Abdulla Aliş (; ) — Tatarıstan sovet şairi, yazıçısı. Əsil adı Abdullah Bariev oğlu Alişevdir. O 15 sentyabr 1908-ci ildə Kayuki kəndində anadan olmuşdur. Onun uşaqlar üçün nağıllar, şeirlər və dramatik əsərləri vardırТатарский писатель Абдулла Алиш.
Tərcümeyi-hal Abdulla 1908-ci ildə anadan olub. 1927-ci ildə Kazan torpaq-tikinti texnikumuna daxil olur. O meliorativ və usta işləyibdir. 1933-cü ildə jurnalistika ilə məşğul olmağa başlayır. O ilk dəfə "Pioner kalyame" (Pioner yazısı) jurnalında işləməyə başlayır. 1938–41-ci illərdə Kazan pedaqoji universitetində təhsil alır. 1939-cu ildə SSRİ yazıçılar birliyinin üzvü seçilir. Onun haqqında məlumatlar Tatarıstan Sovet respublikasının arxivində qalmışdır. 1941-ci ild müharibə dövründə radiokomitənin redaktoru olurБиография Абдуллы Алиша. Müharibə başlayan dövrlərdə o orduda olub. 1941-ci ildə Bryanda əsir düşür. Bu zaman o Musa Cəlillə rastlaşır. 25 avqust 1944-cü ildə Berlində həbsxanada vəfat edir. 1965-ci ildə Kazan dövlət pioner təşkilatı onun adını daşıyırПопулярная заметка об Алише в Казанской газете.
Yaradıcılığı 1931-ci ildə "Pioner həyatı" adlı nağıllar kitabını yazır. Bununla yanaşı onun "İşıq gölündə" (1933), "Dalğa" (1934) və "And" (1935) adlı povestləri və "Elgizlə ikimiz" (1940) "Mənim qardaşım" (1940) kimi şeir kitabları çap olunmuşdur. "Anamın nağılları"(1940) kitabı rus dilində tərcümə edilmişdir. 1934–35-ci illərdə "Qonşular" və "Ulduz" adlı pyeslərini yazmışdır. Əsir düşdüyü dövrlərdə "Ölüm mahnısı", "Doğma kənd", "Özüm haqqında mahnı" və s. şeirləri yazmışdırСтихи Абдуллы Алиша.
Abidəsi Kazan 1 may meydanında onun və Musa Cəlilin abidələri qoyulmuşdur. 2002-ci ildə Berlində inqilab hərəkatının üzvlərinin abidəsi qoyulur. Burada Abdulla Aliş və Musa Cəlilin də heykəlləri öz yerini alır.
Ədəbiyyat Ибатуллин Т. Военный плен: причины, последствия. — СПб, 1997. Симонов К., Сосед по камере, "Литературная газета", 1956, 13 октября; Мустафин, Р. А. По следам поэта-героя. Книга-поиск. — М.: Советский писатель, 1976.
İstinadlar
Kateqoriya:Edam olunanlar Kateqoriya:İkinci Dünya müharibəsində edam olunanlar Kateqoriya:Edam olunmuş ruslar Kateqoriya:Tatar yazıçılar