mükafatı" - Mədəniyyət Nazirliyi və Teatro sənət portalının keçirdiyi Respublika üzrə qısa tamaşalar festivalının qalibi
Tamaşa və layihələri
Tamaşanın adı Müəllif Əsərin original adı Quruluşçu rejissor Rejissor Prodüser Tarix DUMB psixodraması Nihad Qulamzadə DUMB mərhələsinin əsası Nihad Qulamzadə Yoxdur Nicat Qulam Noyabr, 2016 İradəni işə sal Nihad Qulamzadə Kapoeyra üslubunda inkluziv performans Nihad Qulamzadə Yoxdur Yoxdur Yanvar, 2017 Yuxum Uilyam Şekspir Yay gecəsində yuxu Şamil İbrahimov Nihad Qulamzadə Nicat Qulam May, 2017 Adamlar və siçanlar https://1news.az/az/news/inkluziv-esa-teatri-adamlar-ve-sicanlar-tamasasini-teqdim-edib Con Steynbek Siçanlar və insanlar haqqında Nihad Qulamzadə Elşən Əsgərov Nicat Qulam Dekabr, 2017 Paris partladı Mirzə Fətəli Axundzadə Hekayəti Müsyo Jordan və Dərviş Məstəli şah Elşən Əsgərov Nihad Qulamzadə Nicat Qulam, Elxan Xanəlizadə İyun, 2018 Göy quş Moris Meterlink Mavi quş Nihad Qulamzadə Səmayə Ağayarova Nicat Qulam, Elxan Xanəlizadə Dekabr, 2018 Sirri-Ənəlhəq Nihad Qulamzadə Nəsiminin həyat və yaradıcılığı Nihad Qulamzadə Yoxudur Nicat Qulam, Elxan Xanəlizadə Sentyabr, 2019 AND https://teatro.az/post/168 Jan Batist Molyer Xəsis Nihad Qulamzadə Səmayə Ağayarova Nicat Qulam Dekabr, 2019 Bərabərik Nihad Qulamzadə İnklüziv pritça Nihad Qulamzadə Səmayə Ağayarova Nicat Qulam Dekabr, 2019 Sevgi, hörmət və bərabərlik naminə Nicat Qulam Sosial çarx Nihad Qulamzadə Elşən Əsgərov Nicat Qulam Yanvar, 2018 Qarabağ - hər kəsin ortaq arzusu https://www.youtube.com/watch?v=sgvr-14cW6M Nihad Qulamzadə Sosial çarx - İkinci Qarabağ müharibəsi ilə bağlı Nicat Qulam Nicat Qulam Nihad Qulamzadə Noyabr, 2020 Təşəkkür edirik! Nihad Qulamzadə Sosial çarx - Azərbaycan xalqının İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi münasibətilə Nicat Qulam Nicat Qulam Nihad Qulamzadə Noyabr, 2020 Mən dəliyəm Elxan Xanəlizadə Digital monoloq - Mən Dəliyəm Nicat Qulam Nicat Qulam Nihad Qulamzadə Yanvar, 2021 İblisin monoloqu Hüseyn Cavid Digital monoloq - İblis Nicat Qulam Nicat Qulam Nihad Qulamzadə Fevral, 2021 Aqafyanın seçimi Qoqol Digital monoloq - Aqafyanın seçimi Nicat Qulam Nicat Qulam Nihad Qulamzadə Mart, 2021 Axır ki, qurtardı Peter Turrini Digital tamaşa - Axır ki, qurtardı Elşən Əsgərov x Nihad Qulamzadə İyun, 2021 Çıxış yoxdur Jan Pol Sartr Bağlı qapı arxasında Nihad Qulamzadə x Nihad Qulamzadə İyun, 2021 Qonşu Nihad Qulamzadə Qonşu mistik-tündrealizm Nihad Qulamzadə x Nicat Qulam Oktyabr, 2021HamletUilyam ŞekspirHamletNihad QulamzadəSəmayə AğayarovaNicat QulamDekabr, 2023 Qastrol və səfərlər Ölkə və şəhər Tamaşa və layihə Nümayiş yeri Tarix Naxçıvan Muxtar Respublikası "Adamlar və siçanlar" Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 2018 Amerika Birləşmiş Ştatları "Azərbaycanda inklüziv incəsənət" University of Nevada, Reno Innevation Center 2018 Lənkəran şəhəri https://news.lent.az/news/320601 "Adamlar və siçanlar" Lənkəran Dövlət Dram Teatrı 2019
Teatrının heyəti Adı Vəzifəsi Nihad Qulamzadə Təsisçi və rəhbər Nicat Qulam Baş menecer Binyamin Sailov İşıq rəssamı Famil Mahmudbəyli Fotoqraf Elşən Əsgərov Aktyor/rejissor Səmayə Ağayarova Aktyor/rejissor asistenti Elvin Mirzəyev Aktyor Günay Məmmədova Aktyor Könül Şahbazova Aktyor Bəhram Rəhimli Aktyor Elsevər Rəhimov Aktyor Rafael Şahbəyli Aktyor Niyaz İlyasoğlu Aktyor Lalə Süleymanova Aktyor Fərid Əliyev Aktyor Aysel Feziyeva Aktyor Rəsul Zəkiyev Aktyor Orxan Əliyev Aktyor Elvin Şahmərdan Aktyor Gülnar Əlfidatlı AktyorAmin ƏsgərovAktyor Anar Əliyev Aktyor
İstinadlar
Xarici keçidlər Azərbaycan teatrının "ƏSA"sı yarandı — VİDEO "ƏSA" teatrı "ƏSA" teatrı ABŞ-da mükafata layiq görüldü "ƏSA" Teatrı 4 il "ƏSA"-nın 4 illik fəaliyyəti "Qarabağ - hər kəsin ortaq arzusu" - ƏSA Teatrından sosial-videoçarx Kateqoriya:Azərbaycan teatrları Kateqoriya:2016-cı ildə Azərbaycanda yarananlar