Per Mertezaker (; d. 29 sentyabr 1984, Hannover, AFR) — alman futbolçusu. Londonun Arsenalfutbol klubunun kapitanı və müdafiəçisi.
198 santimetr boya malik Mertezaker həm də Almaniya milli futbol komandasının oyunçusudur.
Karyera
Klub left|thumb|Mertezaker "Verder Bremen" klubunda Per Mertezaker öz futbol karyerasına "Pattensen" klubu ilə başlamış, 1995-ci ildə, 11 yaşında "Hannover 96" klubuna keçmişdir. Bundesliqada ilk matçını 2003-cü ilin noyabrında 19 yaşında "Köln" klubuna qarşı oynamışdır. Bu zaman o, müdafiəçi və yarımmüdafiəçi mövqelərində oynamışdır.
Mertzaker peşəkar müqaviləni imzalamaqla, dörd ay ərzində Bundesliqa üçün növbəti çağırışı gözləmək məcburiyyətində qaldı. Baş məşqçi Edvard Linenenin yanında "Hannover" klubunun əsas oyunçusu kimi mərkəz mövqeyini möhkəmləndirdi. O, artıq 2004/05 mövsümündə komandanən ən yaxşı oyunçusu idi.
8 avqust 2006-cı ildə "Verder Bremen" klubu ilə 2010-cu ilə qədər uzadılmış və 2012-ci ilə qədər davam etmiş müqavilə imzaladı.
Mertezaker Bundesmannşaftın tərkibində özünün ilk oyununu 9 oktyabr 2004-cü ildə İran milli futbol komandasına qarşı oyanmışdır. Çempionatda isə ilk dəfə 9 iyun 2006-cı ildə Münhendə Kosta-Rika komandasına qarşı oynamışdır.
30 avqust 2011-ci ildə Mertezaker 10 milyon funta Londonun Arsenal klubuna transfer edilmiş və 3 illik müqavilə imzalamışdır.
2017-ci ilin yayında "Arsenal" ın rəsmi saytı Mertezakerin bir il ərzində karyerasını oyunçu kimi başa çatdıracağını və klubun akademiyasına rəhbərlik edəcəyini bildirmişdir.
Yığma Mertezaker Almaniya milli futbol komandasının oyunçusudur və ilk matçını 9 oktyabr 2004-cü ildə İran yığmasına qarşı oynamışdır. 2014-cü ildə Dünya çempionu olmuşdur. 2006 və 2010-cu il dünya çempionatlarının bürünc medalçısıdır. Avropa çempionatında gümüş (2008) və bürünc (2012) medallar mükafatçısıdır.
2014-cü il avqustun 15-də Almaniyanın milli komandasında karyerasını başa çatdırmışdır. right|thumb|200x200px|Mertezaker və Arsenal Borussiya Dortmunda qarşı UEFA Çempionlar Liqasında
Xarici keçidlər
Oyunçunun tvitter profili
İstinadlar
Kateqoriya:Arsenal FK futbolçuları Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:Almaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Hannover 96 FK futbolçuları Kateqoriya:Verder Bremen FK futbolçuları Kateqoriya:Almaniya protestantları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Almaniya futbolçuları Kateqoriya:UEFA Avro 2012 futbolçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:2005 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:Almaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Almaniya futbol məşqçiləri Kateqoriya:İngiltərədə legioner futbolçular