Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi — Azərbaycan Xalq Cümhuriyyətinin ordusu, hərbi tarixi, donanmaları.Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi: I cild və II cild Müəllif Süleymanov Mehman Sirac oğlu. 2014.Tehran

Tarixi

thumb|left|Rusiya İmperator ordusunun tam artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müstəqillər fraksiyasının üzvü; Azərbaycan Xalq Cümhuriyyəti hərb naziri, Azərbaycan SSR hərb xadimi Səməd bəy Mehmandarov."Мехмандаров Самед-Бек-Садык-Бек-оглы" — regiment.ru . Retrieved 24 July 2013. thumb|"Artilleriyanın Allahı" ləqəbini daşıyan, artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətləri və qazandığı qələbələri olan Rusiya İmperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini və Sovet hərb xadimi Əliağa Şıxlinski.

Azərbaycan Xalq Cümhuriyyətinin qərar tutduğu geostrateji məkan və mürəkkəb hərbi-siyasi şərait, əldə edilmiş müstəqilliyin qorunması üçün bütün sahələrdə olduğu kimi, hərbi diplomatiya sahəsində də fəal siyasətin həyata keçirilməsini tələb edirdi. Belə bir siyasət, bir tərəfdən Azərbaycanın müstəqilliyinə qarşı istiqamətlənmiş ciddi hərbi təhlükənin qarşısının alınmasında, uyğun beynəlxalq şəraitin formalaşmasına zəmin yaratmaqla bərabər, həm də zəruri bazası və infrastrukturu olmayan Cümhuriyyət Ordusunun formalaşmasına əlavə imkanlar aça bilərdi. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən dərhal sonra ilk hərbi diplomatik fəaliyyət, məhz Azərbaycanla Osmanlı Türkiyəsi arasında əməkdaşlıq müqaviləsi imzalanması və həmin müqaviləyə əsasən, Azərbaycanla Osmanlı Türkiyəsi arasında tarixi hərbi əməkdaşlıq qurulması ilə başlamışdı. Azərbaycanın müstəqilliyi və bütünlükdə Azərbaycan xalqının mövcudluğu üçün real təhlükə olan bolşevik-daşnak təcavüzünün qarşısının alınması üçün Osmanlı Türkiyəsinin məhdud hərbi qüvvələri Azərbaycana gəldi. Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Hər iki ölkə arasında çox səmərəli və faydalı hərbi əməkdaşlıq 1918-ci ildə Bakının yad qüvvələrdən təmizlənməsinə və bu şəhərin Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrilməsinə imkan verdi.Собрание узаконений и распоряжений правительства Азербайджанской Республики. — Баку, 1919 — выпуск 1, ст. 23 thumb|left|Azərbaycan Xalq Cümhuriyyətinin döyüşçüləri Birinci Dünya müharibəsinin nəticələrini özündə əks etdirən Mudros sülh müqaviləsinin şərtlərinə əsasən, Osmanlı hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalanda, hökumətin qərarı ilə Cümhuriyyətin Hərbi Nazirliyi bərpa edildi. Hərbi Nazirliyin təşkilatlandırılması çar Rusiyası ordusunda tam artilleriya generalı rütbəsinə qədər yüksəlmiş Səməd bəy Mehmandarova həvalə edildi. Onun Hərbi nazir təyin edilməsi, ordusu çox zəif olan Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun səmərəli və peşəkar səviyyədə aparılmasında, istiqamətləndirilməsində və müdafiə qabiliyyətinin gücləndirilməsində müqayisə edilməyəcək dərəcədə sıçrayış yaratdı. Hökumət və eyni zamanda Hərbi Nazirlik ölkənin daxili imkanlarını səfərbərliyə almaqla yanaşı, həm də fəal xarici siyasət aparılmasına diqqəti xeyli gücləndirdi. İlk növbədə, Mudros sülh müqaviləsinin şərtlərinə görə, Azərbaycanın nəzarət altına alınması üçün müttəfiq dövlətlər adından Bakıya göndərilmiş ingilis hərbi qüvvələrinin komandanlığı ilə qarşılıqlı əlaqələrin qurulmasına səy göstərildi. İngilis hərbi komandanlığının tələbi ilə Hərbi Nazirlik Bakıdan Gəncəyə köçürülmüş və orada fəaliyyət göstərməli olmuşdur. Eyni zamanda, həmin tələbə əsasən, bütün milli hərbi qüvvələr də Bakıdan çıxarılmışdı. Sonradan, Hərbi Nazirliyin rəhbərliyinin fəal siyasəti nəticəsində, 1919-cu il aprelin 5-də Azərbaycanın məhdud sayda hərbi qüvvələrinin Bakıya dönməsinə icazə verilmişdir.

