II Yusifbəyli hökuməti və ya Beşinci hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 5-ci, Nəsib bəy Yusifbəyli başçılığında təşkil olunan, müsavatçılar, ittihadçılar, müstəqillər, bitərəflər, əharçılar və hümmətçilərdən ibarət koalisiya hökuməti.Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament. (stenoqrafık hesabat), c.1–2, B., 1998Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001

Zəmin 22 dekabr 1919-cu ildə kabinetdaxili münaqişələrə görə IV hökumət kabineti istefa verdi.

Tərkibi 1919-cu il dekabrın 24-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin hökumətə 1920-ci il martın axırına qədər başçılıq etdi.Aдpec-календары Aзepбaйджанской Pecnублики нa 1920 год, Б., 1920 VəzifəsiAdıBaşlama tarixiBitmə tarixiFraksiya (Partiya)<center>Nazirlər Şurasının sədri<center>90pxNəsib bəy Yusifbəyli<center><center>24 dekabr 191930 mart 1920Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası<center>Daxili İşlər naziri<center><center>90pxMəmmədhəsən Hacınski<center><center>24 dekabr 1919<center><center>18 fevral 1920<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası<center>132x132pxMustafa bəy Vəkilov<center><center>18 fevral 1920<center><center>30 mart 1920<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası<center>Dövlət nəzarəti naziri<center><center>90pxHeybətqulu Məmmədbəyov<center><center>24 dekabr 1919<center><center>30 mart 1920<center>İttihad fraksiyası<center>Ədliyyə naziri<center><center>90pxXəlil bəy Xasməmmədov<center><center>24 dekabr 1919<center><center>30 mart 1920<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası<center>Əkinçilik və dövlət əmlakı naziri<center><center>90pxƏhməd bəy Pepinov<center><center>24 dekabr 1919<center><center>23 mart 1920<center><center>Sosialistlər fraksiyasıHümmət Partiyası<center><center>Əmək naziri<center><center>90pxƏhməd bəy Pepinov<center><center>24 dekabr 1919<center><center>23 mart 1920<center><center>Sosialistlər fraksiyasıHümmət Partiyası<center><center>Hərbi nazir<center><center>90pxSəməd bəy Mehmandarov<center><center>24 dekabr 1919<center><center>30 mart 1920<center>Fraksiyasız<center>Xarici işlər naziri<center> 90pxFətəli xan Xoyski <center>24 dekabr 1919<center> 30 mart 1920 Müsavat və bitərəflər fraksiyasıBitərəf<center>İctimai təminat naziri<center><center>90pxMusa bəy Rəfiyev<center>24 dekabr 191930 mart 1920Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası<center>Səhiyyə naziri<center><center>90pxMusa bəy Rəfiyev<center>24 dekabr 191930 mart 1920Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası<center>Maarif və dini etiqad naziri<center>90pxHəmid bəy Şahtaxtinski<center>24 dekabr 1919<center><center>5 mart 1920<center><center>İttihad fraksiyası<center><center>90pxNurməmməd bəy Şahsuvarov<center><center>5 mart 1920<center><center>30 mart 1920<center><center>İttihad fraksiyası<center>Maliyyə naziri90pxRəşid xan Qaplanov<center>24 dekabr 1919<center><center>15 aprel 1920<center>Əhrar fraksiyası<center> |- |<center>Poçt-teleqraf naziri<center> |<center>90pxCamo bəy Hacınski<center> |<center>24 dekabr 1919<center> |<center>9 aprel 1920<center> | bgcolor="#FF0000" | |<center>Sosialistlər fraksiyasıXalqçı Partiyası<center> |- | rowspan="2" |<center>Ticarət,sənaye və ərzaq naziri<center> |<center>90pxXudadat bəy Məlik-Aslanov<center> |<center>24 dekabr 1919<center> |<center>18 fevral 1920<center> | bgcolor="" | |<center>Fraksiyasız<center> |- |<center>90pxMəmmədhəsən Hacınski<center> |<center>18 fevral 1920<center> |<center>30 mart 1920<center> | bgcolor="#007CC2" | |<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası<center>Yollar naziri<center>90pxXudadat bəy Məlik-Aslanov<center>24 dekabr 1919<center>30 mart 1920Fraksiyasız

Fəaliyyəti Nəsib bəy Yusifbəyli baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransındakı gərgin əməyi sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin böyük dövlətlər tərəfindən de-fakto tanınması olmuşdur. Bu dövrdə həmçinin Bakı Dövlət Universiteti açıldı. Müxtəlif ixtisaslar üzrə ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın müxtəlif ali məktəblərinə göndərildi. Torpaq islahatları haqqında 29 maddədən ibarət qanun layihəsi hazırlanaraq, 1920-ci ilin fevralında ümumxalq müzakirəsinə verildi. Savadsızlıqla mübarizə üçün müvəqqəti pedaqoji kurslar açıldı, ibtidai və orta məktəblər üçün dərsliklərin hazırlanması və nəşri işinə başlanıldı.

