() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Yayılması Baltik, Qara, Azov dənizlərində, eləcə də Xəzərdə və Araldada yayılmışdır. Volqa, Ural, Terek, Kür və başqa çayların mənsəbində yaşayır. Şimali Xəzərdə duzluluğu 3–4%, nadir hallarda 9–10% olan sahələrdə tutulur. Aşağı Kürdə və onun əlavə su hövzələrində çox nadir hallarda tək-tük qeydə alınır. Kürətrafı su hövzələrində Varvara bəndinə qədər təsadüf edilir.Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 118.

Morfoloji əlamətləri D III 7–8, A II–III 25–31, qəlsəmə dişciqlərinin sayı 19–22, orta hesabla 20,5 fəqərələrin sayı 48–52, orta hesabla 50-dir. Bədəni axımlı, qılıncvarıdır, yanlardan sıxılmışdır. Bel üzgəci çox arxada — anal üzgəcinin üstündə yerləşir. Döş üzgəcləri uzun, sivridir, yan xəttin orqanı ziqzaqşəkillidir, boğazından anal üzgəcə qədər kil vardır. Qarnı üzərində boğazdan anusa qədər pulcuqla örtülü olmayan omurğa vardır. Bel üzgəci qısadır, döş və anus üzgəcləri uzundur. Anal üzgəcin əsası uzundur, quyruq üzgəci çox çuxurludur.Abbasov H. S , Hacıyev R. V. İxtiologiya. Bakı,2007, s 242.

Yaşayış yeri və həyat tərzi Yarımkeçici balıqdır. Dənizin şortəhər sularında yaşayır, kürü tökmək üçün şirin sulara girir. Çoxalmaq üçün Kür çayına qış aylarında girir. Kürü tökdükdən sonra isə yenidən dənizə qayıdır. Kürüdən çıxmış körpələr dənizə qayıtmağa imkan tapmadıqda şirin sularda, o cümlədən Kürdə və Kürətrafı göllərdə yerli populyasiyalar əmələ gətirirlər.

Yayılması: Xəzər boyu Samurdan Astarayadək, Kür hövzəsində, Qızılağac körfəzində yayılmışdır. Sayı kəskin

azalıb, nadir hallarda rast gəlinir. Qılıncbalıq başlıca olaraq su həşəratları ilə qidalanır.

Çoxalması Qılıncbalıq 3 yaşında cinsi yetkinliyə çatır. Kürülər hissə-hissə yetişir. Yetişmiş kürü mayalandıqdan sonra suda asılı halda üzür. Kürüdən yenicə çıxmış sürfənin uzunluğu 6–7mm olur. Mayın ortalarında sürfələr böyüyüb 15 mm uzunluğa, 8 mq ağırlığa çatır, iyul ayında körpələr orta hesabla 96 mm uzunluqda və 7,0 q ağırlıqda olur.Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 118

Təsərrüfat əhəmiyyəti Vətəgə əhəmiyyəti az olan balıqlardandır. Statistikada ayrıca göstərilməyib "sair balıqlar" qrafasında qeyd edilir. Başlıca olaraq payız-qış aylarında tutulur. Son 10–15 ildir yox dərəcəsindədir. Azərbaycanın Qırmızı kitabına daxil edilib.

Sayı Həmişə az saylı balıq olub, ovlanması barədə statistik məlumat göstərilməyib, "sair balıqlar" qrafasında qeyd edilib.

Məhdudlaşdırıcı amillər Kür çayı axını tənzim edildikdən sonra daşqınların aradan qaldırılması ilə əlaqədar Kürətrafı göllərnən əlaqənin kəsilməsi, kürüvermə sahələrinin sıradan çıxması, Xəzər dənizinin səviyyəsinin kəskin sürətdə aşağı düşdüyü dövrlərdə Pelecus cultratus qidalandığı sahil zonanın əsaslı sürətdə kiçilməsi və bu zonanın çirkləndirilməsi.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri Azərbaycanın su hövzələrində Pelecus cultratus ehtiyatını bərpa etmək məqsədilə Kür çayı ilə Kürətrafı göllər arasındakı keçmiş əlaqə bərpa olunmalı, onların səviyyəsinin sabit qalması təmin olunmalı, Şimali Xəzərdən Pelecus cultratus körpələri gətirilərək bu su hövzələrinə buraxılmalı və onların mühafizəsi təmin olunmalıdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Leuciscinae Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1758-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Rusiya balıqları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Danimarka balıqları Kateqoriya:Bolqarıstan balıqları Kateqoriya:Avstriya balıqları Kateqoriya:Rumıniya balıqları Kateqoriya:Ukrayna balıqları Kateqoriya:Niderland balıqları Kateqoriya:Almaniya balıqları Kateqoriya:Estoniya balıqları Kateqoriya:Macarıstan balıqları Kateqoriya:Sənaye balığı