Əsgər Abdullayev (Abdullayev Əsgər İbrahim oğlu; ) — tarix elmləri doktoru, professor, "Əməkdar müəllim"
Həyatı Abdullayev Əsgər 1928-ci ildə Ağcabədi rayonunun Kəbirli kəndində doğulub.
Təhsili Orta təhsilini burada aldıqdan sonra 1951-ci ildə BDU-nun tarix fakültəsini bitirmişdir.
Əmək fəaliyyəti 1951—1954-cü illərdə Ağdam Kənd təsərrüfatı Texnikumunda müəllim,1955—1957-ci illərdə AMEA Tarix İnstitutunda elmi işçi,1957—1961-ci ildə DİN Xüsusi orta məktəbində baş müəllim və əməliyyat müvəkkili,1961—1964-cü illərdə BDU-nun aspiranturasında təhsil almışdır. 1964—1966-cı illərdə Azərbaycan Dövlət Tarix Muzeyində elmi işçi,1966—1990-cı illərdə ADİU-da baş müəllim, dosent işləmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)“Beynəlxalq münasibətlər” kafedrasının professorudur.
“Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadçı kadrların hazırlanmasındakı uzunmüddətli xidmətlərinə, elm və təhsilin inkişafına verdiyi töhfələrə görə” Fəxri Fərmanla təltif edilib
Elmi əsərləri Azərbaycana qarşı erməni təcavüzü və xarici havadarlıq: Monoqrafiya /Əsgər, Abdullayev; Elmi red.: M.F.Cəlilov.- B.: İqtisad Universiteti, 2004 Azərbaycanlıların mart soyqırımı unudulmamalıdır : [monoqrafiya] /Ə.Abdullayev; elmi red. və ön söz. müəl. M.Cəlilov.- B.: İqtisad Universiteti, 2008 Dünya şöhrətli dövlət xadimi Heydər Əliyev /Əsgər Abdullayev; Elmi red: M.F.Cəlilov; Rəyçilər: B.M.Abdullayev və b.- B.: İqtisad Universiteti, 2005 Erməni təcavüzü: acı faktlar, fəlakətli nəticələr /Ə.İ.Abdullayev; Elmi red.: M.F.Cəlilov; Azərbaycan Dövlət İqtisad Universiteti.- B.: İqtisad Universitetinin nəşriyyatı, 2003 Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti : XIX əsrin axırı-XX əsr /Ə.İ. Abdullayev; Elmi red.: M.F. Cəlilov; Azərbaycan Dövlət İqtisad İnstitutu.- B.: Elm, 1998 Ermənistanın Azərbaycana qarşı təcavüzü tarixindən bəzi məqamlar monoqrafiya /Ə. İ. Abdullayev; elmi red. H. Cəfərov.-Bakı: İqtisad Universiteti, 2011 Müstəqil Azərbaycan və Fransa : monoqrafiya Ə.İ.Abdullayev; elmi red. M.F.Cəlilov.- Bakı, İqtisad Universiteti, 2007 “Qarabağ faciəsi” ,Bakı,.2016
İstinadlar
Kateqoriya:Ağcabədidə doğulanlar Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Kəbirlilər