2019 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 64-cü Avroviziya Mahnı Müsabiqəsidir. Netta Barzilayın ifa etdiyi "Toy" mahnısı ilə 2018 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2019-cu ildə İsrail 20 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. 1979 və 1999-cu ildən sonra bu İsraildə keçirilən üçüncü Avroviziya müsabiqəsidir. İsrailin paytaxtı olan Qüds şəhəri iki dəfə müsabiqəyə ev sahibliyi etmiş olsa da, Avropa Yayım İttifaqı və IBPC telekanalının birgə qərarı ilə Avroviziya 2019-a ev sahibliyi üçün liman şəhəri olan Tel-Əviv seçilmişdir. Müsabiqə Expo Tel Aviv arenasında, "Dare to Dream" () şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 14 və 16 may, final isə 18 may tarixində baş tutmuşdur. Erez Tal, Bar Rafaeli, Assi Azar və Lüsi Əyyub müsabiqəyə aparıcılıq etmişdir.

7 noyabr 2018-ci il tarixində Avropa Yayım İttifaqı Tel-Əvivdə keçirilən Avroviziya 2019-da 42 ölkənin iştirak edəcəyini açıqlamışdır. 2018-ci ildə Avroviziyada iştirak edən ölkələrdən Bolqarıstan maliyyə problemləri səbəbindən Tel Əvivdə keçirilən müsabiqədə iştirak etməyəcək. 27 fevral tarixində milli seçim turlarında yaranan gərginliyin ardınca Ukrayna televiziya və radio yayımları şirkəti müsabiqədə iştirak edə bilməyəcəyini elan etmişdir.

18 may tarixində baş tutan final şousunda Niderland təmsilçisi Dankan Lourens ifa etdiyi "Arcade" mahnısı ilə 498 xal toplayaraq qalib gəlmişdir. Bu Niderlandın Avroviziyada 5-ci qalibiyyəti olmuşdur.

Keçirildiyi yer Netta Barzilayın ifa etdiyi "Toy" mahnısı ilə 2018 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2019-cu ildə İsrail 20 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır.

Məkan thumb|left|Expo Tel Aviv Müsabiqə 2015-ci ilin yanvar ayında təmirinin başa çatdırıldığı və 10,000 nəfəri qəbul edə biləcək olan Tel-Əviv Konqres mərkəzində keçirilmişdir. Tel-Əviv şəhərinin şimalında, Rokax bulvarında yerləşən məkanda müxtəlif konsertlər, sərgilər, toplantılar və s. keçirilir. 2018-ci ilin aprel ayında məkan 44 ölkənin iştirak etdiyi Avropa Cüdo Çempionatına ev sahibliyi etmişdir.

Tender mərhələsi Avroviziya 2018-də qələbə qazandıqdan sonra səhnədə Netta Barzilay 2019 Avroviziya Mahnı Müsabiqəsinin paytaxt Qüdsdə keçiriləcəyini elan etmişdir. İsrailin baş naziri Benyamin Netanyahu da öz Twitter hesabından Avroviziyanın Qüdsdə keçiriləcəyini qeyd etmişdir. Lakin bu qərar Avropa Yayım İttifaqı (AYİ) tərəfindən hələ ki, öz təsdiqini tapmayıb.

İsrailin maliyyə naziri Moşe Kaxlon Maariv qəzetinə müsahibədə müsabiqənin yalnız Qüdsdə keçirilə biləcəyini vurğulamış və müsabiqənin dəyərinin 120 milyon Yeni İsrail şekeli olacağını qeyd etmişdir. Qüds meri Nir Barkat müsabiqənin 1979 və 1999-cu illərdə keçirildiyi Beynəlxalq Konvensiya mərkəzinin Avroviziya 2019 üçün çox kiçik olduğunu bildirərək, Teddy Stadium və eyni zamanda Jerusalem Arenanı müsabiqə üçün uyğun görmüşdür.

