İstanbul Yeni Hava Limanı () — İstanbulun Avropa tərəfində Arnavutköydə yerləşir və hazırda tikilir.
Aeroportun dünyanın ən böyük aeroportu olmağı planlaşdırılır, bir ilə 150 milyon sərnişin daşıması nəzərdə tutulur və əgər ehtiyac olarsa, gələcəkdə bu rəqəmin 200 milyona qədər sərnişin daşımaq üçün genişləndirilməsi mümkündür. Aeroportun planlaşdırılmasının səbəbi, digər İstanbul aeroportlarının böyüyən tələbata cavab verə bilməməsidir. Bu aeroport İstanbulda yerləşən 3-cü aeroport olacaq. Atatürk Hava Limanı yeni aeroport istifadəyə verildikdən sonra bağlanacaq və onun IST kodu yeni aeroporta veriləcək.
2018-ci ilin aprel ayı üçün olan məlumata görə tikinti işlərinin 85%-i tamamlanıb. Aeroportun açılışı 29 oktyabr 2018-ci il tarixinə planlaşdırılıb. İlk test enişi 26 fevral 2018-ci il tarixinə planlaşdırılsa da, bu baş verməyib.- "Istanbul Grand Airport to open in October 2018" (German) 6 October 2017
İstinadlar
İstinadlar
Kateqoriya:Türkiyə hava limanları Kateqoriya:2018-ci ildə yarananlar Kateqoriya:İstanbulda nəqliyyat Kateqoriya:İstanbul tikililəri