Venom () — Marvel Comics nəşriyyatı tərəfindən yayımlanan, əsasən Hörümçək-adamla əlaqəli komiks kitablarında görünən uydurma personaj. Personaj maye formalı amorf yadplanetli Simbiot olmaqla, yaşaması üçün daşıyıcı - əsasən insanla əlqəyə girməsi vacibdir. Daşıyıcı ilə əlaqəyəgirdikdən sonra, Simbiot inkişaf etmiş güc və bacarıqlarını onun istifadəsinə verir. Venom Simbiotu insanla əlaqəyə girdikdən sonra yaranan yeni ikili varlıq özünü adətən “Venom” adlandırır. Personaj ilk dəfə canlı yadplanetli kostyum kimi “The Amazing Spider-Man #252” (may, 1984) komiksində təqdim edilmiş, onun tam görünməsi isə “The Amazing Spider-Man #300” (may, 1988) baş tutmuşdur.
Venom Simbiotunun ilk daşıyıcısı Piter Parker olmuş, lakin, Simbiotun pis xasiyyətini başa düşdükdən sonra Parker onu özündən ayıra bilmişdir. Simbiotun sonrakı daşıyıcıları arasında ən məşhuru Eddi Brok olmuş, məhz onun Venom olduğu dövrdə personaj Hörümçək-adamın əsas düşməninə çevrilmişdir. Q.A.L.X.A.N.-ın məlumatlarında Venom, Maqneto, Doktor Dum və Qırmızı kəllə ilə birlikdə insanlıq üçün əsas təhlükə hesab edilir.
Komiks müxbiri və tarixçisi Mayk Konroy personaj haqqında yazır: “Hörümçək-adam üçün dəyişik kostyum kimi başlayan bir şey, Marvelin ən böyük qarabasmalarından birinə çevrilmişdir.”Conroy, Mike. 500 Comicbook Villains, pp.358, Collins & Brown, 2004. IGN tərəfindən təşkil edilmiş “Bütün zamanların ən böyük 100 komiks canisi” siyahısında Venom iyirmi ikinci yerdə qərarlaşmışdır. IGN Mak Qarqanın Venom çevrilməsini, "The Top 50 Avengers" siyahısında on yeddinci, Fleş Tompsonun çevrilməsini iyirmi yeddinci yerdə qərarlaşdırmışdır. “Empire” jurnalının “50 ən böyük komiks personajı” siyahısında personaj otuz üçüncü yerdə qərarlaşmışdır.
Nəşr tarixi Nəzəriyyə və yaradılması
Hörümçək-adamın yeni kostyumunun yaradılması haqqınd orijinal ideya Marvel Comicsə Norric, İllinoisdə yaşayan oxucu Rendi Şuller tərəfindən təklif edilmişdi. 1982-ci ildə həmin vaxr Marvelin baş redaktoru olan Cim Şuter Şullerə məktub göndərərək, Marvelin ideya ilə maraqlandığını bildirmmiş və yekunda həmin ideya nəşriyyat tərəfindən 220 ABŞ dollarına alınmışdır.August 3, 1982 letter from Jim Shooter to Randy Schueller . Comic Book Resources. Yoxlanılıb: 29 may 2018
Şuter Hörümçək-adama ağ-qara kostum geyindirilməsi ideyasını Mayk Zek tərəfindən dizayn edilmiş yeni Hörümçək-qız kostyumunu görərkən düşünmüşdür.David, Peter (June 4, 1993). "The Wacko Theory", Comics Buyer's Guide, Reprinted in the collection But I Digress (1994). pp. 104-106 Yazıçı/rəssam Con Birn öz saytında qeyd edir ki, öz-özünə sağalan bioloji materialdan hazırlanmış kostyum ideyası onun ağlına hələ Dəmir yumruq seriyası üzərində işləyərkən gəlmiş və bununla hər seriyada personajın geyiminin cırıldıqdan sonra, növbəti seriyada necə yenilənməsini izah etmək istəmiş, lakin, sonradan bu fikirdən istifadə etməmişdi. Sonradan Rocer Stern ona müraciət edərək həmin ideyanı Hörümçək-adam kostyumu üçün istifadə etməyə icazə almışdır. Stern də öz növbəsində mövzu haqqında fikirləşdə də, ayrıca başlıq etmək ideyasını inkişaf etdirməmişdir. Mişelinin seriyasından əvvəl yazıçı Tom DeFalko və rəssam Ron Frenz tərəfindən çıxarılan “Amazing Spider-Man” seriyasında ilk dəfə kostyumun yadplanetli varlıq olduğu və yüksək səsə qarşı dözümsüzlüyü göstərilmişdir.Byrne, John. "How is it that JB "created" Venom?" . "Frequently Asked Questions". Byrne Robotics, Yoxlanılıb: 29 may 2018.