Bundan başqa, çar Rusiyasından Azərbaycana miras qalmış bir neçə hərbi gəmi də ingilis qüvvələrinin nəzarəti altına keçmişdirАзербайджанская Демократическая Республика (1918–1920). Внешняя политика. (Документы и материалы). — Баку, 1998, с. 16. Həmin gəmilərin geri alınması üçün də ingilis hərbi komandanlığı ilə fəal məsləhətləşmələr aparılmışdır. Azərbaycan Hökumətinin ingilis komandanlığı ilə apardığı yazışmalar bunu sübut edir. Amma bütün cəhdlərə baxmayaraq ingilis komandanlığı Xəzər Donanmasına aid olan hərb gəmilərin əsas hissəsini Azərbaycana deyil, Denikin ordusuna təhvil vermişdir. Lakin sonradan həmin gəmiləri geri almaq mümkün olmuşdur.Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов). — Баку, 1998, С.249

Denikin ordusunun hücum təhlükəsinin qarşısının alınması Azərbaycan Xalq Cümhuriyyətinin hərbi diplomatiyasının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Denikin təhlükəsi yalnız Azərbaycana qarşı deyil, bütünlükdə Cənubi Qafqaza qarşı istiqamətlənmişdi. Bu təhlükənin qarşısının alınması üçün Azərbaycanla Gürcüstan arasında çox fəal və səmərəli hərbi diplomatik əlaqələr quruldu. Məhz mövcud şəraitdə Gürcüstanla qarşılıqlı hərbi əlaqələrin qurulması hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edirdi. Həmin hərbi əməkdaşlıq özünün hüquqi əksini 1919-cu il 16 iyun|iyunuun 16-da]] iki respublika arasında imzalanmış hərbi sazişdə tapdı. Sazişi Azərbaycan hökuməti tərəfindən xarici işlər naziri Məmmədyusif CəfərovАзербайджанская Демократическая Республика (1918―1920). Армия. (Документы и материалы). Баку, 1998, с. 6–7, Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviç, Gürcüstan tərəfindən isə Xarici İşlər naziri Geqeçkori, Hərbi nazir Ramişvili, Hərbi nazirin köməkçisi Qedevanov və general Odişelidze imzalamışdı. Tiflisdə imzalanmış üç il müddətinə on maddəli həmin sazişin əsas mahiyyəti respublikaların hər hansı birinə xarici müdaxilə olacağı halda digər respublika ona mümkün hərbi köməyi göstərməsi idi. Bu sazişin imzalanması həmin dövrdə Azərbaycan dövlət və hökumət rəhbərliyi, habelə siyasətçilər tərəfindən son dərəcə yüksək qiymətləndirildi. 1919-cu il iyunun 27-də Parlamentin fövqəladə iclasında həmin saziş ratifikasiya olundu. Sazişdən əlavə, iki dövlət arasında hərbi-texniki əməkdaşlıq haqqında sənəd də imzalandı. Həmin sənədə müvafiq olaraq, Gürcüstan həm hərbi-texnika və sursat baxımından, həm də kadrların hazırlanması baxımından Azərbaycana dəyərli kömək göstərdi. İki ölkə arasında hərbi əməkdaşlığın uğurlu davamı kimi 1920-ci il yanvarın 20-də Azərbaycan və Gürcüstanın müştərək Hərbi Şurası təsis edildi. Azərbaycan tərəfindən bu şuraya Hərbi nazirin köməkçisi general-leytenant Əliağa Şıxlinski və Baş Qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviç, Gürcüstan tərəfindən isə general Odişelidze və general Kutatelidze təyin edilmişdir.Мехман Сулейманов. Кавказская исламская армия и Азербайджан. — Баку, 1999, с. 36Мехман Сулейманов. Армия Азербайджана (1918–1920). — Баку, 1998, с. 43Мехман Сулейманов. Армия Азербайджана (1918–1920). — Баку, 1998, с. 50

Qarşılıqlı hərbi əməkdaşlığın yüksək səviyyədə qurulması üçün Gürcüstanda Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Attaşeliyi də təsis edildi. 1919-cu il martın 26-da Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarov 148 nömrəli əmri ilə o zaman Hərbi Nazirliyin Hərbi topoqrafiya şöbəsinin rəisi olmuş podpolkovnik Məmməd bəy Əliyevi bilavasitə Ordunun Baş Qərargah rəisinə tabe olmaqla, Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı Diplomatik Missiyasında Hərbi Attaşe vəzifəsinə təyin etdi. İkitərəfli hərbi əlaqələr üçün Hərbi Atteşelik aparatının vacibliyini bilən Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarov 27 may 1919-cu ildə 271 nömrəli digər əmri ilə isə Gəncə Praporşiklər məktəbini fərqlənmə ilə bitirmiş praporşik (Cümhuriyyət dövründə ilkin zabit hərbi rütbəsi) Əsgər Əsgərov-Kəngərlinskini Gürcüstan Respublikasındakı Diplomatik Missiyada Hərbi Attaşenin tapşırıqçısı vəzifəsinə təyin edir (Sonralar praporşik Əsgər Əsgərov-Kəngərlinski Sovet dövründə 1921-ci ilin iyulundan 1922-ci ilin iyununa kimi Türkiyədəki Azərbaycan Sovet Respublikasının Diplomatik missiyasında Hərbi attaşe vəzifəsində xidmət etmiş və Diplomatik Missiya bağlanarkən "Azərbaycanın Faciəsi" adlı əlyazmasına görə Sovet xüsusi xidmət orqanları tərəfindən cəzalandırılması üçün konvoyla geri gətirilərkən qaçmış və böyük ehtimalla Türkiyədə gizlənmişdi).Азербайджанская Демократическая Республика (1918–1920). Армия. (Документы и материалы). Баку, 1998, с. 47–48

