Talışinski Rauf Rəfail oğlu (Rauf Rəfail oğlu Talışinski}; ) — Azərbaycan jurnalistikasının tanınmış simalarından biri, Echo.az saytının və "Exo" qazetinin təsisçisi və baş redaktoru.
Həyatı Rauf Talışinski 16 Noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgan ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin fakültədə aspirantura təhsili alıb. O, filologiya elmləri üzrə fəlsəfə doktorudur.
Fəaliyyəti Talışinski “Molodej Azerbaydjana" (1978-1981), “Vışka” qəzetlərində çalışıb, 1981-1989-cu illərdə “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri,1990-cı ildən "Ayna" və "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb. R.Talışinski 2001-ci ildən bu günə kimi isə “Exo” qəzetinin baş redaktoru postunda çalışıb.
Mükafatları Rauf Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Ölümü 2018-ci il mayın 8-ində qəfil ürəktutmasından vəfat edib.
Həmçinin bax Exo (qəzet) Əməkdar jurnalist Vışka (qəzet)
İstinadlar
Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan qəzet redaktorları