Müsabiqə üçün nəzərdə tutulan digər arena isə Təl-Əvivdə yerləşən Menora Mivtachim Arena olsa da, şəhər meri Ron Hulday Təl-Əvivin Avroviziya 2019-a ev sahibliyi etməyəcəyini açıqlamışdır. Digər mümkün məkanlar isə Hayfada yerləşən Sammy Ofer Stadium və Beer-Şevada yerləşən Turner Stadiumdur. Lakin hər iki stadionun tavanı yoxdur və müsabiqənin qaydalarını görə müsabiqə qapalı arenada keçirilməlidir. Şəhər Arena Tutum Qeyd Beer-Şeva Turner Stadium 16,126 Təklif stadionu əhatə edən müvəqqəti və ya daimi bir tavanın inşasına bağlı idi. Eylat Limandakı anqarlar 10,000 Təklif iki anqarın birləşdirilərək bir stadion yaradılmasına və beləliklə AYİ-nin şərtlərinə uyğun olmasına bağlı idi. Hayfa Sammy Ofer Stadium 30,870 Təklif stadionu əhatə edən müvəqqəti və ya daimi bir tavanın inşasına bağlı idi.Qüds Teddy Stadium 31,733 Təklif stadionu əhatə edən müvəqqəti və ya daimi bir tavanın inşasına bağlı idi. Jerusalem Arena 15,654 — Təl-Əviv Expo Tel Aviv 9,000 —

Format

Yarımfinallara bölünmə səbətləri İştirakçı ölkələrin hansı yarımfinallarda iştirak edəcəyini müəyyən etmək məqsədilə 28 yanvar 2019 tarixində Assi Azar və Lüsi Əyyubun aparıcılığında Tel-Əvivdə püşkatma keçirilmişdir.

Püşkatmanın ilk mərhələsində ev sahibi-ölkə İsrail və Böyük beşlik ölkələrinin hansı yarımfinallarda səs verəcəkləri və ifa edəcəkləri müəyyən edilmişdir. İkinci mərhələdə ölkələrin hansı yarımfinallarda iştirak edəcəkləri və yarımfinalların neçənci hissəsində (birinci və ya ikinci) ifa edəcəkləri təyin olunmuşdur. Birinci yarımfinalda 17, ikinci yarımfinalda isə 18 ölkə iştirak etmişdir. Hər yarımfinalda ilk onluğa daxil olan ölkələr, ev sahibi ölkə və 'Böyük beşlik' də daxil olmaqla cəmi 26 ölkə finalda iştirak etmişdir. AYİ, 26 yanvar 2019 tarixində yarışmanın rəsmi telesəsvermə üzrə sponsoru Digame-nin apardığı hesablamalar nəticəsində 36 ölkədən müsabiqənin tarixində ənənəvi olaraq bir-birlərinə səs verənləri təyin edərək, 6 səbətə ayırmışdır. 1-ci Səbət2-ci Səbət3-cü Səbət4-cü Səbət5-ci Səbət6-cı Səbət

Ukrayna püşkatmadan bir ay sonra müsabiqədə iştirakını dayandırdı.

İnterval aktlar thumb|150px|Madonna Avroviziya finalında Quavo ilə birlikdə çıxış etmişdir. 16 may 2019-cu il tarixdə AYİ Madonnanın Quavo ilə birlikdə Avroviziya finalında səhnə alacağını elan etmişdir. Birinci yarımfinalın açılışını Netta Barzilay "Toy" mahnısın yeni versiyası ilə etmişdir. İnterval akt olaraq isə Avroviziya 1998-in qalibi Dana International "Just the Way You Are" mahnısı ilə çıxış etmişdir. İkinci yarımfinalda əlillərdən təşkil olunmuş Shalva band "Million Dreams" mahnısı ilə səhnə almışdırlar. Finalda Madonna və Quavo ilə yanaşı keçmiş Avroviziya ulduzları Konçita Vurst, Mons Selmerlöv, Eleni Fureyra, Verka Serdyuçka, Qali Atari, Ilanit, Dana International, Nadav Qedj və Netta Barzilay çıxış etmişdir. Finalda eyni zamanda dünyaca məşhur İsrail aktrisası və modeli Qal Qadot da yer almışdır.

İştirakçı ölkələr thumb|250px| 41 ölkənin iştirak etdiyi Avroviziya 2019 otuz beş ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (birinci yarımfinalda on yeddi, ikinci yarımfinalda on səkkiz ölkə) və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunacaqdır. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi İsrail müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.