Simbiot ilk dəfə Hörümçək-adamıın yeni qara kostyumu kimi “The Amazing Spider-Man #252” (may, 1984) komiksində "Homecoming!" hekayə xəttinin tərkibində təqdim edilmişdir. Hekayədə hadisələr Hörümçək-adamın ilk dəfə qara kostyum geyindiyi “Gizli müharibələr” () mini seriyasından sonra baş verir. Venomun ilk tam görünməsi Simbiotun Eddi Brokun bədəninə keçməsindən sonra “The Amazing Spider-Man #300” (may, 1988) komiksində baş vermişdir.
Daşıyıcıları Piter Parker
Hörümçək-adamın yeni qara kostyum alması hekayəsi Marvel Super Heroes Secret Wars #8 (dekabr, 1984) davamlılığında təsvir edilmiş, burada yazıçı Cim Şuter və rəssam Mayk Zek Marvel Kainatı qəhrəmanlarının Digər dünyalı tərəfindən Betlvorld adlı planetə çağırılması təsvir olunmuşdu. Canilərlə döyüşdə Hörümçək-adamın kostyumu məhv olduqdan sonra, Tor və Halk onu superqəhrəmanların bazasına göndərirlər; bazada məlumat verilir ki, maşın onun fikrini oxuyaraq istənilən kostyumu hazırlaya bilər. Maşın seçim etdikdən sonra qəribə qara maddə onun bədənini örtərək ağ-qara kostyuma çevrilir. Parkerin təəccübünə səbəb olan əsas xüsusiyyətlərdən biri adi küçə geyiminə çevrildiyi halda belə kostyumun güclü müdafiə təmin edə bilməsi idi.
“The Amazing Spider-Man” davamlılığı zamanı yazıçı Tom DeFalko və rəssam Ron Frenz kostyumun hissiyyatlı yadplanetli olması, onun oda və yüksəs səs enerjisinə qarşı dözümsüzlüyünü qeyd edirlər. Məhz həmin hekayə xəttində gecə yatdığı vaxt kostyum Piter Parkeri bürüyərək cinayətkarlara qarşı mübarizəyə çıxarır, səhər yuxudan oyandıqda isə Parker təəccüb içində qalaraq nə baş verdiyini anlamırdı. Parkerin kostyumu Rid Riçards (Mister Fantastik) tərəfindən sınaqdan keçirildikdən sonra onun canlı olması anlaşılmış, Parker kostyumun hər gün daha çox onun bədəninə bağlanmasını anladıqda ondan tamamilə imtina etmişdi, bundan sonra kostyum Fantastik Dördlük tərəfindən götürülmüşdü.Byrne, John. "How is it that JB "created" Venom?" . "Frequently Asked Questions". Byrne Robotics. Yoxlanılıb:29 may 2018. Lakin, Simbiot qaçaraq Parkerə hücum etmiş, öz növbəsində Parker isə kafedral zənglərini istifadə edərək onu özündən uzaqlaşdırmağa müvəffəq olmuşdur.
