Hadisələr
Yanvar 3 yanvar — ABŞ prezidenti Corc Buş və Rusiya prezidenti Boris Yeltsin tərəfindən ilk nüvə silah müqaviləsinin imzalanması.
Fevral 3 fevral — Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq yönündə ilk sənədin — "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilənin imzalanması. 13 fevral — Azərbaycan Respublikası ilə İordaniya (ölkəmizin müstəqilliyini 1991-ci il 28 dekabrda tanıyıb) arasında diplomatik münasibətlər yaradılması. 13 fevral — Azərbaycan Respublikası ilə Sudan (ölkəmizin müstəqilliyini 1991-ci il 28 dekabrda tanıyıb) arasında diplomatik münasibətlər yaradılması.
Mart
Aprel 2 aprel — Kəlbəcər rayonunun Ermənistan ordusu tərəfindən işğal olunması. 5 aprel — Azərbaycan Respublikası ilə Malayziya arasında diplomatik əlaqələrin yaradılması. 30 aprel — BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı 822 nömrəli qətnamə qəbul edilməsi.
May 26 may — Azərbaycan Respublikası ilə Madaqaskar Demokratik Respublikası arasında diplomatik münasibətlərin yaradılması.
İyun 4 iyun — Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşmanın baş verməsi. 10 iyun — NATO-ya üzv və tərəfdaş ölkələrin məşvərət qurumu olan Şimali Atlantika Əməkdaşlıq Şurası tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini (30 aprel 1993) dəstəkləyən bəyanat qəbul edilməsi. 11 iyun — Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin yaradılması. 15 iyun — Heydər Əliyevin Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçilməsi.
İyul 23 iyul — Ağdam rayonunun Ermənistan ordusu tərəfindən işğal olunması.
Avqust 3 avqust — Bakıda ilk beynəlxalq peyk rabitə sisteminin açılışı. 23 avqust — Füzuli rayonunun Ermənistan ordusu tərəfindən işğal olunması. 23 avqust — Cəbrayıl rayonunun Ermənistan ordusu tərəfindən işğal olunması. 23 avqust — Talış-Muğan Muxtar Respublikasının süqutu 29 avqust — Prezident Ə. Elçibəyə etimad haqqında referendum keçirilməsi. 31 avqust — Qubadlı rayonunun Ermənistan ordusu tərəfindən işğal olunması.
Sentyabr 24 sentyabr — Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olması.
Oktyabr 29 oktyabr — Zəngilan rayonu Ermənistan ordusu tərəfindən işğal olunması.
Noyabr 1 noyabr — Dövlət Müdafiə Şurasının yaradılması.
Dekabr Zəngilan rayonu ərazisində Arazboyu Dövlət Təbiət Yasaqlığının yaradılması. Qəbələ rayonu ərazisində Qəbələ Dövlət Təbiət Yasaqlığının yaradılması. AMEA -nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təsis edilməsi.
Doğumlar Yanvar: Netta Barzilay—İsrailli müğənni; Eurovision 2018 Mahnı Müsabiqəsinin İsrail təmsilçisi və qalibi Oktyabr: Omer Adam—İsrailli müğənni (22 okt) Sevda Erginci—türk aktrisası Noyabr: Hande Erçel — türk aktrisası Janil Okoyeva Dekabr: Melis Sezen—türk aktrisası
Ölümlər 17 aprel — Turqut Özal, Türkiyə Respublikasının 8-ci prezidenti. 7 fevral — Şövkət Ələkbərova, Azərbaycanın xalq artisti, müğənni. 27 fevral — Lillian Qiş 17 dekabr — Mirzə İbrahimov, Azərbaycanın xalq yazıçısı.