Nəcla Hibətullah Sultan və ya Nəcla Osmanoğlu () — Osmanlı sülaləsinin üzvü.

Həyatı Atası son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu Ömər Fərrux Əfəndi, anası isə son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı Sabiha Sultandır. Babası VI Mehmedin İtaliyanın San-Remo qəsəbəsində vəfat etdiyi 15 may 1926 tarixində, Fransanın Nitsa şəhərində dünyaya gəldi. Ailənin ən kiçik qızı idi və özündən böyük Nəslişah və Xanzadə adlı 2 bacısı vardı.

Uşaqlığı və gənclik illəri Fransada keçdi. Burada bacıları və Naciyə Sultanın övladları Mahpeykər xanım, Türkan xanım və Sultanzadə Əli bəylə birlikdə ögey ataları Mehmed Kamil bəy (Ənvər Paşanın qardaşı) tərəfindən Osmanlı türkcəsini öyrəndilər. 1938-ci ildə ailəsiylə birlikdə Misirə köçdü və 1943-cü ilin fevralında Misir kral ailəsindən Əmir İbrahimlə (d. 18 aprel 1903 — ö. 1977) evləndi. 1952-ci ildə bu nikahdan Osman Rüfət adlı oğlu dünyaya gəldi. Həmin il baş tutan Misir çevrilişindən sonra ailəsiylə ölkədən sürgün edildi və İsveçrəyə getdi. 16 oktyabr 2006-cı ildə Madriddə vəfat etdi və cənazəsi İstanbula gətirilərək Aşiyan məzarlığında dəfn edildi.

Övladları Osman Rüfət İbrahim (d. 20 may 1951, Qahirə)

İstinadlar

Xarici keçidlər http://arsiv.sabah.com.tr/2006/10/18/gun136.html http://freepages.genealogy.rootsweb.ancestry.com/~royalty/islamic/i185.html#I185

Kateqoriya:Osmanlı sultanları Kateqoriya:XXI əsr Türkiyə qadınları Kateqoriya:XX əsr Türkiyə qadınları Kateqoriya:XX əsr Osmanlı sultanlarının qızları Kateqoriya:Məhəmməd Əli sülaləsinin qadın şahzadələri