Eddi Brok
200px|thumb|left|Venom seriyasının I cildində Eddi Brokun Venom kimi qayıdışı. Venom #161 komiksinə (fevral, 2018) rəssam Xavier Qarron tərəfindən çəkilmiş təsvir. 1985-ci ildə Piter Devidin “The Spectacular Spider-Man” hekayə xəttinə daxil olan "Sin Eater" hadisələrini əsas alaraq Eddi Brokun mənşə hekayəsi kimi istifadə edən Devid Mişelin yeni hekayə yazmışdır. Venomun varlığı ilk dəfə “Web of Spider-Man #18” (sentyabr, 1986) komiksində təsdirlənmiş, burada o, Piter Parkeri qatarın altına itələsə də, onun hörümçək həssaslığı kömək etməmiş, buna baxmayaraq Venomun yalnız əli görünmüşdür. Növbəti dəfə Venom “Web of Spider-Man #24” (mart, 1987) komiksində görünmüş, burada Parker Hörümçək-adama çevrilmək üçün hündürmərtəbəli binadan atılsa da, arxadan uzanan qara əl onu tutaraq dartır, lakin hörümçək hissiyyatı yenidən xəbərdarlıq etmir. “The Amazing Spider-Man#299” (aprel, 1988) komiksinin son səhifəsində kameo kimi görünən Venom Parkerin həyat yoldaşı Meri Ceyn Uatsona hücum edir və bundan sonra, “The Amazing Spider-Man #300” komiksində (may, 1988) Venom ilk dəfə tam həcmli görünüş edir."Amazing Spider-man #300 Vol 1" , Comics Price Guide, Yoxlanılıb: 30 may 2018.
Növbəti nəşrdə Hörümçək-adam onunla qarşılaşır, bu zaman Brok “Sin-Eater işi” üzərində çalışdığı zaman onun “Daily Globe” qəzetində jurnalist olmasını, “Sin-Eater” elan edilmiş insan Brokun kompulsiv etirafçı olmasının müəyyən edilməsindən sonra isə onun karyerası dağılmışdır. Hörümçək-adamı öz uğursuzluqlarında günahlandıran Brok, ondan tabloidlər üçün hekayə almağa çalışır. Stressi azaltmaq üçün o, bodibildinqlə məşğul olur. Lakin, bu fayda vermir və Brok, suisidal-depressiya vəziyyətinə düşür. Brok, Hörümçək-adamın Simbiotdan ayrıldığı kafedralda sakitlik axtararkən, Simbiot onun nifrətini hiss edir. Nəşr etdiyi sensasiyalı materiallardan sonra Brok Venom adını götürür.
İllər ərzində Simbiot daha çox intellekt və əlavə daşıyıcı insanlar əldə etdikdən sonra, Venom adı məhz Simbiotun özünə və daşıyıcılara aid edilmişdir. Venom kimi Brok dəfələrlə Hörümçək-adamla döyüşmüş və bir neçə vəziyyətdə qələbə qazanmışdır. Venom həm daşıyıcı ilə, həm də onsuz dəfələrlə Piter Parkeri/Hörümçək-adamı öldürməyə çalışır. Parker özünü qara kostyum kimi təqdim edən Simbiotu tərk etdikdən sonra, Venom Parkerin həyat yoldaşı Meri Ceynlə üz-üzə gəlir.
Hörümçək-adam və onun ailəsini cəzalandırmaq istəyən Venom, supercanilərin saxlandığı “Sərdabə” () adlı həbsxanadan qaçır. Stiks virusuna yoluxan Simbiot bundan sonra komatoza çevrilir, Eddi Brok isə Rikher adasındakı həbsxanaya salınır. Sağaldıqdan sonra Broku azad etmək üçün həbsxanaya gələn Simbiot, burada çoxalaraq Brokun həbsxana yoldaşı olan seriya qatili Seltus Kasadini yoluxdurur və nəticədə o, Karnaja çevrilir. Bundan sonra Hörümçək-adam və Venom qumlu adada döyüşürlər, öz ölümünü saxtalaşdıran Hörümçək-adam Venomu orada qoyaraq gedir. Lakin, qısa müddət sonra Karnajı dayandırmaq üçün Parker Venomu yenidən Nyu-Yorka gətirməli olur. Venom yenidən çoxalır və daha beş Simbiot əmələ gətirir ki, onların da hər biri özünə daşıyıcı insan tapır.
