Məlik Dinar () — Kirman əmiri. Oğuz türklərindən idi.

Sərəxs hakimi 1153-cü ildə Sərəxs hakimi olaraq siyasi və hərbi həyatına başlamışdı. 1179-cu ilədək hakimiyyəti əlində saxlayan Məlik Dinar həmin il Qarakitayların vassalı və Xarəzmşahlığa iddiaçı olan Sultanşahın ordusu tərəfindən mühasirəyə alındı.Bosworth, C.E. "The Political and Dynastic History of the Iranian World (A.D. 1000-1217)." The Cambridge History of Iran, Volume 5: The Saljuq and Mongol Periods. Edited by J.A. Boyle. Great Britain: Cambridge University Press, 1968. ISBN 978-0-521-06936-6 Məlik Dinar ölümdən qurtulmaq üçün şəhəri Nişapur əmiri Əbu Bəkr Toğanşaha təslim etdi. 1180-ci ildə Toğanşahın sərkərdəsi Qaraquş şəhəri Sultanşaha təslim etməli oldu.

Kirman hakimi 1185-ci ildə Toğanşahın ölümündən sonra Məlik Dinar da Kirmandakı oğuzlara qoşulmaq üçün yola düşdü. 1186-cı ildə Kirmanı asanlıqla ələ keçirərək Səlcuq sülaləsinə son qoydu və hakimiyyətini tezliklə gücləndirdi. İqtisadiyyatı dirçəltdi, həmçinin Hörmüzü özündən asılı hala saldı.David Price, Chronological Retrospect, Or Memoirs of the Principal Events of Mahommedan History: From the Death of the Arabian Legislator to the Accession of the Emperor Akbar, and the Establishment of the Moghul Empire in Hindustaun, 1821 - səh. 384

Ailəsi Kirman Səlcuqlu hökmdarı Toğrul şahın qızı ilə evlənmişdi. 1195-ci ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Oğuzlar