Qunbyorn dağı () — Qrenlandiyanın ən hündür dağı, Arktikanın ən hündür nöqtəsi. Votkins sıra dağlarına daxildir. Adanın cənub-şərqində, Danimarka boğazından 100 km aralıda yerləşir.

Zirvə Qrenlandiyanı kəşf etmiş Qunnborn Ulfsonun şərəfinə adlandırılmışdır. İslandiya saqalarında dağın adı "ağ paltar" olaraq anılır.

Qunbyorn dağına ilk dırmanma 16 avqust 1935-ci ildə Avqustin Kurto, Cek Lonqlend, Ebbi Munkon, Lourens Vaqer tərəfindən təşkil olunmuşdur.

Mənbə Peakware.com Qunbyorn dağı Böyük Sovet Ensiklopediyasında Qunbyorn dağı İstinadlar

Kateqoriya:Qrenlandiya dağları Kateqoriya:Dağ zirvəsi – üçminliklər