left|thumb|1919-cu ildə AXC-nin artilleriya ordusu Gürcüstanda Hərbi Attaşeliyin təsis edilməsi bütünlükdə Azərbaycanın hərbi diplomatiya tarixində yeni bir səhifə idi. Çünki bu Hərbi Attaşelik Azərbaycanın müstəqilliyi dövründə ilk Hərbi attaşeliyi idi. Həmin Attaşeliyin səmərəli fəaliyyəti nəticəsində həm Gürcüstandan Azərbaycan Ordusunun təchizatı üçün zəruri olan xeyli sayda silah və hərbi texnika almaq, həm də həmin ölkənin hərbi məktəblərində xeyli sayda Azərbaycan zabitinin müəyyən ixtisaslar üzrə təkmilləşdirilməsi mümkün oldu. Digər tərəfdən də qarşılıqlı şəkildə imzalanmış sazişə uyğun olaraq, Azərbaycanın şimal sərhədlərinin, Abşeronun və Bakının müdafiə sisteminin yaradılmasına təcrübəli gürcü zabitləri cəlb edildilər. Qarşılıqlı razılaşmaya əsasən, gürcü zabitləri döyüş əməliyyatlarında iştirak etmədən Azərbaycan Ordusu sıralarında xidmət etmək imkanı da əldə etdilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu sıralarında xeyli sayda gürcü zabiti xidmət etmişdir. Onlardan ikisi, Azərbaycan Ordusunun general-kvartirmeysteri polkovnik Karqaleteli və Hərbiyyə məktəbinin rəisi polkovnik Çxeidze Azərbaycan hökumətinin qərarı ilə nümunəvi xidmətlərinə görə general-mayor rütbəsinə layiq görülmüşdülər.Hugh Pope, "Sons of the conquerors: the rise of the Turkic world", New York: The Overlook Press, 2006, p. 116, ISBN 1–58567–804-X

Gürcüstanla imzalanmış sazişə əsasən, qarşı tərəfə zərurət yarandığı anda Azərbaycan tərəfindən hərbi kömək göstərilməsi üçün konkret plan və onun icrası üçün hərbi qüvvə və vəsaitlər müəyyənləşdirilmişdi. Arxiv sənədlərindən aydın olur ki, həmin sazişə əsasən, 1920-ci ilin yanvarında Hərbi Nazirlik Gürcüstana hərbi müdaxilə olduğu zaman göndəriləcək qoşun hissələri barədə məxfi hesabat hazırlamışdır.

Həmin hesabata əsasən, Azərbaycan tərəfindən Gürcüstan ərazisinə göndəriləcək və Gürcüstanın hərbi komandanlığının tabeliyinə veriləcək hərbi hissələr aşağıdakı kimi təyin olunmuşdu: 1-ci piyada diviziyasından: 1-ci Cavanşir alayı — Xankəndidən, 2-ci Zaqatala alayı — Zaqataladan, 3-cü Gəncə alayı — Gəncədən, 1-ci artilleriya briqadası — 1-ci və 4-cü batareya Xankəndidən, 2-ci və 3-cü batareya Gəncədən, diviziyanın qərargahı Gəncədən.

Süvari diviziyasından: 1-ci Qarabağ alayı — Xankəndidən, 3-cü Şəkı alayı — Gəncədən, Süvari-dağ batareyası — Gəncədən. 2-ci Zaqatala alayı Çnoris-Çkali stansiyasına Katexi-Bostan və ya Balakən-Laqodexi yaşayış məntəqələrini qət etməklə çatmalı, digər hərbi hissələrin isə Gəncə-Tiflis dəmir yolu vasitəsi ilə daşınması hesabatda göstərilmişdir. Gürcüstan tərəfi də eyni qayda ilə Azərbaycan tərəfinə hərbi müdaxilə edildiyi təqdirdə hesabata uyğun hərbi hissələr göndərməyi öz öhdəliyinə götürmüşdü. Lakin 1920-ci ilin aprelində bolşevik işğalı o qədər sürətlə baş verdi ki, Gürcüstandan hərbi kömək almaq imkanı olmadı. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin əsas hərbi qüvvələri Qarabağda Ermənistan hərbi qüvvələrinin hərbi təcavüzünün qarşısının alınmasına göndərilmişdi. Ona görə də şimal sərhədləri, demək olar ki, müdafiəsiz qalmışdı.