Krım tatarlarının himni və ya "Ant etkenmen" () — Krım Xalq Respublikasının və Krım tatarlarının himni.
Tarixi "Ant etkenmen"in sözləri Noman Çələbi Cihan tərəfindən, Krımtatar dilinin Noqay şivəsində 3 bənddən ibarət şeir formasında yazılmışdır. Müsiqisinin müəllifi bilinmir. Şerin son bəndi nəqərat olaraq istifadə edilir. "Ant etkenmen" 9 dekabr 1917-ci ildə Bağçasaraydakı Krım xan sarayında açılan Qurultayda ifa olunmuşdur. Bundan sonra Krım tatarları tərəfindən istifadə edilmişdir.Milli Marşımız – Ant etkenmen . Fikirdebirlik.com. 30 iyun 1991-ci ildə Krım tatarlarının Beynəlxalq himni olarak qəbul edilmişdir. Marş, rus dilinə Liliya Bucurova tərəfindən çevirilmişdir.
Sözləri +OrijinalAzərbaycancaAnt etkenmen milletimniñ yarasını sarmağa Nasıl olsun eki qardaş birbirini körmesin? Onlar içün ökünmesem, muğaymasam, yaşasam Közlerimden aqqan yaşlar derya-deñiz qan bolsun.
Ant etkenmen şu qaranğı yurtqa şavle sepmege, Nasıl bolsun bu zavallı qardaşlarım iñlesin? Bunu körüp buvsanmasam, muğaymasam, yanmasam Yuregimde qara qanlar qaynamasın, qurusın.
Ant etkenmen, söz bergenmen millet içün ölmege Bilip, körüp, milletimniñ köz yaşını silmege. Bilmey körmey, biñ yaşasam, qurultaylı han bolsam, Kene bir kun mezarcılar kelir meni kömmege.And içmişəm millətimin yarasını sarımağa, Necə olsun, iki qardaş bir-birini görməsin? Onlar üçün üzülməsəm, qayğılanmasam, yaşasam, Gözlərimdən axan yaşlar dərya dəniz qan olsun!
And içmişəm bu qaranlıq yurda işıq saçmağa, Necə olsun bu zavallı qardaşlarım çürüsün? Bunu görüb bunalmazsam, üzülməsəm, yanmasam, Ürəyimdə qara qanlar qaynamasın, qurusun!
And içmişəm, söz vermişəm millət üçün ölməyə, Bilib, görüb millətimin göz yaşını silməyə. Bilmədən, görmədən min (il) yaşasam, qurultaylı xan olsam, Yenə bir gün məzarçılar gəlir məni görməyə
İstinadlar
Həmçinin bax Noman Çələbi Cihan Krım Xalq Respublikası
Xarici keçidlər Krım Milli Marşının videosu Youtube üzərindən.
Kateqoriya:Krım tatarları