Hörümçək-adamdan qisas almaqla yanaşı, Simbiot Eddi Broka həm də vigilant kimi fəaliyyət göstərməyə kömək edir. O, Simbiotla birlikdə həm də günahsız insanları xilas etməklə məşğul olur ki, bu da nifrət etdiyi Hörümçək-adamla eyni işi görməsi anlamına gəlir. Bu özünü daha çox Karnajla qarşıdurmada büruzə verir. Hörümçək-adamın Venoma Brokun keçmiş həyat yoldaşı Enn Veyinqi xilas etməyə kömək etməsindən sonra, onlar arasında sülh yaransa da, Veyinqin sui-qəsdindən sinra sülhə son qoyulur.
Müvəqqəti olaraq Simbiotu oğurlayan ABŞ Senatoru Stüard Uard, özünün yoluxduğu yadplanetli virusu öyrənmək üçün Simbiotu yaxından tədqiq etmək istəsə də, Simbiot Broka geri qayıdır. Lakin, bundan sonra Simbiot daşıyıcısı olan Brok üzərində dominantlıq edir.Peter Sanderson (w). Official Handbook of the Marvel Universe: Spider-Man. 2004 Nəhayət ki, Simbiot xəstə olan Brokdan, Brok isə hər gün qana daha çox hərislik hiss edən Venomdan bezir və qarşılıqlı razılaşma ilə Brok Venomu canilərin hərracında satışa çıxarır.
Venoma çevrilmiş varlıq Simbiotlar növündən olmaqla, yaşamaq üçün daşıyıcıya ehtiyac hiss edir. Adrenalinlə qidalanan parazit daşıyıcısına fövqəltəbii güc və bacarıqlar bəxş edir. 1995-ci ildə çıxarılmış “Planet of the Symbiotes” hekayə xəttindən məlum olur ki, daşıyıcısını istifadə etmək əvəzinə ona kömək etmək istəyən Venom, öz növü tərəfindən dəli kimi qəbul edilmişdir. Növün genofondunu korlamamaq üçün, o, Betlvorlddə həbs edilmişdi.
Venom komiks seriyasının üçüncü cildində Simbiot, yeni daşıyıcısı olan Li Praysla tanış olur. Seriya cəmi altı nüsxəyə kimi davam edir (noyabr 2016 – aprel 2017). Seriyanın sonunda Venom üzərində idarəni yenidən əlinə alan Eddi Brok #150 nömrə ilə Venom komiksini I cildə qaytarmışdır.Venom Vol. 3 #6. Marvel Comics.
Mak Qarqan 200px|thumb|right|Mak Qarqan Simbiotun üçüncü daşıyıcısı və ikinci Venom olmuşdur. Şimşək zərbələri II cild #110 komiksinə rəssam Leinil Yu tərəfindən çəkilmiş təsvir.
Daha əvvəl Xərçəng adı ilə tanınan cani Mak Qarqanın bədəninə yerləşən Simbiot, ikinci Venom kimi ona xüsusi bacarıqlar verir. Qarqanın əlaqəyə girdiyi varlıq ona elə bacarıqlar vermişdir ki, bu bacarıqlar onun sonradan Norman Ozborn tərəfindən yaradılmış Məkrli on ikiliyə qəbul edilməsinə imkan yaratmışdır. Qisasçılar On ikiliyin digər üzvləri ilə məşğul olduqlarına görə, Hörümçək-adam qısa müddətdə Maks Qarqanı məğlub edir. Onun belə tez məğlub olması isə Qarqanın Parkerə Eddi Brok kimi nifrət etməməsi ilə izah edilir.
Qarqan daha sonra Yeni Qisasçıların qaçmış üzvlərinin izlənməsi üçün Qisasçılar tərəfindən yaradılmış “Şimşək zərbələri” qrupuna daxil olmuşdur. Sonradan məlum olur ki, Simbiotu nəzarət altında saxlamaq üçün dövlət tərəfindən onun bədəninə elektrik implantları yerləşdirilmişdir.Heroes for Hire Vol. 2 #2