1920-ci ilin əvvəllərində Şimali Qafqaz və Dağıstanda Denikin qüvvələrini məğlub edən Qırmızı Ordu Azərbaycan sərhədlərinə yaxınlaşaraq Sovet Rusiyasının çoxdan ələ keçirmək arzusunda olduğu Bakını təhlükə altına aldı. Diplomatik əlaqələr yaratmaq haqqında Azərbaycan Hökumətinin bütün təkliflərini cavabsız qoyan Sovet Rusiyası ölkə daxilində bolşeviklərin vasitəsilə müdaxilə üçün zəmin hazırlayırdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin fəaliyyəti dövründə yol verdiyi səhvlərin (aqrar məsələnin həll olunmaması, bir sıra sosial problemlərin həllinin ləngidilməsi və s.) xalqın müxtəlif təbəqələri arasında yaratdığı narazılıqdan istifadə edən bolşeviklər vəziyyəti daha da gərginləşdirdilər.

İstefası 1920-ci il martın sonunda Sovet Rusiyası tərəfindən xarici təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Nəsib bəy Yusifbəyli hökuməti istefa verməli oldu. Yeni hökumətin təşkili Məmmədhəsən Hacınskiyə tapşırıldı. Onun parlamentdəki fraksiyalarla apardığı danışıqlar müsbət nəticə vermədi. Xüsusilə Müsavat və bitərəflər fraksiyası ilə Sosialistlər fraksiyası arasında kəskin fikir ayrılığı yaranmışdı. Sosialistlər yeni hökumətdə əsas nazirliklərin — hərbi, xarici və daxili işlər nazirlərinin portfellərini tələb edirdilər. Bir tərəfdən Müsavat Partiyası bolşeviklərlə gizli əlaqəyə girən Məmmədhəsən Hacınskinin yeni hökumət kabinəsi yaratmaq üçün sərbəst hərəkət etməsinə imkan vermir, digər tərəfdən isə Hacınski özü də yeni hökumət kabinəsini yaratmağa tələsmir, gözləmə mövqeyi tuturdu.

Yaranmış əlverişli şəraitdən istifadə edən Sovet Rusiyasının XI Qırmızı Ordusu beynəlxalq hüquq normalarını kobudcasına pozaraq və qabaqcadan hazırlanmış hərbi müdaxilə planına uyğun olaraq 1920-ci il aprelin 27-də Azərbaycanın sərhədlərini keçərək, Bakıya doğru hərəkət etdi. Aprelin 27-də gündüz saat 12-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi, Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı adından Azərbaycan Hökumətinə və Parlamentinə hakimiyyətin bolşeviklərə təhvil verilməsi barədə Həmid Sultanov tərəfindən ultimatum təqdim olundu. Elə həmin günün axşamı yaranmış şəraiti və bolşeviklərin ultimatumunu müzakirə edən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin son iclası dinc əhali arasında qan tökülməməsi üçün hakimiyyəti bolşeviklərə təhvil vermək haqqında axşam saat 11-də qərar qəbul etdi. Hakimiyyəti təslim edərkən Azərbaycan Parlamentinin əsas tələblərindən biri keçmiş hökumət üzvlərinin təqib olunmayacağı idi. Lakin bolşeviklər hakimiyyəti ələ keçirdikləri ilk gündən keçmiş hökumət üzvlərinin həbsinə və repressiyaya başladılar. Sovet qoşunlarının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk gündən onun süqutu gününə qədər fasiləsiz fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin fəaliyyətinə son qoyuldu.Aзepбaйджанская Демократическая Pecnублика (1918–1920). Законодательные акты (сборник документов), Б., 1998.

Qeydlər

Mənbə

İstinadlar

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti hökumətləri Kateqoriya:1919-cu ildə Azərbaycan