Həsən Tahsin paşa () (1845–1918) — Yəməndə və Birinci Balkan müharibəsində xidmət edən yüksək rütbəli Osmanlı generalı.

Həyatı Həsən Tahsin həmin illərdə Leskovik qəzasının bir hissəsi olan Çarşovada (Albaniya ilə Yunanıstan sərhədində yerləşir) doğulmuş bir alban idi. Gənclik dövründə Yaniyada yunan liseyində təhsil almışdır və yunan dilində sərbəst danışırdı. O, xidmətə jandarma kimi başlamışdı. 1870-ci ildə Osmanlı ordusuna qoşuldu.

Hərbi fəaliyyəti 1881-ci ildə Yaniyadakı Osmanlı ordusunda məmur kimi xidmət etdi. 1897-ci ildə Osmanlı-Yunan müharibəsi dövründə 6-cı Trabzon bölməsində komandir kimi xidmətə başladı və Selanikin qərbinə təyin edildi. 1908-1910-cu illərdə Selanikə geri dönməmişdən əvvəl Yəmənin qubernatoru vəzifəsinə təyin edilmiş və burada Ferik (general-leytenant) rütbəsi ilə III Korpusun komandiri vəzifəsini icra etmişdir. 1912-ci ildə təqaüdə çıxdıqdan sonra Yaniya vilayətinin qubernatoru vəzifəsini qəbul etdi.

İstinadlar

Mənbə Nikoltsios, Vassileios; Gounaris, Vassilis K. (2002). Από το Σαραντάπορο στη Θεσσαλονίκη: Η ελληνοτουρκική αναμέτρηση του 1912 μέσα από τις αναμνήσεις του Στρατηγού Χασάν Ταχσίν πασά [From Sarantaporon to Thessaloniki: The Greco-Turkish conflict of 1912 through the memoirs of General Hasan Tahsin Pasha] (in Greek). Thessaloniki. ISBN 960-92042-0-1.

Kateqoriya:Türkiyə generalları Kateqoriya:Osmanlı imperiyasının hərb tarixi Kateqoriya:1845-ci ildə doğulanlar Kateqoriya:1918-ci ildə vəfat edənlər Kateqoriya:Osmanlı paşaları