Yenidən iştirak edən ifaçılar Rusiya təmsilçisi Sergey Lazarev daha öncə 2016 Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmiş və finalda 3-cü yerə layiq görülmüşdür. San-Marino təmsilçisi Serhat daha öncə Avroviziya 2016-da ölkəni təmsil etmişdir. Şimali Makedoniya təmsilçisi Tamara Todevska daha öncə 2008 Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmişdir. O, eyni zamanda 2004-cü ildə Toşe Proeskini, 2014-cü ildə isə bacısı Tiyana Dapçeviçi səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. Macarıstan təmsilçisi Yoçi Papai daha öncə 2017 Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmiş və finalda 8-ci yeri tutmuşdur. Serbiya təmsilçisi Nevena Bojoviç daha öncə Moje 3 qrupunun üzvü kimi 2013 Avroviziya Mahnı Müsabiqəsində Serbiyanı təmsil etmişdir. Litva təmsilçisi Yuriyus daha öncə 2013 və 2015-ci illərdə Litva təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşaiət etmişdir.

1-ci yarımfinal 14 may tarixində baş tutan yarımfinal mərhələsində 17 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Fransa, İsrail və İspaniya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar. № Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İngiliscə Tamta "Replay" Təkrar oynat 9 149 02 İngiliscə D mol "Heaven" Cənnət 16 46 03 İngiliscə Darude ilə Sebastian Reyman "Look Away" Üz döndər 17 23 04 Polyakca, İngiliscə Tulia "Fire of Love (Pali się)" Sevgi atəşi (Yan) 11 120 05 Slovencə Zala Kraly və Qaşper Şantl "Sebi" Özünə 6 167 06 İngiliscə Lake Malawi "Friend of a Friend" Dostumun dostu 2 242 07 Macarca Yoçi Papai "Az én apám" Mənim atam 12 97 08 İngiliscə ZENA "Like It" Bəyən 10 122 09 Serbcə, İngiliscə Nevena Bojoviç "Kruna" (Круна) Tac 7 156 10 İngiliscə Eliot "Wake Up" Oyan 13 70 11 Gürcücə, AbxazcaMahnının adı ingiliscə olsa da, mahnı gürcü dilində ifa edilmişdir. Oto Nemsadze "Keep On Going" İrəliləməyə davam et 14 62 12 İngiliscə Keyt Miller-Haydki "Zero Gravity" Sıfır cazibə 1 261 13 İslandca Hatari "Hatrið mun sigra" Nifrət qalib gələcək 3 221 14 İngiliscə Viktor Kron "Storm" Fırtına 4 198 15 Portuqalca Konan Oziriş "Telemóveis" Mobil telefonlar 15 51 16 İngiliscə Katerina Duska "Better Love" Daha yaxşı sevgi 5 185 17 İngiliscə, Türkcə Serhat "Say Na Na Na" Na na na de 8 150

2-ci yarımfinal 16 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Böyük Britaniya və İtaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar. № Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İngiliscə Srbuk "Walking Out" Çölə çıxmaq 16 49 02 İngiliscə Sara MakTernan "22" - 18 16 03 İngiliscə Anna Odobesku "Stay" Qal 12 85 04 İngiliscə Luka Henni "She Got Me" Məni tutdu 4 232 05 İngiliscə Carousel "That Night" O gecə 15 50 06 İngiliscə Ester Peoni "On a Sunday" Bazar günündə 13 71 07 İngiliscə, Fransızca, Danca, Almanca Leonora "Love is Forever" Sevgi əbədidir 10 94 08 İngiliscə Con Lundvik "Too Late for Love" Sevgi üçün çox gec 3 238 09 İngiliscə Paenda "Limits" Hüdudlar 17 21 10 İngiliscə, Xorvatca Roko Blajeviç "The Dream" Yuxu 14 64 11 İngiliscə Mikela Paç "Chameleon" Buqələmun 8 157 12 İngiliscə Yuriy Veklenko "Run with the Lions" Şirlərlə qaç 11 93 13 İngiliscə Sergey Lazarev "Scream" Qışqırıq 6 217 14 Albanca Yonida Maliçi "Ktheju tokës" Vətəninə dön 9 96 15 İngiliscə, Şimali Saamca KEiiNO "Spirit in the Sky" Səmadakı ruh 7 210 16 İngiliscə Dankan Lourens "Arcade" Arkada 1 280 17 İngiliscə Tamara Todevska "Proud" Məğrur 2 239 18 İngiliscə Çingiz Mustafayev "Truth" Həqiqət 5 224

Final Finalçılar: "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya); Ev sahibi ölkə (İsrail); Birinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr; İkinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr.

18 may tarixində keçirilən final mərhələsində 26 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Niderland təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.